Məhkəmə qərarları › İş №2-1(114)-290/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-290/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-290/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1979xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus ЗТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə X1 3-cü dərəcəli çilingər kimi işə başlamış, xx.xx.1984-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən Qazax Sutikinti Trestinin 8 saylı Promkombinatında 3-cü dərəcəli çilingər vəzifəsində çalışmağa başlamış və xx.xx.2003-cü il tarixdə kombinat ləğv edildiyindən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2007-ci il tarixdən “X10” MMC istehsalat departamenti Ağstafa qırmadaş karyerinə iş icraçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixdədək "xxxx" ASC-də daşqırma və doğrayıcı qurğunun operatoru vəzifəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" MMC Poylu qum-çınqıl karxanasına operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə işdən azad edilmişdir.

3. "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 07A-23 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" ASC-də Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən daş qırma doğrayıcı qurğunun operatoru (maşinisti) vəzifəsində xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 2 il 4 ay 22 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: daşqırma qurğusunun idarəolunması, cari təmirinin təmin olunması, sazlığının yoxlanılması və s. ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1. bəndində 1.2 yarımbəndində göstərilmiş doğrayıcı qurğu maşınisti vəzifəsinin xüsusiyyətləri ilə eynidir.

4. “X7” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “X7” ASC-də xx.xx.1985-ciil tarixdən xx.xx.2003-cü il tarixədək 3-cü dərəcəli çilingər vəzifəsində çalışmışdır (8 saylı Promkombinatın hüquqi varisi X7” ASC-dir).

5. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-A-243244/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "X6" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9. 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyət orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əməl şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusil: zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyah üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştl iş stajı 12 il 6 aydan az (2 il 4 ay 21 gün (xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövr) təşkil edir. Eyni zamanda 17 oktyabr 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və "X7" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında xx.xx.1985 28 02.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq 1989-cu ilin dekabı ayı, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr, 1997-ci ilin iyun ayı, 1998-ci ilin fevral, may oktyabr, noyabr, dekabr ayları, 1999-cu ilin yanvar, fevral, aprel, may, iyun, iyul, avqust, sentyabr oktyabr, dekabr ayları, 2000-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, dekabr ayları, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr, 2002-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ve 2003-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı cədvəllərinin tapılmadığı bildirilib. Bu fakt "X7" ASC tərəfindən 6 iyul 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Həmçinin sözügedən müəssisənin əmək haqqı cədvəllərinin Ağstafa rayon Dövlət Arxivində saxlanılmadığı məlum olmuşdur. Bu fakt isə "Ağstafa rayon Dövlət Arxivi" tərəfindən 7 iyul 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də sözügedən dövrlərdə işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığından, həmin müddəti (ümumilikdə 62 ay) onun iş stajına daxil etmək mümkün deyil. Buna görə də onun ümumi iş stajı 25 ildən az (22 il 8 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.1998- xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə cəmi 5 il)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda aks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

6. “X7” ASC-nin xx.xx.2024-cü il tarixli 01 arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 8 saylı İQK-da xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 8 saylı İQK 2003-cü ilin fevral ayında özəlləşdirilərək “X7” ASC yaradılmışdır.

7. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********490200 nömrəli cavab məktubunda bildirilmişdir ki, “X7” ASC-nin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən müəyyən edilmişdir. Qeydiyyat məlumatlarına əsasən “X7” ASC-nin (VÖEN **********) hüquqi ünvanı Ağstafa şəhəri, Nizami küçəsi, ev 2dir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14229/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş Azərsutikinti Dövlət Konserninin Ağstafa rayonu 8 nömrəli Sənaye Kombinatının bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli 58 nömrəli sərəncamı ilə “X7” ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilir ki, “X7” ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilmişdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14229/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş Azərsutikinti Dövlət Konserninin Ağstafa rayonu 8 nömrəli Sənaye Kombinatının bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli 58 nömrəli sərəncamı ilə “X7” ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilir ki, “X7” ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilmişdir. Eyni zamanda, “X7” ASC-nin səhmdarları ilə bağlı məlumat almaq üçün aidiyyəti üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrini saxlayan orqanına-Milli Depozit Mərkəzinə müraciət etməyini məqsədəmüvafiq hesab edilər.

10. Usta-çilingər (beton və qum-çınqıl sahələri və loqistika bölməsi) Əməyin mühafizəsi üzrə Peşə Təlimatından göstərilmişdir ki, bu təlimat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, eləcə də müvafiq normativ və texniki normativ, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 14 dekabr 1999-cu il tarixli 25-4 saylı qərarı ilə təsdiq olunmuş “Əməyin mühafizəsi üzrə qaydaların və təlimatların hazırlanmasına dair metodiki tövsiyyələr”in və müəssisədaxili lokal normativ sənədlərin tələblərinə uyğun olaraq hazırlanmaqla, “8 nömrəli Sənaye Kombinatında (“X7” ASC)-də işləyən usta-çilingər İddiaçı texnoloji qurğuların təmiri üzrə çilingər üçün əməyin mühafizəsi üzrə qaydaları tənzimləyir.

11. “X7” ASC-nin “Şəxsin güzəştli şərtlə pensiya hüquq verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən üçüncü dərəcəli çilingər vəzifəsində 8 nömrəli Sənaye Kombinatı əmr 24-ok. xx.xx.1985-ci il tarixdə işə daxil olmuş və 35№li əmrlə xx.xx.2003-cü il tarixlər arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 17 il 11 ay (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, çilingər vəzifəsində işlədiyi vəzifənin icrası zamanı zərərli amillərin təsirinə məruz qalmış, yəni həmin peşənin əmək şəraiti ağır olmuşdur.

12. “X7” ASC-nin xx.xx.2025-ci il tarixli 4 nömrəli arayışında göstərilmişdir ki, 8 nömrəli X4 (“X7” ASC) çilingəri İddiaçı 8 nömrəli X4 istehsal dövründə müəssisənin qumçınqıl karxanasında, asfalt və beton zavodlarında ağır və zərərli sahələrdə işləmişdir. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1960-cı ildə Qazax rayonunun Kolxəlfəli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ilk əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1981-ci il tarixdə X1 3-cü dərəcəli çilingər kimi işə başlamışdır. xx.xx.1984-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən isə Qazax sutikinti triestinin 8 saylı Promkombinatında 3-cü dərəcəli çilingər vəzifəsində çalışmağa başlamışdır. xx.xx.2003-cü il tarixdə kombinat ləğv edildiyindən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdən "X10" MMC istehsalat departamenti Ağstafa qırmadaş karyerinə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də daş qırma və doğrayıcı qurğunun operatoru vəzifəsində çalışmışdır. xx.xx.2014cü il tarixdən "xxxx" MMC Poylu qum-çınqıl karxanasına operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixdə işdən azad edilmişdir. Bununla da onun 28 il iş stajı olur. İşlədiyi iş yerlərinin hamısı da Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş sahələri sayılır. Bildirir ki, əmək qanunvericiliyinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Müraciəti ilə bərabər əmək kitabçasını, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Müraciətindən sonra aidiyyəti qurumdan məktub gəlmişdir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyi iş illəri üzrə məlumatın dəqiqləşdirilməsi zərurəti yarandığı və həmin illər üzrə araşdırma aparıldığını bilıdiriblər. Cavabdeh qurum araşdırmanın nəticəsi olaraq, adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2003-cü il tarixləri arasında müxtəlif illərdə ümumilikdə 62 ay əmək haqqı almağını sübut edəcək müəssisənin əmək haqqı cədvəllərinin tapılmadığı bildirilib. Göstərilən səbəblərdən də sözügedən dövrlərdə işləyib-işləməməyini müəyyən etmək mümkün olmadığını qeyd edərək, həmin 62 ayın iş stajına daxil etməyi mümkün hesab etməmişdir. Bununla da cavabdeh qurum onun ümumi iş stajının 25 ildən az, yəni, 22 il, 8 ay, 7 gün olduğunu bildirmişdir. Cavabdeh qurum qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatını qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməyərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina olunmuşdur. Hesab edir ki, cavabdeh qurumun imtinası əsassızdır və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmalıdır. Belə ki, cavabdeh qurum güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina olunması haqqında məktubunda qeyd edir ki, "X6"Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda qeyd edilir ki, həmin Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edir. Cavabdeh qurum imtinanın əsl səbəbi kimi mənim X7" ASC-də işlədiyim illər üzrə (17 il 11 ay 27 gün) 62 ay əmək haqqı almağını sübut edəcək əmək haqqı cədvəlinin olmamasını əsas göstərir. Qeyd edilən səbəblərlə də adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Qanunvericiliyə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş yeri barədə qeydlər düzgün olmadıqda, əmək stajını təsdiq edən sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün hesablar, əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, əmək xidməti siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Hal-hazırda onun əmək kitabçasında işlədiyi bütün illər qeyd edilmişdir. Qanunvericilik özü də qeyd edir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və əmək kitabçası olmadıqda digər hallar və faktlar nəzərə alınır. Onun da əmək kitabşçası var, işə girmə və işdən çıxma əmrləri mövcuddur. Əmək kitabçasında da işlədiyi bütün dövrlər öz əksini tapmışdır. Bu illər də kifayət edir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından yararlansın. X6 Qanunun 9.1-ci maddəsinə əsasən "Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin nəzərinə çatdırır ki, o, "X7" ASC-də (əvvəl Qazax rayon 8 saylı promkombinat) 1985-ci ilin mart ayının 1-dən işə başlamış və 2003-cü ilin fevral ayının 28-də müəssisənin ləğv edilməsi səbəbindən də işdən azad olunmuşdur. 18 il bu müəssisədə çalışmışdır. Müəssisədən aldığı əmək haqqı ilə də ailəsini dolandırmışdır. Həmin dövrdə başqa bir yerdə işləməmişdir. Təbii ki, əmək haqqı almasa ailəsini dolandıra bilməzdi. İmtina məktubuna baxanda isə onun hətta 1 il əmək haqqı almağını sübut edəcək sənəd olmadığı qeyd edilib. Bu fakt da mümkünsüdür. Demək belə çıxır ki, o, pulsuz işləyirmişdir? Onunla bərabər müəssisədə onlarla şəxs çalışmışdır. Onlardan bir neçəsi hal-hazırda pensiyadadır ki, pensiyaya çıxarkən də bu müəssisədə işlədiyi üçün güzəştli şərtlərlə pensiyaya çıxmışdır. O da həmin şəxslərlə birgə çiyin-çiyinə işləmiş, onlarla birgə aylıq əmək haqqı almışdır. Bunu da onunla birgə işləyən şahidlər təsdiq edə bilərlər. Halhazırda sözügedən dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın təyin edilməsi zərurəti yaranmışdır. Qanunvericiliyə əsasən də əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçşası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hesab edir ki, artıq bu işin məhkəmə qaydası olmadan həlli mümkün deyildir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iddia tələbi “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

26. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

27. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.

28. Cavabdehin iddiaya qarşı etiraza əlavəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, "X6" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə amək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tarəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağmədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) doğrayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı N.X3 təqdim etdiyi "xxxx" ASC-nin ona dair arayışında xx.xx.2012-xx.xx.2014-cü il tarixlər arasındakı dövr ərzində sözügedən müəssisənin daş qırma və doğrayıcı qurğunun operatoru (maşınisti) vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi sahə sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan açıqda dağ-mədən iləri sahəsinə aid deyil. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, İddiaçı 17 oktyabr 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və "X7" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında xx.xx.1985-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin mart ayı, 1989-cu ilin dekabr ayı, xx.xx.1992xx.xx.1993-cü il tarixləri arasındakı dövr, 1997-ci ilin iyun ayı, 1998-ci ilin fevral, may, oktyabr, noyabr, dekabr ayları, 1999-cu ilin yanvar, fevral, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 2000-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, dekabr ayları, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr, 2002-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2003-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı cədvəllərinin tapılmadığı bildirilmişdir. Bu fakt "X7" ASC tərəfindən 6 iyul 2023-cü il tarixlı birgə Akt ilə təsdiq edilmişdir. Həmçinin sözügedən müəssisənin əmək haqqı cədvəllərinin Ağstafa rayon Dövlət Arxivində saxlanılmadığı məlum olmuşdur. Bu fakt isə "Ağstafa rayon Dövlət Arxivi" tərəfindən 7 iyul 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də sözügedən dövrlərdə işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığından, həmin müddəti (ümumilikdə 64 ay) adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 8 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il)) təşkil edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus ЗТ-İ № ******* nömrəli əmək kitabçası; - "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 07A-23 nömrəli arayışı; - “X7” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-243244/2023 nömrəli imtina məktubu; - “X7” ASC-nin xx.xx.2024-cü il tarixli 01 arayışı; - Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********490200 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14229/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14229/2024 nömrəli cavab məktubu; - Usta-çilingər (beton və qum-çınqıl sahələri və loqistika bölməsi) Əməyin mühafizəsi üzrə Peşə Təlimatı; - “X7” ASC-nin “Şəxsin güzəştli şərtlə pensiya hüquq verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışı; - “X7” ASC-nin xx.xx.2025-ci il tarixli 4 nömrəli arayışı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

32. “X6” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 1.1.3. 150 metr və aşağı olan dərinlikdə faydalı qazıntıların hasilatı üzrə kəsiklər (karxanalar) və mədənlər tam iş günü ərzində kəsiklərdə, karxanalarda və mədənlərdə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (yer səthində məşğul olanlardan başqa) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)

34. İddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmə qeyd edir ki, “X6” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

36. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).

37. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.1960-cıil tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir).

38. Belə ki, cavabdeh orqan tərəfindən İddiaçı "X7" ASC-də iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir və sorğuya cavab olaraq 1985-ci ilin mart ayı, 1989-cu ilin dekabr ayı, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr, 1997-ci ilin iyun ayı, 1998-ci ilin fevral, may, oktyabr, noyabr, dekabr ayları, 1999-cu ilin yanvar, fevral, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 2000-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, dekabr ayları, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr, 2002-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2003-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı cədvəllərinin tapılmadığı bildirilmişdir. Bu fakt "X7" ASC tərəfindən 6 iyul 2023-cü il tarixlı birgə Akt ilə təsdiq edilmişdir. Həmçinin sözügedən müəssisənin əmək haqqı cədvəllərinin Ağstafa rayon Dövlət Arxivində saxlanılmadığı məlum olmuşdur. Göstərilən səbəblərdən də sözügedən dövrlərdə işləyibişləmədiyini müəyyən etmək mümkün olmadığından, cavabdeh orqan həmin müddəti (ümumilikdə 64 ay) adıçəkilən şəxsin iş stajına daxil etməmişdir.

39. Lakin işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1985-ci il tarixdən Qazax Sutikinti Trestinin 8 saylı Promkombinatında 3-cü dərəcəli çilingər vəzifəsində işə qəbul edildiyi və xx.xx.2003-cü il tarixdə kombinat ləğv edildiyindən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir.

40. 1985-ci ilin mart ayı, 1989-cu ilin dekabr ayı, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr, 1997-ci ilin iyun ayı, 1998-ci ilin fevral, may, oktyabr, noyabr, dekabr ayları, 1999-cu ilin yanvar, fevral, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 2000-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, dekabr ayları, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr, 2002-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2003-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı cədvəllərinin tapılmaması və Ağstafa rayon Dövlət Arxivində saxlanılmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

41. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

42. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.

43. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur.

44. İddiaçının əmək kitabçasında həmin dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.

45. İddiaçının mübahisələndirilən müddətdə əmək haqqı almaması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə həm də onu qeyd edir ki, “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

46. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

47. Göründüyü kimi, istinad olunan Qaydalar "X6" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir.

48. İddiaçı isə qeyd edilən müddətlərdə işləməsinə dair əmək kitabçasını cavabdeh orqana təqdim etmişdir.

49. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

50. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

51. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

53. Ən əsası isə, məhkəmə sorğuları ilə əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, , “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş Azərsutikinti Dövlət Konserninin Ağstafa rayonu 8 nömrəli Sənaye Kombinatının bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli 58 nömrəli sərəncamı ilə “X7” ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilir ki, “X7” ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilmişdir.

54. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən pensiya edilməsini xahiş edir ki, həmin dövrdə artıq güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı barədə tələb mövcud olmadığından iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı araşdırılmamışdır.

55. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

56. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Sutikinti Trestinin 8 saylı Promkombinatında 3-cü dərəcəli çilingər; - xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixdədək "xxxx" ASC-də daşqırma və doğrayıcı qurğunun operatoru; - xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC Poylu qum-çınqıl karxanasına operator.

57. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən Qazax Sutikinti Trestinin 8 saylı Promkombinatında 3-cü dərəcəli çilingər və xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixdədək "xxxx" ASC-də daşqırma və doğrayıcı qurğunun operatoru vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajı kimi qəbul edilməmişdir.

58. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

59. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

60. “X7” ASC-nin “Şəxsin güzəştli şərtlə pensiya hüquq verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən üçüncü dərəcəli çilingər vəzifəsində 8 nömrəli Sənaye Kombinatı əmr 24-ok. xx.xx.1985-ci il tarixdə işə daxil olmuş və 35№li əmrlə xx.xx.2003-cü il tarixlər arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 17 il 11 ay (illər aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: çilingər vəzifəsində işlədiyi vəzifənin icrası zamanı zərərli amillərin təsirinə məruz qalmış, yəni həmin peşənin əmək şəraiti ağır olmuşdur.

61. Göründüyü kimi, işlədiyi çilingər və daş qırma doğrayıcı qurğunun operatoru (maşinisti) peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (1.1.2. bəndin a) yarımbəndi) nəzərdə tutulmuşdur.

62. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.

63. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

64. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

65. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

66. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

67. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

68. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

69. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna 0q.07.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

70. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

71. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar