Məhkəmə qərarları › İş №2-1(114)-292/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-292/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-292/2021 12.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 saylı region üzrə X9 nümayəndələri X4 və X5, üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 saylı region üzrə X12 (üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı istehsalat qəzası nəticəsində xəsarət alması barədə aktın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 saylı region üzrə X12 və Şəmkir rayon Telekommunikasiya Qovşağına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 04.04.2013-cü il tarixdə istehsalat zədəsi almağına dair faktın müəyyən olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 saylı region üzrə X12 (üçüncü şəxs Şəmkir rayon Telekommunikasiya Qovşağı) qarşı yeni iddia ərizə təqdim edərək 04.04.2013-cü il tarixdə istehsalat qəzası nəticəsində xəsarət almağı barədə aktın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Telekommunikasiya Qovşağında işlədiyi zaman, 04 aprel 2013-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış, xəsarəti ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılmışdır. Daha sonra işlədiyi idarə onunla maraqlanmamış, hətta onu işdən azad etmişdir. O da işə bərpa olunmağı üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə işə bərpa olunmuşdur. Daha sonra səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunmuşdur. Əmək haqqını da məhkəmə qətnaməsi ilə almışdır. Hazırda İİ qrup əlil kimi pensiya alır. Lakin iş başında xəsarət aldığı üçün, xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuşdur. Ancaq ona adi əlil kimi pensiya təyin olunmuşdur, pensiya təyinatında istehsalatda xəsarət almağı qeyd olunmamışdır. ŞTQ onun istehsalat zədəsi almağını qəbul etmədiyi üçün ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 avqust 2020-ci il tarixli qərardadı ilə ərizəsi geri qaytarılmış və İnzibati Məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Həmin qərardaddan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərardadı Şəmkir Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd edir ki, Şəmkir rayon prokurorluğunda araşdırılma aparılan zaman müəyyən olunmuşdur ki, xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış və bundan sonra ona pensiya təyin olunmuşdur. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək onun iş başında xəsarət almasının sübutlarla, yəni cinayət işinin başlanmasının rədd qərarında verilən izahatlarla, iş yoldaşları tərəfindən tərtib olunmuş aktla sübut olunduğunu, lakin cavabdeh orqan tərəfindən baş vermiş hadisə üzrə istehsalatda bədbəxt hadisə kimi təhqiqat aparılmadığını bildirmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehin X13 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hazırkı hadisə ilə bağlı onların şöbəsində heç bir məlumat yoxdur, tərəflərindən heç bir araşdırılma aparılmamış və təhqiqat aktı tərtib edilməmişdir. Hazırda həmin aktın tərtib edilməsi mümkün deyildir. Lakin həmin faktı təsdiq edən məhkəmə qətnaməsi təhqiqat aktını əvəz edən sənəddir. Cavabdehin nümayəndəsi X14 da məhkəmə iclasında digər nümayəndə ilə eyniməzmunlu izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X10 məhkəmə iclasında hazırda təhqiqatı aparılması tələb edilən hadisə ilə bağlı hər hansı bir sənədin olmadığını, şəxsin iş başında xəsarət almasına dair heç bir qeydiyyatın aparılmadığını, bu səbəbdən təhqiqatın aparılmasının mümkünsüzlüyünü bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara əsasən hesab edir ki, ilk öncə hazırkı iş üzrə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Məhkəmə qeyd edir ki, mübahisə ilə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməli, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 20.12.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı 04.04.2013-cü il tarixdə X1 rəhbərliyinin tapşırığı ilə Şəmkir şəhəri Morul qəsəbəsində olan dirəklərdə təmir-bərpa işləri apararkən dirəkdən birinin aşması nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, yəni qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, öoyün nahiyəsinin əzniyi, V-VJ boyun fəqərə dirsəklərində anterior subğaraxnoid sahəni sıxan sirkulyar qabarma və döş qəfəsinin qapalı travması kimi xəsarətlər almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.06.2013-cü il tarixli qərarı ilə aparılmış araşdırma zamanı toplanmış materiallarla İddiaçı xüsusi qoruyucu vasitələrdən istifadə etməklə ondan bir qədər əvvəl briqadanın üzvü Alay Musayevin qalxıb kabelləri bərkitmiş həmin qarlı dirəyə qalxaraq dirəyə sarınmış istifadəsiz məftilləri kəsərək dirək dibindən boşaldığına görə yaxınlıqda yerləşən navesin üstünə düşmüş, dirəklə navesin arasında qalması nəticəsində sağlamlığa az ağır zərər vuran xəsarətlər almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.06.2013-cü il tarixli qərarında X11 rayon prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, o, 2005-ci ildən X1 rəisi vəzifəsində işləyir. İddiaçı 10.05.2011 -ci il tarixli 76 №-li əmrlə telefon əkəsinə 5-ci dərəcəli elektro-montyor vəzifəsinə təyin etmiş, onunla əmək müqaviləsi bağlanmış, o, «X2ydaları haqqında» Təlimatla tanış edilmişdir. Hər gün işə başlamazdan əvvəl bütün işçilər səhər sahədə olan «Təhlükəsizlik qaydalarına riayət olunmasına dair» qeydiyyat jurnalına imza edirlər. 04.04.2013-cü il tarixdə təxminən saat 17:30-radələrində təmir briqadasının briqadiri Fazil Sadıqov ona telefonla məlumat vermişdir ki, İddiaçı iş zamanı dirəyə çıxıb iş görərkən oradan yıxılıb bir qədər əzilərək xəsarət alıb. O, təcili hüquqşünas Ramiz Ələkbərovu hadisə yerinə göndərmiş, o da hadisə İlə bağlı akt tərtib edib ona təqdim etmişdir. Ramiz hadisə yerinə çatanda ona telefonla zəng edərək bildirmişdir ki, Vüsalın huşu özündədir, özü hərəkət edir, xəstəxanaya getmək istəmir, onu evə aparmasını tələb edir. O, isə Ramizə «çalış onu xəstəxanaya apar, getməsə evinə apar» demişdir. Ramiz də onu qovşağın maşını ilə evinnə aparmış, Vüsalın anası onlari evdən qovmuşdur. Sonradan ona məlum olmuşdur ki, Vüsalın anası bu barədə təciili yardım stansiyasına məlumat vermiş, oradan gələn həkim onu xəstəxanaya aparmış, orada Vüsala ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılmışdır. İddiaçı dirəyə qalxa bilərdi, buna vəzifə səlahiyyətləri yol verir, o hadisə yerində çox qalmamış, özü xəstəxanaya getməkdən imtina etmişdir. Hadisə cüzi olduğundan bu barədə Əmək Müfəttişliyinə bir qədər gec məlumat verilmişdir. X15 Xidmətinin 20 saylı Regional üzrə X9 rəisi Xəqani Abbasovun 03.05.2013-cü il tarixli, 31 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli, 27 nömrəli qərarına əsasən işçi əmək qabiliyyətini bir gündən az müddətə itirərsə, o hadisə istehsalatda bədbəxt hadisə kimi qeydə alınmır. 04.04.2013-cü il tarixli Şəmkir rayon TKQ-nin hüquqşünası X8, Şəmkir TKQ-nin təmir briqadasının işçiləri X6, X18 və X21, Şəmkir TKQ-nin sürücüsü F.A.Məmmədov tərəfindən tərtib edilən və imzaları ilə təsdiqlənən aktdan məlum olur ki, həqiqətən 04.04.2013-cü il tarixdə təmir briqadasının işçiləri şəhərin Morul yaşayış sahəsində elektrik xətt təsərrüfatında təmir işləri apararkən saat 17:25 radələrində təmir briqadasının işçisi İddiaçı kabelləri nizama salarkən ehtiyyatsızlıq edərək rabitə dirəyindən yıxılmış və yaxınlıqda yerləşən evin damının üzərinə düşmüşdür. X1 09.04.2021-ci il tarixli 281 nömrəli məktubundan görünür ki, İddiaçı 10.05.2011ci il tarixdən 03.07.2013-cü il tarixə kimi Şəmkir TKQ-da 5-ci dərəcəli elektrik montyor vəzifəsində işləmişdir. İddiaçı vəzifə başında xəsarət almamış, fakt ilə bağlı Şəmkir TKQda heç bir qeydiyyat və araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 saylı region üzrə X9 12.04.2021-ci il tarixli, 60 nömrəli məktubundan görünür ki, İddiaçı Şəmkir rayon Telekommunikasiya Qovşağında işlədiyi zaman xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alması barədə X15 Xidmətinin Şəmkir regional ərazi şöbəsində heç bir sənəd mövcud deyildir və qeydiyyata alınmamışdır. Hazırkı iş üzrə iddia tələbinin əsasını iddiaçının 04.04.2013-cü il tarixdə istehsalat qəzası nəticəsində xəsarət almağı barədə aktın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb təşkil edir. İddia tələbinin əsaslandırılmasından da göründüyü kimi iddiaçı hazırda İİ qrup əlil kimi pensiya alır, iş başında xəsarət aldığı üçün, xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş, lakin ona adi əlil kimi pensiya təyin edilmiş, pensiya təyinatında istehsalatda xəsarət almağı qeyd olunmamışdır. Hazırki tələbi isə iş başında xəsarət aldığı üçün həmin hadisəyə dair təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İşdə olan sübutlardan məlum olur ki, hazırki hadisə ilə bağlı istər cavabdeh inzibati orqan, istərsə də üçüncü şəxs tərəfindən heç bir araşdırılma aparılmamış, təhqiqat aktı tərtib edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş İşçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin: - 1.1-ci bəndinin ikinci abzasına əsasən bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. - 1.1-ci bəndinin üçüncü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. - 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Qeyd olunan normalardan göründüyü kimi bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin bu zərər – istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt; - işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyi nəticəsində ölməsi haqqında şəhadətnamə ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının istehsalatda xəsarət almasına dair təhqiqat aktı tərtib edilmədiyindən həmin hal hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1 və 307.2.7. maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları – bədbəxt hadisə faktını müəyyən edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri əsas götürülməlidir. Həmin Qərarın 8.1-ci maddəsində göstərilmişdir ki, bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi). Məhkəmələr bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin faktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın (qeyd edilən Qərarın 8.2-ci maddəsi). Bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədənkənar qaydada həll edilməlidir. Bədbəxt hadisə faktının müəyyən edilməsini nəzərdə tutan məhkəmənin qətnaməsində bədbəxt hadisənin baş verməsi vaxtı və yeri, zərərçəkən şəxsin adı, soyadı və atasının adı, habelə bədbəxt hadisənin istehsalatla əlaqədar olaraq baş verdiyi göstərilməlidir (qeyd edilən Qərarın 8.3 və 8.4-cü maddələri). Göründüyü kimi, iddiaçının hüquqi marağını iş başında xəsarət alması ilə əlaqədar təhqiqat aktının əldə edilməsi və bununla əlaqədar pensiya təminatında iş başında xəsarət almasının nəzərə alınması təşkil edir ki, bu da ümumi məhkəmələrin xüsusi icraat qaydasında baxdığı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aiddir. Ona görə də, hazırkı mübahisə publik (ümumi) deyil, xüsusi hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 saylı region üzrə X12 (üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı istehsalat qəzası nəticəsində xəsarət alması barədə aktın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar