Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2932/2024 28.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X10ə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X10ə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı məxsus xx.xx.2011-ci il tarixli AO127570 nömrəli hərbi biletdə onun xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Ağdam rayon istiqamətində gedən döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir.
2. N nömrəli hərbi hissənin “4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 6-cı minaatan komandiri vəzifəsində xidmət edən mahhxhq kiçik çavuş İddiaçı mütəmadi olaraq özünə qapanmaların olması və psixoloji gərginlik keçirməsi haqqında” xx.xx.2021-ci il tarixli aktından görünür ki, həqiqətən də 4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 6-cı minaatan komandiri vəzifəsində xidmət edən mahhxhq kiçik çavuş İddiaçı "Böyü vətən müharibəsi" zamanı yanında minaatan partlaması nəticəsində “qapalı kəllə-beyin" travması almışdır. Bir müddət sonra psixoloji vəziyyətində problemlər olduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə almışdır. Müşahidələr zamanı yüksək psixi və fiziki yükləmələrdə psixi fəaliyyətin pozulmasına meyillilik və mütəmadi olaraq kəskin əsəbi-psixi pozuntu halları baş verməsi aşkar olunmuşdur.
3. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 98 nömrəli Travma haqqında arayışından görünür ki, MAHHXHQ kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdə Ağdam uğrunda gedən döyüşlər zamanı, düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol çənə bucağı nahiyyəsinin, sağ qulaq seyvanının, ənsə nahiyyəsinin, boyunun C1 və C2 fəqərəsi səviyyəsinin, sol dirsəyin yumşaq toxumalarının yad cisimləri (qəlpələri)” diaqnozu ilə xəsarət almışdır.
4. Silahlı Qüvvələrin Baş X4 bölməsinin 2197 nömrəli Xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020) sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağda 6 metr, solda 4,5 metr məsafədən eşitməsi ilə. Partlayış yaralanması (xx.xx.2020) sol çiyin qurşağının sol yuxarı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaralarının 1-cili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələri). Partlayış travması (xx.xx.2020) uzun sol yarısının nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyət, yumşaq toxumaların yad cismi (bir ədəd kiçik ölçülü metal qəlpə). Keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı asteno-nevtrotik təzahürlər. Hər iki gözün blefariti, hər iki gözdə görmə itiliyi 1,0 olmaqla. Sol said nahiyyəsinin ön səthinin səthi cızılmış yaraları” kimi müəyyən edilmişdir.
5. Müdafiə Nazirliyinin Baş X5 bölməsinin 5876 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2020), baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), soltrəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçılı nitqinin sol qulaqda 4,5 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Sol saidin ön səthinin sıyrılmış yarasından (2021-ci il aprel) sonrakı bərkimiş dəri çapığı” kimi qeyd olunmuşdur.
6. Azərbaycan Respublikiası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 706 nömrəli arayışında diaqnoz “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), sol çənə bucağı nahiyyəsinin yumşaq toxumaların kor qəlpə yaralanmasından sonrakı vəziyyət, yumşaq toxumaların yad cismi. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor eşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Boyun və sol dirsək nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Zəif qidalanma BÇİ-18,0. Hər iki gözün hipermetropiyası Hm 0,75D görmə itiliyi 1,0. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” kimi qeyd edilmişdir.
7. Müdafiə Nazirliyinin Baş X5 bölməsinin 2544 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu və vegetativ damar davamsızlığı şəklində qalıq əlaməti. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, sol çənə bucağının, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələr). Barotravma (xx.xx.2020), soltrəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçılı nitqinin sol qulaqda 4,5 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Burun arakəsməsinin əyriliyi tənəffüsün mülayim dərəcədə pozulmasıyla. Sol saidin ön səthinin çoxsaylı səthi yaralarından sonrakı dəri çapıqları” kimi qeyd olunmuşdur.
8. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam Rayon Əsəb Dispanserində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Klinik Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X10də, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdam Rayon Əsəb Dispanserində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cüil tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X10də müalicədə olmuşdur.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3871 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Brotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 metr, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020) sol çənə bucağı nahiyyələrinin yumşaq toxumaların yad cismləri (metal qəlpələr)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Hər iki gözün hipermetropiyası Hm 0,75D görmə itiliyi ilə 1,0. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. Zəif qidalanma. BÇİ-17,8” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi “müəyyənləşdirilmiş, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
10. “Respublika Psixiatrik Xəstəxanası” X10 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1622 nömrəli rəyində diaqnoz “Üzvi mənşəli (müharibədə alınmış travma nəticəsində) affektiv pozuntu, anamnezində intihar fikirləri və funksional tutmalarla F06.3” kimi qeyd olunmuşdur.
11. “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli 586 nömrəli rəyində diaqnoz “Üzvi mənşəli (müharibədə alınmış travma nəticəsində) affektiv pozuntu, uzun davam edən depressiv epizod intihar cəhdləri ilə F06.3” kimi qeyd edilmişdir.
12. “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli 10177 nömrəli rəyində diaqnoz “Üzvi mənşəli (müharibədə alınmış travma nəticəsində) affektiv pozuntu F06.3. Anamnezində intihar fikirləri və funksional tutmalarla” kimi qeyd edilmişdir.
13. “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2021-ci il tarixli 11498 nömrəli rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu F06.5” kimi qeyd edilmişdir.
14. X8 xx.xx.2022-ci il tarixli Komputer EEQ-nin nətiəsi “Bioelektrik aktivliyində dominant tezlik 9,7Hz, amplitudu 7-8 kkV alfa-dalğalar registrasiya olunmur. Alın-ənsə qradiyenti hamarlaşıb. Funksional siqnallar zamanı əsas ritmin dezorqanizasiyası və beta aktivlik üstünlük təşkil edir. İktal pattern aşkar olmayıb.
15. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin qərardan verdiyi şikayət əsasında onun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə əyani müayinə edilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir.
16. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə yenidə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin qərarda verdiyi şikayətə əsasən onun xx.xx.2022-ci il tarixdə əyani müaniyəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-343/2023 nömrəli qərar qəbul edilmişdir.
17. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.mİddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2982/2023 nömrəli qərar qəbul edilmişdir.
18. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş E00176992ADS nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) Şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar fikirləri, funksional tutmalarla; Yanaşı xəstəliklər – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi mənşəli affektiv pozuntu, İntihar cəhdləri ilə; Yanaşı xəstəliklər – H52.0 Hipermetropiya, Hər iki gözün hipermetropiyası Hm 0.75D görmə itiliyi ilə 1,0; Yanaşı xəstəliklər – F44 Dissosiativ (konversion pozuntular, Dissosiativ konversion pozuntular; Yanaşı xəstəliklər - H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, Sağ tərəfli normal eşitmə. Sol tərəfli yüngül (İ) dərəcəli eşitmə azlığı.
19. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
20. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3378/2024 nömrəli qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
21. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X10ə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli travma haqqında arayışından görünür ki, xx.xx.2020-ci ildə (44 günlük Vətən müharibəsi zamanı) həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütüövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində "keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol çənə bucağı nahiyəsinin, sağ qulaq seyvanının, ənsə nahiyəsinin, boyunun C1 və C2 fəqərəsi səviyyəsinin, sol dirsəyin yumşaq toxumalarının yad cisimləri (qəlpələri) diaqnozu ilə xəsarət almışdır. Həmin ərizəyə əlavə edilmiş Silahlı Qüvvələrin Baş klinik X3 2197 nömrəli Xəstəlik tarixindən görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "partlayış tarvması (xx.xx.2020) keçirmiş qapalı kəliə beyin travması baş beyin silkələnməsindən sonrakı neqativ damar davamsızlığı. Barotravma (xx.xx.2020) sol tərflixronik koxlear nevrit, sol tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağda 6 metr, solda 4,5 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) sol çiyin qurşağının sol yuxarı ətrafın kor qəlpə yaralanmalarına görə aparılmış 1-ci cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumların yad cismi (metal qəlpələri) Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürləri diaqnozu" ilə stasionar müalicə olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyinin Baş X6 Bölməsinin 5876 nömrəli xstəlik tarixindən görünür ki, N nömrəli Hərbi Hissə komandanlığının göndərişinə əsasən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı astononevrotik tazahürlər və vegetativ damar davamsızlığı" diaqnozu ilə həmin hospitalda stasionar müalicə olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş Müadfiə Nazirliyinin Hərbi Polikilinikasının 706 saylı arayışından, Müdafiə Nazirliyinin Baş klinik X7 2544 nömrəli arayışından da göründüyü kimi eyni diaqnozla həmin müalicə müssisələrində satasionar müalicə olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş Müadfiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 3871 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən göründüyü kimi « keçirilmişmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı üzvi dissosioativ pozuntu, Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəliə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı" qurşağının, sol yuxarı ətrafın, boyun nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr) "Partlayı travması (xx.xx.2020) sol çənə bucağı nahiyələrinin yumşaq toxumaların yad cismləri" (metal qəlpələr) "Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə" "Sol çiyin Hərbi tarvmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiaysının yararlıq haqqında qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Ona görə də "Xəstəliklər Cədvəlinin müvafiq maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli 29 fevral 59 nömrəli qərarına əsasən hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən sonra da səhhətində ciddi pozuntular (nevroloji, psixi) baş vermişdir. Dəfələrlə özünə intahar cəhdləri baş vermişdir. Dəfələrlə uzun müddət Psixatriya xəstəxanalarında stasionar müalicə olunmaq məcburiyyətində qalmışdır. Belə ki, həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirlyinin "X2 X10 Xəstəlik haqqında Çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək nəhayət sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Üzvi şəxsiyyət pozuntusu, uzun davam edən depressiv epizodu, intihar cəhdləri diaqnozu" ilə stasionar müalicə olumuşdur. Ona görə də ona müvafiq əlillk dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyininə müracət etmişdir. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin X9-Sosial Ekspertiza komissyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Komissiyasının ona əlillik dərəcəsinin verilməsindəm imtinası tamamilə əsassız hesab edir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
24. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
25. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
26. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
27. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
28. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndəriş üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3378/2024 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün müddətin ötürülmədiyi müəyyən edilir.
29. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
30. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
31. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
32. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
33. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
34. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
35. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
36. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. O, sədrlik edənin suallarına cavab verərək bildirmişdir ki, adətən psixi cəhətdən əsəbi, stressli, gərgin olduğu hallarda danışarkən kəkələyir. Yalnız sakit olduğu hallarda kəkələmə halı səngəyir, onun da daimi baş ağrıları olduğundan sakit vəziyyətdə olduğu hallar nadirən olur. Qıcaolma tutmaları ayda bir neçə dəfə təkrarlanır, lakin baş nahiyyəsində çoxsaylı qəlpələr olduğundan tibb müəssisəsi onun Baş-beyin MRT edilməsindən imtina etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2011-ci il tarixli AO127570 nömrəli hərbi bilet; - N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli aktı və xx.xx.2022-ci il tarixli 98 nömrəli Travma haqqında arayışı; - Silahlı Qüvvələrin Baş X4 bölməsinin 2197 nömrəli Xəstəlik tarixindən çıxarış epikrizi; - Müdafiə Nazirliyinin Baş X5 bölməsinin 5876 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - Azərbaycan Respublikiası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 706 nömrəli arayışı; - Müdafiə Nazirliyinin Baş X5 bölməsinin 2544 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - Ambulator xəstəlik tarixindən çıxarışlar; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3871 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə); - “Respublika Psixiatrik Xəstəxanası” X10 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1622 nömrəli rəyi; - “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli 586 nömrəli, xx.xx.2023-cü il tarixli 10177 nömrəli və xx.xx.2021-ci il tarixli 11498 nömrəli rəyləri; - X8 xx.xx.2022-ci il tarixli Komputer EEQ-nin nəticəsi; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********0 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-343/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2982/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3378/2024 nömrəli qərarları; - xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş E00176992ADS nömrəli göndəriş; - Məhkəmənin sorğusuna əsasən əldə edilmiş iddiaçının tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
40. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3871 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Brotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 metr, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020) sol çənə bucağı nahiyyələrinin yumşaq toxumaların yad cismləri (metal qəlpələr)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Hər iki gözün hipermetropiyası Hm 0,75D görmə itiliyi ilə 1,0. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. Zəif qidalanma. BÇİ-17,8” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi “müəyyənləşdirilmiş, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
41. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə əyani müayinə edilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir.
42. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə yenidə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərarda verdiyi şikayətə əsasən onun xx.xx.2022-ci il tarixdə əyani müaniyəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-343/2023 nömrəli qərar qəbul edilmişdir.
43. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023cü il tarixli 3-17-4/3-3-2982/2023 nömrəli qərar qəbul edilmişdir.
44. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş E00176992ADS nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) Şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar fikirləri, funksional tutmalarla; Yanaşı xəstəliklər – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi mənşəli affektiv pozuntu, İntihar cəhdləri ilə; Yanaşı xəstəliklər – H52.0 Hipermetropiya, Hər iki gözün hipermetropiyası Hm 0.75D görmə itiliyi ilə 1,0; Yanaşı xəstəliklər – F44 Dissosiativ (konversion pozuntular, Dissosiativ konversion pozuntular; Yanaşı xəstəliklər - H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, Sağ tərəfli normal eşitmə. Sol tərəfli yüngül (İ) dərəcəli eşitmə azlığı.
45. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3378/2024 nömrəli qərar qəbul edilmişdir.
46. İş materiallarında olan Xəstəlik tarixlərindən çıxarışlardan görünür ki, İddiaçı həmin diaqnozlar üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam Rayon Əsəb Dispanserində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Klinik Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X10də, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdam Rayon Əsəb Dispanserində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cüil tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X10də müalicələrdə olmuşdur.
47. Həmin diaqnozlardan Əsas diaqnoz – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) Şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar fikirləri, funksional tutmalarla” və Yanaşı xəstəliklər – “F44 Dissosiativ (konversion pozuntular, Dissosiativ konversion pozuntular” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
48. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
49. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
50. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
52. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının davamlı müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.5.1. Dissosiativ (konversion) F44 pozuntular Qiymətləndirmə
7.5.1.1. 2 il müddətində əmək 35-60 2 il qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2. Üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
53. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
54. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3871 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Brotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 metr, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020) sol çənə bucağı nahiyyələrinin yumşaq toxumaların yad cismləri (metal qəlpələr)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
56. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
57. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X10in üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva