Məhkəmə qərarları › İş №2-1(114)-2932/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2932/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2932/2025 13.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyinə qarşı “ünvanlı dövlət sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.1984-cü il tarixdə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydə alınmışdır. Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-2849 reyestr nömrəsi ilə təsdiq edilmiş **********849 nömrəli ərizəyə əsasən, X6 (onun əvəzinə İddiaçı) və İddiaçı ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişdir. Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-23969 reyestr nömrəsi ilə təsdiq edilmiş **********969 nömrəli ərizəyə əsasən, X6 və İddiaçı ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişdir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********815900 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 6.90 AZN-dir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X7, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nörməli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 21.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X7, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 21.00 AZN məbləğ ödənilmişdir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********440700 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 20.70-dir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli,**********513400 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 20.70 AZN-dir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********513100 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 20.70 AZN-dir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X7, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 21.00 AZN məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X7, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 14.00 AZN məbləğ ödənilmişdir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********824600 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 20.70 AZN-dir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X7, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 7.00 AZN məbləğ ödənilmişdir. “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” xx.xx.2025-ci il tarixli qərara əsasən, İddiaçı xx.xx.2024-cü il tarixli, **********6960-1 nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2- 843/2025 nömrəli məktubuna əsasən, İddiaçı adına Bərdə rayonu, Nazırlı kəndində 2 nəfər ailə üzvü ilə birlikdə 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (paylı mülkiyyət - 0.2396 ha) xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. İddiaçı Bərdə rayonu, Nazırlı kəndində 6 nəfər ailə üzvü ilə birlikdə adına olmuş (JN-436) 3.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 4Ə-896 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, az təminatlı ailə kimi ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətinə imtina qərarı verilməsi barədə cavabdeh tərəfindən verilmiş qərarın ləğv edilməsi, aztəminatlı ailə kimi ailəsinə ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2932/2025 nömrəli qərardadı ilə iddia tələbi “ailəsinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial təyin edilməsinə dair qərarın qəbul edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı iddiasını onunla izah etmişdir ki, o, xx.xx.1984-cü ildə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Nazırlı kəndində yaşayır. Bildirir ki, ailəsi 4 nəfərdən, özü, 2-ci dərəcəli əlil olan həyat yoldaşı və iki az yaşlı övladından ibarətdir. O Bərdə rayon Nazırlı kəndində olan 0.48 hektar pay torpağında əmək fəaliyyəti ilə məşğul olur, pay torpağına görə Vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən bu günədək MDSS ödənişi edərək sabit qəbz üzrə hesabatlar verir (hesabatların surəti əlavə olunur). Ailə təmsilçisi olduğu ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq acınacaqlı vəziyyətdə yaşayan ailəmizə ünvanlı sosial yardım təyin edilməsi üçün X5 və X10nə (VEMTAS) dəfələrlə müraciət etmiş və imtina cavabı almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində X5 və X10nə (VEMTAS) müraciət etmiş (ÜDSY üçün ərizə №-si: **********969). Sənəd VEMTAS-a ötürüldükdən sonra heç bir aidiyyəti olmayan səbəbə görə, ailənin istifadəsində olan pay torpağına görə ardıcıl gələn 12 ay ərzində ödəniş olmadığına görə (sistemdən elektron çıxarışın surəti əlavə olunur) sistem tərəfindən sosial yardım təyin edilməsindən imtina edilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Ünvanlı dövlət sosial yardımı haqqında Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”da ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi səbəbləri barədə heç bir dəyişiklik edilməmişdir və həmin qaydalarda pay torpağına görə MDSS ödənişi edilmədiyinə görə sosial yardım təyin edilməsindən imtina olunması barədə heç bir maddə yoxdur (qaydalardan çıxarış əlavə olunur). Nədənsə cavabdeh tərəfindən mövcud qanunvericiliyin tələbləri pozularaq sosial yardımın təyin edilməsinə imkan verməmək üçün ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə rəsmi qaydalarda təsbit olunmuş maddələrə istinad edilmir, mövcud qanunların tələbləri pozularaq müxtəlif bəhanələrlə aztəminatlı ailələrə sosial yardım təyin edilməsindən imtina qərarı verilir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində pay torpağı olan şəxslərin məşğul şəxs olduğu qeyd edilmişdir. Pay torpağına görə ödəniş edilməməsinə görə ünvanlı sosial yardımı təyin edilməsindən imtina olunması heç bir qanunda və qaydalarda təsbit olunmamışdır. Vətəndaşın pay torpağından əldə etdiyi gəlir onun pay torpağına görə ödəniş edib etməməsindən asılı deyildir. Belə ki, pay torpağından əldə eddilən gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli ərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Hər hansı qanunvericilik aktında pay torpağına görə 12 ay ardıcıl ödəniş olmadığına görə ünvanlı sosial yardım təyin edilməsi barədə imtina qərarı verilməsi əksini tapmamışdır. Bildirir ki, ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərarı qanunsuz hesab etmişdir. Çünki bu barədə (ödəniş edilməməsi barədə) onlar nə Azərbaycan Respublikasının İqtisadi X2 Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciətlərinə imtina cavabı verilməsi ilə bağlı qərarın qanunsuz olmasını nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvaniı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli, **********6960-1 nömrəli müraciəti əsasında 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul və sentyabr aylarında “Ərizə bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvü X4 muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. Belə ki, “ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial vardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd va prinsiplənini təyin olunmasının hüquqi əsaslarını va bu sahədə yaranan digər munasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciet odilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda Qanunun 6.3-cu maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi ve bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun tayin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyinin mərkəzləşdırılmış elektron informasiya sisteminde (MEİS) unvanlı dövlət sosial yardımı uzrə X5 və X10 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. İş materiallarına əsasən, İddiaçı ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özu, həyat yoldaşı və ikı azyaşlı övladı. Ailənin mülkiyyətində Bərdə rayonu, Həsənqaya kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,48 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən son iki müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə” məlumatlar qrafasında təmsilçinin özü X1 təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilir. Bildirilir ki, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müvafiq dərəcələri üzrə (5 hektaradək olduqda - 2 faiz miqdarında: 5 hektardan 10 hektaradək olduqda 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda-10 faiz miqdarında) hesablanır. Həmçinin, xx.xx.2020-ci il tarixdə istinad olunan Qanuna edilmiş dəyişikliklərə sadələşdirilməsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları prosedurların inzibatçılığın istifadə edən fiziki şəxslər “sabit qəbz” əldə etməklə sığorta ödənişlərini həyata keçirməyə başlamışdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarında qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Məhkəmənin diqqətinə çatdırılr ki, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli, **********6960 nömrəli müraciətinə xx.xx.2025-ci il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən mecburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul və sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.2024-cü il tarixli, **********6960 nömrəli müraciətinə xx.xx.2025-ci il tarixdə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış, xx.xx.2025-cü il tarixdə 6,90 manat məbləğində, xx.xx.2025-cü il tarixdə va xx.xx.2025-ci il tarixdə isə 6.90 manat məbləğində MDSS ödənişinlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Cavabdeh iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən ona və ailəsinə ödənilən ünvanlı dövlət sosial yardım aidiyyəti olmayan səbəblərdən kəsilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən ona və ailəsinə ödənilən ünvanlı dövlət sosial yardım aidiyyəti olmayan səbəblərdən kəsilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazı müdafiə etmiş və bildirmişdir ki, iddianın təmin edilməməsi xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2023-cü il tarixli, ********** uçot nömrəli fiziki şəxs haqqında şəhadətnamə; - Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-2849 reyestr nömrəsi ilə təsdiq edilmiş **********849 nömrəli ərizə; - Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-23969 reyestr nömrəsi ilə təsdiq edilmiş **********969 nömrəli ərizə; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-843/2025 nömrəli məktubu; - “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********815900 nömrəli, xx.xx.2023-cü il tarixli, **********440700 nömrəli, xx.xx.2023-cü il tarixli, **********513400 nömrəli, xx.xx.2024-cü il tarixli, **********513100 nömrəli və xx.xx.2024-cü il tarixli, **********824600 nömrəli qəbzlər; - Azərbaycan Respublikası Mərkəzi Bankı - X7, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2024-cü il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzləri; - “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” xx.xx.2025-ci il tarixli qərar. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığı əsası ilə ünvanlı sosial yardımın ödənilməsini dayandırmışdır. Hazırda iddiaçı cavabdehin həmin hərəkətini mübahisələndirir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun: - 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; - 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; - 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir; - 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1.3-cü maddəsinə əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: - 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazırlıyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. - 5.14-cü bəndinə əsasən, Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastrqiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazın əsaslarını təhlil edərkən və onun mövqeyini nəzərdən keçirib belə nəticəyə gəlmək olur ki, əgər şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi məqsədi ilə ailə üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının müəyyən aylar üzrə MDSS ödənişlərinin olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin bu mübahisəsini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi mənasını vermir. Göründüyü kimi, cavabdehin istinad etdiyi arqumentlər əsassızdır və həmin hallar adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İş materialları ilə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt qərar qəbul edilmişdir. Həmçinin, qeyd edilən qərar “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Eyni zamanda, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bənd 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı müraciətini təmin etməkdən imtina edərkən cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad etmişdir. Cavabdeh orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin orta aylıq gəlirlərini müəyyən edilməsi üçün iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsindən əldə etdiyi gəliri MDSS ödənişləri vasitəsilə müəyyən etdiklərini və iddiaçının belə MDSS ödənişləri olmadığı üçün gəlirlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək, ÜDSY təyin edilməsindən imtina etmişdir. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının görə 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla imtinası qanuni sayıla bilməz. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-303/2022 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-2627/2024 nömrəli qərarlarında da MDSS ödənişinin olmamasının ünvanlı sosial yardımın təyin edilməsindən imtina əsası olmaması kimi oxşar mövqe əks etdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə iddiaçıya xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərar onun tam formada rəsmi təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar