Məhkəmə qərarları › İş №2-1(114)-2946/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2946/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2946/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış “zəruri sənədlərin təqdim edilməsi barədə” məktubunda qeyd edilmişdir ki, onun təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə X3 Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında əsgər, çavuş, gizir və ya zabit olmağı və müddətli və ya müddətsiz həqiqi hərbi xidmət dövrü barədə ətraflı məlumat qeyd edilmədiyindən ona ötən dövr üzrə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsgər, çavuş, gizir və ya zabit olmağı və müddətli və ya müddətsiz həqiqi hərbi xidmət dövrü barədə ətraflı arayış təqdim etməklə təkrar müraciət əsasında ötən dövr üzrə sözügedən müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun istifadə etmədiyi son 3 (üç) ilin xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilə qədər olan “Müharibə veteranı” müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” 02 aprel 2025-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət (Qarabağ Müharibəsi veteranlarına)” növündə sosial ödəniş təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəməyədənkənar qaydada həll edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini və iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, “sosial ödənişin təyin edilməsi haqqında” qərarı ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə sosial müavinətin təyin edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını, cavabdeh tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarı nəzərdən keçirib hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının hərbi xidmət dövrü barədə arayış təqdim olunmadığından iddiaçının tələbini təmin etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək verilməmiş sosial müavinətlərin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” 02 aprel 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Qarabağ Müharibəsi veteranları üçün nəzərdə tutulan sosial ödəniş təyin edilmişdir. İnzibati Prosesual Məcəllənin 67-ci maddəsinin müddəlarına əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar