Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-291/2024 05.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı olan sahəsindən Köçərli kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. 10.12.2006-cı il tarixdə Köçərli bələdiyyəsinin, DT və XK Tərtər rayon şöbəsinin mütəxəssisinin və Köçərli kəndinin sakinlərinin, o cümlədən İddiaçı iştirakı ilə tərtib edilmiş sahə seçmə aktında bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılması məqsədəuyğun hesab edilmişdir.
3. DT və XK-nin Tərtər rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyinə əsasən ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi müəyyən edilmiş və ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə torpaqların alğı-satqısına dair akt bağlanmış və İddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 54 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 05 nömrə ilə qeydiyyata alınmışdır. və bu barədə xx.xx.2007-ci il tarixli **********2000003 nömrəli Torpaq sahəsinin Kadastr planı tərtib edilmişdir
5. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21- 3-46/2-2438/2023 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciəti ilə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericiliyin tələblərinə uyğun təqdim etdiyi sənədlər ekspertiza edilmiş və təqdim etdiyi sənədlərin arxiv məlumatlarının alınması üçün "xxxx" MMC-yə və Azərbaycan Respublikası X11 filialına sorğu göndərilmişdir. "xxxx" MMC-nin arxivində sözügedən sənədlərlə bağlı məlumat aşakr edilməmişdir, həmçinin X11 filialından ancaq 0.06 ha torpaq sahəsinin ayrılması barədə Tərtər rayonu Köçərli bələdiyyəsinin qərarı təqdim edilmişdir, digər sənədlərlə bağlı məlumat verilməmişdir.
6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 saylı ilə Tərtər rayonu, Köçərli kəndində yerləşən İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə verilmiş **********2000003 nömrəli “Torpaq sahəsinin kadastr planı”nda göstərilən koordinatlara əsasən TEKUİS-də həmin torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqəsinin torpaqları, təyinatı tikinti altında olan torpaq sahəsidir. 2) Həmin torpaq sahəsi naturada ölçülməklə, faktiki istifadədə olan sahəsinin koordinatlarının DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən verilmiş **********2000003 nömrəli “Torpaq sahəsinin kadastr planı”nda göstərilmiş koordinatları ilə uyğunluq təşkil edilib-edilməməsini müqayisə edərkən məlum olmuşdur ki, sənəd üzrə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluq vardır və 0.02 ha hissəsilə üst-üstə düşür. **********2000003 nömrəli “Torpaq sahəsinin Kadastr planı”nda göstərilmiş koordinatlara əsasən verilmiş 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsi **********91 nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. 3) Həmin torpaq sahəsi, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.
7. Cavabdeh orqanın nümayəndəsinin iclas zamanı təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.0186 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə X6 adına daşınmaz əmlakın döğvlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın AN-İ№0736059 nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Satıcı X3 rayonu, Köçərli kəndində yerləşən 0.0614 h torpaq sahəsindən 0.0198 ha hissəni Alıcı X1. 0.0186 ha və 0.0198 ha torpaq sahələrinin birləşmə planı tərtib edilmiş və Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.0384 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 saylı qərarına əsasən Tərtər rayonu, Köçərli kəndindən onun adına 0.06 ha sahibkarlıq məqsədilə ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin planı və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə ona sahibkarlıq məqsədi ilə 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. O, həmin torpaq sahəsində obyekt tikirmək qərarına gəlmişdir. Lakin torpaq sahəsinin onun adına qeydiyyata alınmaması səbəbindən torpaq üzərindəki gözlənilən mülkiyyət hüququndan səmərəli istifadə edə bilmir. O, bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh müraciətinə imtina vermişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə ona ayrılmış Köçərli kəndində yerləşən 6 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. O, sədrlik edənin sualına cavab vermişdir ki, torpaq sahəsi hasara alınmamış və hazırda onun istifadəsində deyil. O, bələdiyyənin ona satdığı torpaq sahəsini mütəxəssisə göstərmişdir.
23. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı;; - 10.12.2006-cı il tarixli sahə seçmə aktı; - İddiaçı ayrılmış torpaq sahəsinin sxematik planı; - Ödəniş qəbzi; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli rəyi; - xx.xx.2007-ci il tarixli **********2000003 nömrəli Torpaq sahəsinin Kadastr planı; - xx.xx.2007-ci il tarixli 05 nömrəli torpaqların alqı-satqısına dair akt; - Tərtər Rayon İcra Hakimiyyəti başçısının rəyi; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Mütəxəssis rəyi; - X6 hüquqmüəyyənedici sənədləri.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 saylı qərarına əsasən Tərtər rayonu, Köçərli kəndindən İddiaçı adına 0.06 ha sahibkarlıq məqsədilə torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi və Tərtər rayonu Köçərli bələdiyyəsinin nümayəndələri bələdiyyənin əkinə az yararlı torpaq sahəsindən həmin 0.06 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Həmin torpaq sahəsi müvafiq orqanların, o cümlədən bələdiyyənin və DT və XKnin Bərdə rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə seçilərək, bu barədə sahəseçmə aktı, habelə ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış və kadastr planı tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 54 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 05 nömrə ilə qeydiyyata alınmışdır.
28. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətlə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunverciliyin tələblərinə uyğun təqdim etdiyi sənədlər ekspertiza edilmiş və təqdim etdiyi sənədlərin arxiv məlumatlarının alınması üçün tərəflərindən "xxxx" MMC-yə və Azərbaycan Respublikası X11 filialına sorğu göndərilmişdir. Bununla əlaqədar bildirilir ki, "xxxx" MMC-nin arxivində sözügedən sənədlərlə bağlı məlumat aşkar edilməmişdir, həmçinin X11 filialından ancaq 0.06 ha torpaq sahəsinin ayrılması barədə Tərtər rayonu Köçərli bələdiyyəsinin qərarı təqdim edilmişdir, digər sənədlərlə bağlı məlumat verilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
29. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından cavabdeh orqanın imtinası ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
32. İşin faktiki hallarından, o cümlədən iddiaçının izahatından məlum olur ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satıldığı vaxtdan hasara alınmamış və onun faktiki istifadəsində olmamışdır. İddiaçının mütəxəssisə faktiki istifadəsində olan torpaq sahəsi kimi göstərdiyi sahənin konfiqurasiyasına vizual baxdıqda isə onun iddiaçıya satılacaq 0.06 ha torpaq sahəsinin sxematik planında, həmçinin kadastr planında göstərilmiş konfiqurasiyada (20mx30m) olmadığı aydın nəzərə çarpır (mütəxəssis rəyinə əlavə edilmiş cizgi plan).
33. Digər tərəfdən, əldə edilmiş mütəxəssis rəyi ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış və bu barədə kadastr planı verilmiş 0.06 ha torpaq sahəsinin 0.02 ha hissədə X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
34. Belə ki, iddiaçının mülkiyyət hüquqlarını qeydə aldırmaq istədikləri torpaq sahəsinin mülkiyyət növünün, təyinatının və kateqoriyasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 saylı ilə Tərtər rayonu, Köçərli kəndində yerləşən İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə verilmiş **********2000003 nömrəli “Torpaq sahəsinin kadastr planı”nda göstərilən koordinatlara əsasən TEKUİS-də həmin torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqəsinin torpaqları, təyinatı tikinti altında olan torpaq sahəsidir. Həmin torpaq sahəsi naturada ölçülməklə, faktiki istifadədə olan sahəsinin koordinatlarının DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən verilmiş **********2000003 nömrəli “Torpaq sahəsinin kadastr planı”nda göstərilmiş koordinatları ilə uyğunluq təşkil edilib-edilməməsini müqayisə edərkən məlum olmuşdur ki, sənəd üzrə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluq vardır və 0.02 ha hissəsilə üst-üstə düşür. **********2000003 nömrəli “Torpaq sahəsinin Kadastr planı”nda göstərilmiş koordinatlara əsasən verilmiş 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsi **********91 nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur.
35. Cavabdeh orqanın nümayəndəsinin iclas zamanı təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.0186 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə X6 adına daşınmaz əmlakın döğvlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın AN-İ№0736059 nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Satıcı X3 rayonu, Köçərli kəndində yerləşən 0.0614 h torpaq sahəsindən 0.0198 ha hissəni Alıcı X1. 0.0186 ha və 0.0198 ha torpaq sahələrinin birləşmə planı tərtib edilmiş və Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.0384 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
37. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu hal, iddianın rədd edilməsinə əsas verir.
38. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva