Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2873/2023 09.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.N22-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N22-ci il tarixli, 038əc saylı əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 11 oktyabr N17-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra, 01 avqust N19-cü il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Şəmkir Korpusunun N saylı hərbi hissəsinin 4-cü taburunun 10-cu bölüyünə manqa komandiri kimi işə qəbul olunmuşdur. 44 gün davam edən İkinci Vətən müharibəsi dövründə Gədəbəy rayonunda sərhəddə Vətəni müdafiə etmiş, N22-ci ilin mart ayının 7-də Bərdə Korpusunun N saylı hərbi hissəsinə dəyişirilmişdir. İddiaçının hərbi xidmət dövründə heç bir inzibati cəzası olmadığı halda Müdafiə Nazirliyinin Bərdə korpusunun N saylı hərbi hissə komandirinin xahişi ilə Cavabdeh komandirinin N aprel N22-ci il tarixli, 038əç saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad olunmağının səbəbi odur ki, N22-ci ilin mart ayının 13-də məzuniyyətə olan vaxt mart ayının N-də N saylı hərbi hissə komandirinin oğlu ilə aralarında olan xırda insident olmuşdur. Bundan sonra onun atası Bərdə korpusunun komandirinə zəng vuraraq onu qanunsuz olaraq işdən azad etdirmişdir. Mübahisənin mahiyyətini komandirə olduğu kimi çatdırsa da, N saylı hərbi hissənin komandiri sıra düzülüşündə ona demişdir ki, ondan heç bir narazılığı yoxdur, ancaq N saylı hərbi hissənin komandiri deyib, Korpus komkandiri onu işdən çıxartmışdır. Yuxarıda göstərdiyi əsaslar və səbəblərə görə onun xidmətlərini, qüsursuz 3 il hərbiçi işlədiyini nəzərə almadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.N22-ci il tarixli 038əç saylı əmr qanunsuz və əsassız olduğundan hesab edir ki, həmin əmr ləğv edilməli və öz vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.N23-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. Həmçinin iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin 06.09..N23-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi xx.xx.N22-ci il tarixli məhkəmə iclasında nümayəndəsi X2 tərəfindən təmsil olunsa da, sonuncu işlə tanış olmadığını, ona görə də iddia ilə bağlı növbəti məhkəmə iclasında münasibət bildirəcəyini qeyd etmiş, lakin sonrakı məhkəmə iclaslarına gəlməmiş, həmçinin cavabdeh orqan tərəfindən iddia ilə bağlı hər hansı yazılı etiraz məhəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarında olan N nömrəli hərbi hissənin təhqiqat bölməsinin baş təhqiqatçısı Vüsal Əhədovun « Cinayət işi başlamasının rədd edilməsi barədə » xx.xx.N21-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş əsgər İddiaçı barədində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. -iş materiallarında olan Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə onun işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, hərbi intizamın pozulmasına görə cəzalar “Azərbaycan Respublikası Silahlı X1” ilə müəyyən edilmişdir. Həmin Nizamnamənin:- -43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. -44-cü bəndinə əsasən hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri: əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında müzakirə edilə bilər. -44-cü bəndin 2-ci hissəsində qeyd edilmişdir ki, bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. -47-c- bəndin 2-ci hissəsində qeyd edilmişdir ki, komandir (rəis) tabeliyində olan hərbi qulluqçunu öz vəzifəsindən kənar edərkən, bu barədə dərhal komanda üzrə məlumat verməlidir. Həmin məlumatda vəzifədən kənar edilmənin səbəbi və şəraiti müfəssəl izah edilməlidir. -50-ci bəndinə əsasən müddətindən artıq xidmət çavuşlarına: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) əlaçı döş nişanından məhrum etmə; d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; e) aşağı vəzifəyə keçirmə; ə) hərbi rütbəsini bir pillə aşağı salma; c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. İstinad olunan qanunvericilik normasının tələblərindən də göründüyü kimi, hərbi qulluqçu ictimai asayişi pozarsa, ilkin olaraq komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmçinin onların nalayiq hərəkətləri müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında müzakirə edilə bilər, bundan əlavə onların hərəkətlərinə şərəf məhkəmələrində baxıla bilər. İş materiallarında olan « Cinayət işi başlamasının rədd edilməsi barədə » xx.xx.N21ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçı barəsində balanmış cinayət təqibi üzrə cinayət işinin başlanması CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən rədd edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hərbi xidmətlə bir araya sığmayan və yaxud “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd hərəkətlər etməmişdir. Bundan əlavə, iş materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N22-ci il tarixli, 24 nömrəli protokolundan və qərarından çıxarışdan görünür ki, 2-ci tabor 4-cü bölük 1-ci taqım 2-ci manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə xx.xx.N22-ci il tarixdə saat 12:00 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söyməsi nəticəsində Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş nöqsanlara görə onun barəsində şərəf məhkəməsi keçirilmiş və həmin nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Qeyd olunanlarla bağlı məhkəməmə bildirir ki, iddiaçı tərəfindən sözügedən hərəkətlərin törədilməsi ilə əlaqədar şərəf məhkəməsi keçirilsə də, həmin faktı təsdiq edən sübutlara istinad edilməmiş, şahidlər dindirilməmiş, aidiyyəti şəxslərdən izahatlar alınmamış, başqa sözlə iddiaçı tərəfindən həmin hərəkətlərin edilməsi faktını təsdiq edən əlavə sübutlar toplanmamışdır. Bütün bunların birtərəfli qaydada tərtib edilmiş protokol və qərarda göstərilməsi, üstəlik həmin halları təsdiq edən hər hansı sübuta istinad edilməməsini məhkəmə iddiaçıya qarşı qərəzli mövqeyin təzahürü hesab edir və barəsində qəbul edilmiş əmri onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bundan başqa “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmri ləğv edilməli, iddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmri ləğv edilsin. İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2873/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2873/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver