Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2939/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 207 nömrəli əmrindən çıxarışa əsasən leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2020-ci il tarixli 040N nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (A4) yanacaq xidməti rəisi vəzifəsinə təyin edilmiş, Gədəbəy rayon N nömrəl hərbi hissədən gəlmiş hesab edilmiş, 15 iyun 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə - tərkibində KM - GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion - TƏZƏKƏND, N-cü divizion - KÖNÜLLÜ, 4-cü divizion - SƏMƏD VURGUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, N OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, GƏNCƏ şəhərini və GƏNCƏ beynəlxalq hava limanını, DƏLLƏR aerodromunu, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında N-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol vərməsin, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İCEVAN QAZAX- ŞƏMKİR, BERD - TOVUZ -ŞƏMKİR, VARDENİS - GƏDƏBƏY- ŞƏMKİR, VARDENİS - DAŞKƏSƏN- GƏNCƏ, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilməsi, 2-ci divizionu - 4-cü divizionu - ƏLİMƏRDANLİ, N-cü divizionu - KÖNÜLLÜ və 4-cü divizionu - SƏMƏD VURĞUN ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində ŞİMAL-QƏRB, QƏRB və CƏNUB-QƏRB istiqamətlərindən Şəmkir və Yenikənd su elektrik stansiyalarını, DƏLLƏR aerodromunu düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, cəlb edilən şəxsi heyəti – leytenant İddiaçı, N nömrəli hərbi hissənin qərargahının arxa cəbhə təminat və tibbi təminat üzrə şəxsi heyəti, döyüş fəaliyyətinə hazırlığı-DAİMİ.
3. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli N-25-2/2-T-98xx-xx/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2024-cü il tarixli iclasının protokoluna əsasən komissiya leytenant İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
4. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: leytenant
3. Vəzifəsi: Yanacaq və sürtgü materialları xidməti rəisi
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 207 nömrəli əmri
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 011N nömrəli əmrləri
6. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir
7. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):xx.xx.2020-ci il tarixdə saat 2N615-də 4-cü S-125-2TM zenit raket divizionu tərəfindən.
8. İştirak etdiyi ərazilər: Ağstafa-Tovuz-Şəmkir-Gəncə-Göygöl-Samux
9. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Hava hücumundan Müdafiə idarəetmə məntəqəsinin nəzdində olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedəən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmasını və Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı müxtəlif mövqelərə manevr etmiş N nömrəli hərbi hissənin bütün bölmələrinin döyüş texnikalarının daim döyüşə hazır vəziyyətdə saxlanılması və fasiləsiz döyüş növbəsinin təşkil edilib aparılması üçün döyüş texnikalarının döyüş dəstində olan döyüş aqreqatlarının avtomobil texnikalarını fasiləsiz və mütəmadi olaraq döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. N nönmrəli hərbi hissənin 1-ci və 4-cü bölməsinin (BUK-MB), N nömrəli hərbi hissənin N bölməsinin (İldırım-8), vaxtında və fasiləsiz olaraq döyüşə hazır vəziyyətdə saxlanılmasında iştirak etmişdir. Döyüş fəaliyyətlərinin təşkili idarə olunmasında komanda məntəqəsinin tərkibində olan arxa idarəetmə məntəqəsində döyüş heyətinin tərkibində bölmələrin idarə olunmasında öz töhfəsini vermişdir. Düşmənin hava hədəflərinin Azərbaycan Respublikasının ərazi dərinliyinə girməsinin qarşısının alınması və məhv olunmasında iştirak etmişdir. Briqadanın döyüş fəaliyyətininn aparılmasını təmin etmişdir.
10. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb
11. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: xəsarət almayıb
12. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): xəsarət almayıb
13. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): ehtiyata buraxılmayıb
14. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: yoxdur
15. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): təltif edilməyib. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2020-ci il iyun ayının 15-dən, hazırki dövrə qədər madi-texniki təminat bölməsinin yanacaq xidməti rəisi vəzifəsində xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr 216 nömrəli qərarına əsasən müharibə veteranı adı verilməlidir. Lakin, Müdafiə Nazirliyinə müraciət etməyinə baxmayaraq, müraciəti rəd edilmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.N-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.N. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N4.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə N5.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
17. Məhkəmə İPM-in 62.N-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
19. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara gəldikdə qeyd etmək zəruridir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə müvafiq olaraq "Müharibə veteranı" adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbyacan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Lakin təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020ci tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iclas protokoluna əsasən komissiya tərəfindən leytenant İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 207 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli N-25-2/2-T- 98xx-xx/2024 nömrəli imtina məktubu; - N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumat.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
22. İş materialları ilə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissənin yanacaq və sürtgü materialları xidməti rəisi olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında fəal iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2024-cü il tarixli iclasının protokoluna əsasən komissiya leytenant İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir.
23. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
24. Belə ki, cavabdeh orqan imtinasında təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Ağstafa-Tovuz-Şəmkir-Gəncə-Göygöl-Samux) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir.
25. Lakin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə döyüş növbəsinə cəlb edilmiş, hava hücumundan Müdafiə idarəetmə məntəqəsinin nəzdində olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmasını və Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı müxtəlif mövqelərə manevr etmiş N nömrəli hərbi hissənin bütün bbölmələrinin döyüş texnikalarının daim döyüşə hazır vəziyyətdə saxlanılması və fasiləsiz döyüş növbəsinin təşkil edilib aparılması üçün döyüş texnikalarının döyüş dəstində olan döyüş aqreqatlarının avtomobil texnikalarını fasiləsiz və mütəmadi olaraq döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. N nömrəli hərbi hissənin 1-ci və 4-cü bölməsinin (BUK-MB), N nömrəli hərbi hissənin N bölməsinin (İldırım-8), vaxtında və fasiləsiz olaraq döyüşə hazır vəziyyətdə saxlanılmasında iştirak etmişdir. Döyüş fəaliyyətlərinin təşkili idarə olunmasında komanda məntəqəsinin tərkibində olan arxa idarəetmə məntəqəsində döyüş heyətinin tərkibində bölmələrin idarə olunmasında öz töhfəsini vermişdir. Düşmənin hava hədəflərinin Azərbaycan Respublikasının ərazi dərinliyinə girməsinin qarşısının alınması və məhv olunmasında iştirak etmişdir. Briqadanın döyüş fəaliyyətinin aparılmasını təmin etmişdir.
26. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə - tərkibində KM - GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion - TƏZƏKƏND, N-cü divizion - KÖNÜLLÜ, 4-cü divizion - SƏMƏD VURGUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, N OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, GƏNCƏ şəhərini və GƏNCƏ beynəlxalq hava limanını, DƏLLƏR aerodromunu, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında N-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol vərməsin, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İCEVAN QAZAX- ŞƏMKİR, BERD - TOVUZ -ŞƏMKİR, VARDENİS - GƏDƏBƏY- ŞƏMKİR, VARDENİS - DAŞKƏSƏN- GƏNCƏ, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilməsi, 2-ci divizionu - 4-cü divizionu - ƏLİMƏRDANLİ, N-cü divizionu - KÖNÜLLÜ və 4-cü divizionu - SƏMƏD VURĞUN ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində ŞİMAL-QƏRB, QƏRB və CƏNUB-QƏRB istiqamətlərindən Şəmkir və Yenikənd su elektrik stansiyalarını, DƏLLƏR aerodromunu düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, cəlb edilən şəxsi heyəti – leytenant İddiaçı N nömrəli hərbi hissənin 2-ci divizionunun şəxsi heyəti, döyüş fəaliyyətinə hazırlığı-DAİMİ.
27. Göründüyü kimi, X1, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarını havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etmişdir.
28. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə N. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
31. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.
32. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının döyüş təminatı deyil, digər təminat növlərində iştirak etməli olması əks olunmuşdur. İddiaçı isə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarının döyüş təminatında iştirak etmişdir ki, bu zaman xidmətin məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə aparılması tələb olunmur.
33. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
34. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
35. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
36. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən N0 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən N0 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva