Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2933/2022 13.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6ni 1998-ci ildə bitirməsinə dair diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1977-ci il tarixdə Bərdə rayonun Qazaxlar kəndində anadan olmuşdur. X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6nin xx.xx.1995-ci il tarixli, 29 nömrəli əmri ilə iddiaçı tibb kollecinə qəbul olunmuş, Tibb kollecinin KM-3 qrup tələbələri dövlət yekun imtahanlarını müvəffəqiyyətlə verdikləri üçün iddiaçıya diplom verilmişdir. Dövlət İmtahan Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş, 5421 qeydiyyat nömrəli diplomun surətinə əsasən iddiaçı 2000-ci ildə Bakı 1 nömrəli Tibb kollecinə daxil olmuş, 2002-ci ildə tibb bacısı – feldşer mama ixtisası üzrə kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə feldşer mama ixtisası verilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Qazaxlar-1 kənd tibb məntəqəsində Məntəqə müdiri vəzifəsində işləyir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək Göyçay Universitetinin tibb kolleci tərəfindən ona verilən diplomun cavabdeh tərəfindən tanınması məsələsində köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavabdeh xx.xx.2022-ci il tarixli, İ-9902/31-24 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, qeyd olunanlarla bağlı məhkəməyə müraciət etməlidir. İddiaçı əvvəl xx.xx.2022-ci il tarixli, daha sonra dəqiqləşmə barədə ərizə təqdim edərək X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6ni 1998-ci ildə bitirməsinə dair diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonun Qazaxlar kəndində yaşayır. Həmin kənddə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1995ci ildə topladığım 156 keçid balı ilə Göyçay şəhərində fəaliyyət göstərən X2 Akademiyası Mərkəzi Azərbaycan filialının Göyçay Universitetinə daxil olmuş, təhsilini 1998-ci ildə bitirmişdir. Orada təhsil aldığına dair qiymət kitabçasını saxlamışdır. Həmin kitabçadan müəyyən edilir ki, o, təhsil müddətində hansı fənlər üzrə təhsil almış və hansı bal toplayaraq imtahanlardan keçmişdir. Təhsil aldığı müddətdə təhsil haqqı ödəmişdir. Yekunda ona həmin təhsil müəssisəsini bitirməsinə dair orta ixtisas təhsili haqqında tibb bacısı (Feldşer-Mama) ixtisası üzrə diplom əvəzi sənəd də verilmişdir. O, həmin sənədlə yaşadığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etdikdə oradan onu əlində olan sənədlə işə qəbul etməkdən imtina etdilər və bildirdilər ki, bu diplom deyil və bununla işə qəbul mümkünsüzdür. O, təhsil aldığı yerə üz tutmuş və rəhbərlikdən təhsil haqqını tələb etdikdə oradan deyilmişdir ki, iki il səbr et, adına Bakı 1 saylı Tibb Kollecinə daxil ediləcək və o, tibb bacısı kimi (Feldşer- Mama) ixtisası üzrə diplom alacaqdır. Nəhayət 2002-ci ildə ona Bakı 1 saylı Tibb Kollecinin tibb bacısı kimi (Feldşer-Mama) ixtisası üzrə diplomu verilmişdir. 2003-cü ildən hazırki dövrədək yaşadığı Bərdə rayonu, Qazaxlar kəndinin tibb məntəqəsində məntəqə işləyir. Hər il ildə iki dəfə Səhiyyə Nazirliyi tərəfindən tibb personalı üçün bilik və bacarıqlarının artırılması məqsədilə təkmiləşdirmə kursları təşkil edilir. İddiaçı da həmin kursda iştirak etmək qərarına gəlmiş, Kurs keçiriləcək yer Mingəçevir şəhəri müəyyən edilmişdir. Kursa gedən zaman ona bildirdilər ki, diplomu saxtadır. 2021-ci ilin dekabr ayında bildirdilər ki, diplomun saxtalığı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində araşdırma aparılır. Orada aparılan araşdırmalardan sonra diplomumun saxta olmadığı təsdiqini tapmışdır. İddiaçı Bakı 1 saylı tibb kollecində, xüsusən də Bakı şəhərində ümumiyyətlə təhsil almamışdır. Mən bitirdiyim Göyçay Universitetinin tibb kolleci olmuşdur. Hesab edirəm ki, yaranmış məsələdə mənim günahım yoxdur. Belə ki, mən kollecə daxil olarkən tələb olunan keçid balını özüm toplamışam. Onu da bildirir ki, Milli Arxiv İdarəsi X5 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03 saylı arxiv arayışında görünür ki, X2 Akademiyası Mərkəzi Azərbaycan filialının X6ndə 1995-1998-ci illərdə təhsil almış və dövlət yekun imtahanlarını müvəffəqiyyətlə verdiyindən ona diplom verilməsi barədə xx.xx.1998-ci il tarixli, 65 saylı əmr verilmişdir. Qeyd edir ki, eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, sözügedən nazirlikdən xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirildi ki, "qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz." Məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, əvvəl lisey binasında təhsil alsa da, sonradan kollec binasında dərslər keçilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixdə etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddia ərizəsindən məlum olur ki, Kollec diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan 07 oktyabr 1992-ci il tarixdən "Azərbaycan Respublikasının Təhsil Qanunu"nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, "təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir". İddia ərizəsindən göründüyü kimi, X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6 məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, Kollec bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Beləliklə də Kollec diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, "təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş "X7 Komissiyası haqqında" Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Lakin X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6 hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamış və onun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin hüquqi əsası olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında" xx.xx.1993- cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyr-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına rəayyət etməmiş və bunun nəticəsi olaraq onun verdiyi təhsil sənədləri qanunsuz hesab edilmişdir. Qanunun bu normasından göründüyü kimi, X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6 - dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik omamışdır. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı 1995-1998-ci illərdə X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6ndə oxumuşdur, lakin ona 2000-2002-ci illərdə Bakı 1 nömrəli tibb kollecində oxuduğuna görə Dövlət İmtahan Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş, 5421 qeydiyyat nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomla işə qəbul olunmuş və hazırda da işləyir. Lakin sonradan ona verilən diplomun saxtalığı ilə bağlı mübahisə olduğundan iddiaçı 1995-1998-ci illərdə X6ndə təhsil alması ilə bağlı nümunəvi diplom verilməsini xahiş edir. Cavabdehin mövqeyinə görə, iddiaçıya təqdim edilən diplom nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda Kolec bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamış, həmçinin X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6 hüquqi şəxs kimi qeydiyyata alınmamış, onun təhsil müəssisəsi kimi göstərməsinin hüquqi əsası olmamışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.1 Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Təhsil haqqında” 7 oktyabr 1992-ci il tarixli Qanun (19 iyun 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür): 8.1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir 13.1 Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. 31.Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlimtərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Məhkəmə vurğulayır ki, 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Elektron sorğu sistem məlumatlarında X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6nin, ümumiyyətlə X6nin hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Odur ki, iddiaçıya nümunəli diplomun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından cavabdehin hərəkətsizliyi qanunazidd hesab edilə və iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “X1 Akademiyası Mərkəzi Azərbaycan filialının X6ni 1998-ci ildə bitirməsinə dair diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2933/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2933/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver