Məhkəmə qərarları › İş №2-1(114)-2923/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2923/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2923/2025 25.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 10.09.2015-ci il tarixli, AZ-İİİ 622207 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, atası X9 və anası İddiaçıdır; - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-68/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh X9 arasında Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 105 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflər arasındakı nikah pozulduqdan sonra xx.xx.2005-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2008-ci il tarixdə anadano olmuş X5 anası İddiaçı yanında saxlanılması qət edilmişdir; - cavabdehin xx.xx.2025-ci il tarixli, 61/2-İ-16xx/xx/2025 nömrəli məktubuna əsasən, DİN-in xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə işğaldan azad olunmuş Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Xocalı rayonlarında və Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibari ərazi vahidlərində yaşayış yeri üzə qeydiyyata alınması, eləcə də digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmaq məskunlaşma başa çatanadək dayandırılmışdır.

2. Şirvan İnzibati Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2-1(120)-3864/2024 nömrəli məktuba əsasən, iddiaçı X6 cavabdeh Ağcabədi rayon Polis şöbəsinə qarşı “X7, X9 və X4 Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən 340 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3864/2024 nömrəli qərar qanuni qüvvəsini almış, icra olunması üçün cavabdeh Ağcabədi rayon Polis şöbəsinə göndərilmiş və cavabdeh inzibati orqan tərəfindən sözügedən qərar tam icra olunmuşdur.

3. Ədliyyə Nazirliyi Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-822/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 105 nömrəli nikah haqqında akt qeydinə əsasən, “evlənənlər haqqında məlumat” qrafasında Abbasov (evlənəndən sonra “Abbasov”) Rizvan Asif oğlu və İsmayılova (evlənəndən sonra “Abbasova”) Sevinc Sultan qızı göstərilmiş, AZ-İ 123636 nömrəli şəhadətnamə verilmişdir.

4. İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 Ağdam rayonu, Boyəhmədli kəndinə qeydiyyata alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq valideyni ilə birlikdə Bərdə rayonu, Türk çadırlıq şəhərciyində məskunlaşmış, 27 aprel 2004-cü ildə Ağcabədi şəhərində yaşayan X9 ilə ailə qurmuş, amma nikahları 27 aprel 2005-ci ildə rəsmiləşdirmiş, birgə nikahlarından 05 aprel 2005-ci il təvəllüdlü X8 və 12 mart 2008-ci il təvəllüdlü X5 anadan olmuşdiur. İddiaçı qeyd edir ki, ailə münasibətləri düz gəlmədiyi üçün Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ilə X9 ilə aralarında olan nikah pozulmuş, həmin qətnaməyə əsasən 05 aprel 2005-ci il təvəllüdlü X8 və 12 mart 2008-ci il təvəllüdlü X5 hər iki uşaq onun himayəsində saxlanmış, bundan sonra sabiq qaynı X1 İnzibati Məhkəməsinə müraciət edərək onun və 05 aprel 2005-ci il təvəllüdlü X8 və 12 mart 2008-ci il təvəllüdlü X5mun ona məxsus Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən 340 nömrəli evdən çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli qərarı ilə onu, 05 aprel 2005-ci il təvəllüdlü X8 və 12 mart 2008-ci il təvəllüdlü X3 qeyd olunan ünvandan Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən 340 nömrəli evdən çıxarılması öhdəliyi Ağcabəd rayon Polis Şöbəsinə qoyulmuş, həmin qərara əsasən Ağcabədi rayon Polis şöbəsinin şəxsiyyət vəsiqəsinin və qeydiyyat şöbəsi tərəfindən ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmışlar. Onə görə də, iddiaçı anadan olduğu və nikah bağlananadək qeydiyyat olduğu Ağdam rayonu, Boyəhmədli kəndində uşaqları ilə birlkdə qeydiyyata alınmağı üçün Cavabdeh şəxsiyyət vəsiqəsinin və qeydiyyat şöbəsinə müraciət etmiş, həmin ərizəyə əlavə edilmiş Cavabdeh ona ünvanlanmış 30 yanvar 2025ci il tarixli məktubu ilə müraciəti təmin edilməmiş və onun və uşaqlarının Ağdam rayonu, Boyəhmədli kəndinə qeydiyyata alınmaqlarına imtina edilmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikasını Daxili işlər Nazirliyinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə bağlı işğaldan azad olunmuş Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Xocalı rayonlarında və Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respulikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması, eləcə də digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmaq məskunlaşma başa çatanadək dayandırılması göstərilmişdir. İddiaçı aşağıda göstərilənlərə hesab edir ki, onu və övladlarının 05 aprel 2005- ci il təvəllüdlü X4 və 12 mart 2008-ci il təvəllüdlü X2 Cavabdeh şəxsiyyət vəsiqəsinin və qeydiyyat şöbəsinin doğulduğu və yaşadığı Ağdam rayonunun Bohəhmədli kəndində qeydiyyata alınmalarına imtina edilməsi tamamilə əsassızdır.

6. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

7. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

8. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

9. İddia İddiaçı aid hissədə mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

10. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

11. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.

12. Məhkəmə iş üzrə inzibati icraat materiallarına əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçının marağı övladları ilə birlikdə Ağdam rayonu, Boyəhmədli kəndinə qeydiyyata alınmaları olmuş, bununla bağlı cavabdeh orqana müraciət etsə də ona imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki,

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə işğaldan azad olunmuş Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Xocalı rayonlarında və Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibari ərazi vahidlərində yaşayış yeri üzə qeydiyyata alınması, eləcə də digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmaq məskunlaşma başa çatanadək dayandırılmışdır.

14. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuş və bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamışdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

18. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

19. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

21. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq, şəxsin yaşadığı ev, mənzil və i.a. “yaşayış yeri” kimi, aşağıdakılar başa düşülür: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla.

23. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı tərəfindən, qeydiyyata alınmasını istədiyi ünvanla bağlı məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birini təqdim etməmişdir. Bu səbəbdəndə məhkəmə iddianı əsaslı hesab etmir.

24. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-532/2025 nömrəli qərarında da əks etdirilmişdir.

25. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia iddiaçının özünə aid hissədə təmin edilməməlidir.

26. Digər tərəfdən məhkəmə hesab edir ki, iddianın xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 Ağdam rayonu, Boyəhmədli kəndinə qeydiyyata alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-2923/2025 nömrəli qərardadı ilə mümkün saylmaması nəzərə alınmalıdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı Cavabdehnə qarşı onun Ağdam rayonu, Boyəhmədli kəndinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddianın xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 Ağdam rayonu, Boyəhmədli kəndinə qeydiyyata alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-2923/2025 nömrəli qərardadı ilə mümkün saylmaması nəzərə alınsın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar