Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2914/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X6 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ******* qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 21-3-33/2-2074/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2009-cг il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1974-cü il təvəllüdlü Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1983-cü il təvəllüdlü X12, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.1994-cü il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X3 şəhəri, 3-cü mikrorayon, ev 26, mənzil 46 ünvanında qeydiyyatdadır.
3. İddiaçı üçüncü şəxslər Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X6 qarşı ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Gəncə Şəhərr İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli Ə- 1256 nömrəli məktubunda bildirilmişdir ki, 6 nömrəli Xidmət Sahəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli 206 nömrəli arayışına əsasən adları qeyd olunan şəxslər Gəncə şəhəri, 3-cü mikrorayon, 26 nömrəli binanın 46 nömrəli mənzilində qeydiyyatdadırlar, lakin uzun müddətdir yaşamırlar. Arayışda adları qeyd olunan vətəndaşların qeydiyyatdan çıxarılmaları ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunur.
5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-6648/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı xx.xx.2004-cü il tarixdən hal-hazıradək, X5 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X12 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X13 xx.xx.2004-cü il tarixdən hal-hazıradək, Həsənova Şeyla (Şəlalə) Asim qızı xx.xx.2004-cü il tarixdən hal-hazıradək, Mehdiyeva amina zaur qızı xx.xx.2014-cü il tarixdən hal-hazıradək və X14 xx.xx.2009-cu il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X6 həmin ünvana qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il təvəllüdlü 63 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.2025-ci il tarixli 437 nömrəli arayışdan görünür ki, Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X14 hal-hazırda ünvan 1 yaşamırlar.
7. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-739/2025 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində məlumat aşkar edilmişdir. X4 – xx.xx.1944-cü il (xx.xx.2020-ci il tarixdə vəfat edib), qızı X7 - xx.xx.1974-cü il, qızı X5 – xx.xx.1983-cü il, oğlu – X12 xx.xx.1983-cü il. II. Məhkəmədə icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X6 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mikrorayon, mənzil 46 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla ona məxsusdur. (Çıxarış: Seriya MH № 0026970; Reyestr nömrəsi: **********51-05101- 093013; Qeydiyyat nömrəsi: **********: Qeydiyyat tarixi: xx.xx.2009). xx.xx.1974-cü il təvəllüdlü Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, xx.xx.1975-ci il təvəllüdlü X5, 06.09,1983-cü il təvəllüdlü X12, xx.xx.1994-cü il təvəllüdlü, X10, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X14 hal-hazırda ona məxsus olan yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadırlar. Qeyd edir ki, onlar ona məxsus olan ünvanda pasport qeydiyyatında olsalar da, faktiki olaraq başqa ünvanlarda yaşayırlar. Onların ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir, ancaq Cavabdeh xx.xx.2024-cü il tarixli, № 313- 57/r-M-29558/u/24 saylı məktubunda ona məxsus olan ünvandan qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Odur ki, cavabdehlər ona məxsus şəxsi mülkündə qeydiyyatda olduqları üçün o, mülkünü sərbəst istifadə edə bilmir, imkansız olduğu halda artıq kommunal xərcləri ödəyir. Hətta yaşadıqları ünvan ona məlum deyil. Göründüyü kimi, cavabdehlər ona mülkiyyət hüququ əsasında məxsus olan evdən qeydiyyatdan çıxmaq istəməməklə mülkiyyətindən istədiyim kimi istifadə etməyinə imkan vermir və onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətindədir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayış; - Gəncə Şəhərr İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli Ə- 1256 nömrəli məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2074/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-6648/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il təvəllüdlü 63 nömrəli cavab məktubu və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli 437 nömrəli arayış; - Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-739/2025 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə X2 məxsusdur.
27. Hazırkı mülkiyyətçinin övladları Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, nəvələri X13, X10, X9 və X3 şəhəri, 3-cü mikrorayon, ev 26, mənzil 46 ünvanında qeydiyyatda olduqlarından iddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
28. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
30. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxs in yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.
31. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
32. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12 hazırki mülkiyyətçinin övladları, X13, X10, X9 və X14 isə nəvələri olmaqla, onlar iddiaçının ailə üzvləri kimi yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışlar.
33. Ona görə də, Həsənova (Məmmədova) İlhamə Eyvaz qızı, X5, X12, X13, X10, X9 və X6 mübahisəli evdən istifadə hüquqlarının mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. İddiaçının iddia etdiyi kimi, üçüncü şəxslərin həmin evdə yaşamadıqları halda iddiaçı həmin şəxslərin istifadə hüquqlarının itirilməsi (və ya xitamı) barədə iddia qaldırmalı, həmin icraat zamanı adıçəkilən şəxslərin mübahisəli evə istifadə hüquqlarının olmadığı müəyyən ediləcəyi və iddia təmin ediləcəyi halda, həmin qətnamə onların qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
35. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.
36. Ona görə də, iddia təmin edilməməlidir.
37. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva