Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2902/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlu, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Əvvəlki cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyası qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə (bundan sonra mətndə cavabdeh)(üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna qarşı təyin olunmuş sığorta ödənişinin ödənilməsi tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi ilə əvəz edilməsini və sığorta ödənişinin ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3182/2023 saylı qərarı ilə iddia təmin edilmiş, X1 xidməti vəzifəsinin icrası zamanı ölməsi ilə bağlı sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-249/2024 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3182/2023 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə öz qərardadında, təkrar baxış zamanı iddiaçının hüquqi marağına uyğun yardım olunmasını, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin labüdlüyü diqqətinə çatdırılması, bundan sonra əsl cavabdehə münasibətdə iddianın mümkünlüyünün yoxlanılması tövsiyyə olunmuşdur. İnzibati işin materialları məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, məhkəmə tərəfindən iddiaçıya sərəncam göndərilərək Gəncə Apellyasiya Məhkəməsinin tövsiyyəsi iddiaçının nəzərinə çatrılmışdır. Sərəncamda iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyası olması qeyd edilmiş və iddianın dəqiqləşdirilməsinə dair ərizənin verilməsi iddiaçıya bildirilmişdir. İddiaçı tərəfindən göndərilmiş və məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizədən müəyyən olunur ki, iddiaçı hazırda tələbini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına yönəltmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən əvvəlki cavabdehin nümayəndəsi iddia qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddiaya onlar cavabdeh kimi ola bilməzlər. Həmçinin iddiaçının iddia ərizəzəsinin dəqiqləşdirilməsinə dair vermiş olduğu ərizənin icraata qəbul edilməsini etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. Belə ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı təyin olunmuş sığorta ödənişinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" ASC-nin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il yarixli 1751 nömrəli Fərmanın ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Baş Nazirinin 6 fevral 2024-cü il tarixli sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılması qərara alınmışdır. Göründüyü kimi iddiaçı hazırda Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı iddia qaldırmışdır bi komissiyaya qarşı iddialar isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Odur ki, iddiaçıya hal-hazırkı tələb ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyası qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kolegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2902/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2902/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver