Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2893/2024 22.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçı X6, iddiaçının vəkili Vəkil, İddiaçı X5 Cavabdehnə qarşı nikahın pozulması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1966-cı il tarixdə Ukrayna SSR-nin Voroşilovqrad vilayətinin (indiki Luqansk vilayəti), Staniçno-Luqansk rayonunun şəhər tipli Staniçno-Luqansk qəsəbəsində anadan olmuş, bu barədə Staniçno-Luqansk rayon VVAQ şöbəsi tərəfindən 1966-cı il tarixli doğum akt qeydi tərtib edilmiş, atası X3, anası X1muşdur. İddiaçı əvvəl Ukrayna Respublikasının vətəndaşı olmuşdur. İddiaçıya vətəndaşlığı olmayan şəxs kimi xx.xx.2024-cü il tarixədək Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən xx.xx.2023-cü il tarixli himayə sənədi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İddiaçı xx.xx.1982-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, həmin nikah Voroşilovqrad vilayəti – indiki Luqansk vilayəti, Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı Cavabdehnə müraciət edərək onun nikah haqqında təkrar şəhadətnaməsinin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmiş, həmin müraciət əsasında Cavabdeh tərəfindən Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilmiş, sözügedən sorğuya Ukrayna Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavabla iddiaçıya məlum olmuşdur ki, onunla X7 arasında xx.xx.1982-ci il tarixdə bağlanmış nikah sonuncunun ərizəsi əsasında Voroşilovqrad şəhər Kamyanobrodski rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə ləğv edilmiş və nikahın ləğvi Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla qeydə alınmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, nikahının pozulmasını təsdiq edən və xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla Ukrayna Respublikası Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikahın pozulması haqqında şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-115 nömrəli məktubla iddiaçıya imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun şəxsiyyətini təsdiq edən sənəd yoxdur. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun nikahının pozulmasını xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla Ukrayna Respublikası Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikahın pozulması haqqında şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Ukrayna SSRnin Voroşilovqrad vilayətinin (indiki Luqansk vilayəti), Staniçno-Luqansk rayonunun şəhər tipli Staniçno-Luqansk qəsəbəsində anadan olmuş, bu barədə Staniçno-Luqansk rayon VVAQ şöbəsi tərəfindən 1966-cı il tarixli doğum akt qeydi tərtib edilmiş, atası X3, anası X1muşdur. Onun atası barədə heç bir məlumatı yoxdur, anası isə xx.xx.1930-cu ildə Ukrayna SSR-də anadan olmuş, təxminən 2000-ci ildə vəfat etmişdir. O, 1973-cü ildə Staniçno-Luqansk rayonunda fəaliyyət göstərən orta məktəblərdən birində birinci sinfə getmiş, 1981-ci ildə həmin məktəbin səkkizinci sifini bitirmiş, məktəbi bitirdikdən sonra yaşadığı rayonda peşə məktəbində iki aylıq kursa gedərək makinaçı ixtisasına yiyələnmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. xx.xx.1983-cü il tarixdə Voroşilovqrad vilayəti - indiki Luqansk vilayəti, Staniçno Luqansk rayon İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi tərəfindən SSRİ nümunəli pasportla təmin edilmiş, elə həmin tarixdə də Staniçno-Luqansk rayonu, Pionerskaya küçəsi, ev 3, mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış, xx.xx.1986-cı il tarixdə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Daha sonra xx.xx.1988-ci il tarixdə Staniçno-Luqansk rayonu, Sverdlova küçəsi, ev 205 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış, xx.xx.1990-cı il tarixdə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. O, xx.xx.1982-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, həmin nikah Voroşilovqrad vilayəti – indiki Luqansk vilayəti, Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin nikahdan onların xx.xx.1983-cü il tarixdə bir oğlu – X9 doğulmuşdur. O, 1991-ci ildə Azərbaycana gəlmiş və Şəmkir rayonunda məskunlaşmışdır. Həmin vaxtdan indiyədək kirayədə yaşayır. O, Azərbaycana Ukrayna SSR tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmiş, doğum haqqında şəhadətnaməsini özü ilə gətirməmişdir. 2005ci ildə isə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra o heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmədiyi üçün vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşmüşdür. Bu səbəbdən də o, BMT-nin QAK tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüşdür. 2022-ci ildə Şəmkir RQŞ tərəfindən o, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmədiyi üçün Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilmiş və o, xx.xx.2022-ci il tarixdə İ-OK seriyalı, 498732 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Cavabdehnə müraciət edərək onun nikah haqqında təkrar şəhadətnaməsinin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmiş, həmin müraciət əsasında Cavabdeh tərəfindən Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilmiş, sözügedən sorğuya Ukrayna Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavabla iddiaçıya məlum olmuşdur ki, onunla X7 arasında xx.xx.1982-ci il tarixdə bağlanmış nikah sonuncunun ərizəsi əsasında Voroşilovqrad şəhər Kamyanobrodski rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə ləğv edilmiş və nikahın ləğvi Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla qeydə alınmışdır. Tezliklə onun 58 yaşı olacaq, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Belə ki, artıq 33 ildir ki, o. Azərbaycan Respublikasının ərazisində yaşasa da, qeydiyyatsız yaşadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Ukrayna dövləti tərəfindən də şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. DMX-nin xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışından da görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Hazırda onun şəxsiyyəti təmin edən sənədlə təmin olunması üçün doğum haqqında şəhadətnamə ilə yanaşı nikahının pozulması haqqında şəhadətnamə də tələb olunur. Lakin onun şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığından Ukrayna Respublikasına gedib həmin sənədi ala bilmir. O, cavabdeh orqana müraciət edərək, nikahının pozulmasını təsdiq edən və xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla Ukrayna Respublikası Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikahın pozulması haqqında şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-115 nömrəli məktubla iddiaçıya imtina cavabı vermiş, imtina onunla əsaslandırılmışdır ki, onun şəxsiyyətini təsdiq edən sənəd yoxdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 avqust 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı və iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, lakin cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. İş materiallarına Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-518-115 nömrəli məktub, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Himayə sənədinin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-L-8096-xx-xx-24368/2023 nömrəli arayışının təsdiqlənmiş surəti, iddiaçıya məxsus 511873 nömrəli pasportun surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışının təsdiqlənmiş surəti və Ukrayna Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-14/2-8149/2023 nömrəli məktub və onun tərüməsinin surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı X8 Ukrayna Respublikasında xx.xx.1982-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, həmin nikah Voroşilovqrad vilayəti – indiki Luqansk vilayəti, Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı Cavabdehnə müraciət edərək onun nikah haqqında təkrar şəhadətnaməsinin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmiş, həmin müraciət əsasında Cavabdeh tərəfindən Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilmiş, sözügedən sorğuya Ukrayna Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavabla iddiaçıya məlum olmuşdur ki, onunla X7 arasında xx.xx.1982-ci il tarixdə bağlanmış nikah sonuncunun ərizəsi əsasında Voroşilovqrad şəhər Kamyanobrodski rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə ləğv edilmiş və nikahın ləğvi Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla qeydə alınmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, nikahının pozulmasını təsdiq edən və xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla Ukrayna Respublikası Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikahın pozulması haqqında şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 115 nömrəli məktubla iddiaçıya imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun şəxsiyyətini təsdiq edən sənəd yoxdur. İnzibati orqanın iddiaçının müraciətindən imtinasının əsası onun şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, ***-*******4 saylı himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, ünvan 1 ünvanına qeydiyyata almışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X5 şəxsiyyətini təsdiq edən sənəd tələb olunmadan BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun nikahının pozulmasını xx.xx.1986-cı il tarixdə 186 nömrəli aktla Ukrayna Respublikası Luqansk şəhər Ədliyyə Departamentinin Qeydiyyat Xidmətinin Vətəndaşlıq Vəziyyəti X4 İdarəsinin Kamyanobrodski şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikahın pozulması haqqında şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2893/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2893/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver