Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2907/2024 05.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ölüm səbəbinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16- 5/8-15-982 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdehndə X3 barəsində xx.xx.2023cü il tarixdə tərtib edilmiş 1082 nömrəli ölüm haqqında akt qeydində “Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal”, həmçinin “əvvəlcə mövcud olan səbəblər”in yeni səbəblərə dəyişdirilməsini təsdiq edəcək sənədlər təqdim edilmədiyinə görə ərizənin Cavabdeh tərəfindən təmin edilməsi mümkün olmamışdır. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X1 ölüm haqqında akt qeydində ölüm səbəblərinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, atası X3 aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə vəfat etməsinə baxmayaraq, ölüm haqqında akt qeydində ölüm səbəbləri düzgün qeyd edilməmişdir. Belə ki, ərizəyə əlavə etdiyi şəhadətnamələrdən göründüyü kimi üçüncü şəxs Gəncə şəhər X4 tərəfindən iki dəfə verilən ölüm haqqında tibbi şəhadətnamələrdə onun atasına məxsus məlumatlar və ölüm səbəbi düzgün göstərilməmişdir. Həmçinin mərhum atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyərkən elektron sistemdə atasının ölüm səbəbi avtoqəza kimi qeyd edilmişdir. Məhz bu səbəblərdən mərhum atası X1 ölüm haqqında akt qeydində ölüm səbəblərinin dəyişdirilməsi barədə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2907/2024 nömrəli qərardadı ilə iddiaçının Gəncə şəhər X2 üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-982 nömrəli məktubun imtina xarakterli olmadığı, iddiaçının ölüm səbəbinin nəyə dəyişdirilməsi barədə inzibati orqana hər hansı sənəd təqdim etmədiyi, həmçinin iddia ərizəsində iddia tələbinin qeyri-müəyyən olduğu, belə ki, ərizəsində atasının ölüm haqqında akt qeydində ölümün səbəbinin hansı formada (səbəbin nədən nəyə) dəyişdirilməsi tələbinin dəqiq göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən cavabdehə müvafiq düzəlişlər edilməklə yenidən müraciət etməyi, muraciətinin təmin edilməsindən imtina olunduğu təqdirdə cavabdehin imtinasını, həmçinin iddia tələbini dəqiq göstərilməklə yenilənmiş iddia ərizəsini məhkəməyə təqdim etməyi təklif edilmişdir. Sadalanan xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35 və 46-cı maddələrinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq, hesab edir ki, iddiaçı tərəfindən iddianın mümkün sayılması üçün şərtlər yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 46.1.3. İddia ərizəsində iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Maddə 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı iddiaçıya göndərilərək, iddiaçıya iddia ərizəsi verilərkən yol verilmiş xətalar izah edilmiş və həmin xətaların aradan qaldırılması təklif edilmişdir. Bununla bağlı olaraq iddiaçıya 20 iyun 2024cü il tarixədək vaxt verilmiş, sadalanan xətaların aradan qaldırılmadığı təqdirdə iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan sərəncam 29 may 2024-cü il tarixdə İddiaçı tərəfindən alınmışdır. xx.xx.2024-cü il tarixə təyin olunmuş hazırlıq icraatı üzrə məhkəmə iclasında iddiaçı iştirak etməmiş və gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işçisi tərəfindən İddiaçı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasına gəlməməsinin, həmçinin məhkəmə tərəfindən göndərilmiş sərəncamda göstərilən xətaların aradan qaldırılmamasının səbəbləri soruşulmuşdur. İddiaçı tələbinin artıq təmin edildiyini, məhkəmə iclasının təxirə salındığı təqdirdə bu barədə növbəti məhkəmə iclasında qeyd edəcəyini bildirmişdir. Məhkəmə iclası təxirə salınmış və bu barədə iddiaçıya məlumat verilmişdir. Həmçinin iclasın vaxtı və yeri barədə iddiaçıya xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi və SMS bildiriş göndərilməsinə baxmayaraq, iddiaçı yenidən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi iddiaçı məhkəmə tərəfindən verilmiş sərəncamda göstərilən xətaları aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2907/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2907/2024
05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver