Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2948/2025 28.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ilkin olaraq ümumi xəstəlik ilə əlaqədar xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – Z90.5 – Böyrəyin qazanılma olmaması, Vahid qalmış sol böyrək; Ağırlaşma – N18.2 – Xroniki böyrək xəstəliyi İİ mərhələ; Ağırlaşma – N08.3* - Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14), Diabetik nefropatiya; Yanaşı xəstəliklər – E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip; Yanaşı xəstəliklər – N40 – Prostat vəzinin hiperplaziyası.
3. İddiaçı əlillik vəziyyəti həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və Göndərişin natamam doldurulması əsası ilə (vətəndaşın əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə TSEK-ə yaxınlaşmalı olması) imtina verilmişdir.
4. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının 8 nömrəli TSEK-də əyani müayinəsi həyata keçirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
5. “Tibb Ərazi Bölmələrini X11” publik hüquqi şəxsin Endokrinoloji şöbəsinin xx.xx.2024-cü il tarixli 239 nömrəli arayışına əsasən Osmanov X8 şəhər Z.Məmmədov adına Birləşmiş xəstəxananın Endokrinoloji şöbəsində şəkərli diabet İİ tip diaqnozu ilə ambulator müalicə və dispanser qeydiyyatındadır (Tibbi karta 998).
6. “Akademik M.C.Cavad-zadə adına Respublika kliniki uroloji xəstəxanası” publik hüquqi şəxsin səhhətin müayinə aktında diaqnoz “Vahid qalmış sol böyrək (Z90.5). Şəkərli diabet tip 2 (E11.7). Diabetik nefropatiya (N08.3). Xroniki böyrək xəstəliyi 2-ci mərhələ (N18.2). Prostatın hiperplaziyası (N40) kimi qeyd edilmişdir.
7. Məhkəmənin qərardadına əsasən “X2 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, analiz və müayinələrin nəticələrinə əsasən hazırda İddiaçı səhhəti ilə ona qoyulmuş diaqnoza uyğundur. Yəni İddiaçı böyrəyin qazanılma olmaması, vahid qalmış böyrək Z90.5, ağırlaşma – N18.2, xroniki böyrək xəstəliyi İİ mərhələ, ağırlaşma – N08.3, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri E10-E14, diabetik nefropatiya xəstəlikləri mövcuddur və həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı səhhətində xroniki böyrək xəstəliyi (XBX) mövcuddur və hazırda İİ mərhələdədir. Xəstəliklərin hazırki müsair təsnifatında xroniki böyrək çatışmazlığı xəstəliyi qeyd edilmir və XBÇ-dən istifadə edilmir. İddiaçı səhhətində prostat vəzinin hiperplaziyası (N40) xəstəliyi mövcuddur. Müəyyən edilmişdir ki, İddiaçı sidik kisəsinin boşalması “təzahür edən dərəcədə” pozulmuş, sidik ifrazı ağrılıdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı prostat vəzin adenoması, sidik ifrazının xroniki ləngiməsi mövcuddur. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli qiymətləndirilməsinin ləğv edilməsinə və əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, dəfələrlə « Böyrəyin qazanılma olmaması. Vahid qalmış sol böyrək. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip. Prostat vəzinin hiperplaziyası, Prostatın hiperplaziyası » diaqnozu ilə ambulator və stasionar müalicə olunmuşdur. Tibbi- Sosial Ekspert Komissiyasına əlilliyin verilməsi üçün müraciət etsə də, lakin ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə qiymətləndirmədə olmuşdur, imtina ona dekabr ayının sonlarında gəlmişdir. Məhkəmədə iddia qaldırmaq istəsə də, lakin səhhətində olan problemlər səbəbindən vaxtında məhkəmədə iddia qaldıra bilməmişdir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
11. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
20. Etiraz onunla əsaslandırılmışdır ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X3 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X3 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Belə ki, xx.xx.2024-cü tarixdə qərardan 3 ay sonra məhkəməyə müraciət etdiyindən iddasının mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa **********4 saylı məktuba uyğun olaraq əlilliyin qiymətləndirilməsi üçün Gəncə şəhər Kəpəz rayon F.Əmirov küçəsi, ev 24, mənzil 66 sakini İddiaçı 08 nömrəli TSEK-nın ekspert-həkimləri tərəfindən müayinə olundu. Müəyyən olundu ki, İddiaçı (FİN:xxxxxxx) (Tel:***-***-**-**) əlillik vəziyyəti səhiyyə müəssisəsinin İ00230301QPF saylı göndərişinin qiymətləndirilmiş və natamam doldurulma (yaşadığı ərazi üzrə TSEK-ə yaxınlaşması zəruridir) barədə qərar verilmişdir. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri: Sol bel nahiyyəsində ağrı sidik ifrazının çətinliklə olması. - Dəri və və görünən selikli qişaları: normaldır - Dərialtı piy qatı: - Boy__, Çəki __ - Periferik limfa düyünləri: əllənmir. - Sümük-əzələ sistemi: patologiyasızdır. - Tənəffüs sistemi: Ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. - Ürəkqan damar sistemi: Ürək tonları aydındır. A\T190/110 mm.c.st. PS 1 dəq 89 vurğudur. - Həzm sistemi: Qarın yumşaq, ağrısızdır. - Sidik-cinsiyyət sistemi: Pastermatski simptomu hər iki tərəfdə (+)dir. - Sinir sistemi (psixi status): - - Status lokalis (status prezent): Sağ böyrəyin angiolipoması c/ə.S/v - Diaqnoz: Vahid qalmış sol böyrək. Şəkərli diabet tip 2. Diabetik neyropatiya. Xroniki böyrək x-yi İİ mərhələ. Prostatın hiperplaziyası. - Qeyd: USM müayinəsi və qanın biokimyəvi göstəriciləri. xx.xx.2024-cü ildə Resp.Klinik Uroloji x.-da olub. Yeni müayinələri gətirməkdən imtina etdi. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
21. İddiaçı və onun nümayəndəsi X1 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
22. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, X5 ilkin olaraq ümumi xəstəlik ilə əlaqədar xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
25. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – Z90.5 – Böyrəyin qazanılma olmaması, Vahid qalmış sol böyrək; Ağırlaşma – N18.2 – Xroniki böyrək xəstəliyi İİ mərhələ; Ağırlaşma – N08.3* - Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14), Diabetik nefropatiya; Yanaşı xəstəliklər – E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip; Yanaşı xəstəliklər – N40 – Prostat vəzinin hiperplaziyası.
26. İddiaçı əlillik vəziyyəti həmi göndəriş əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və Göndərişin natamam doldurulması əsası ilə (vətəndaşın əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə TSEK-ə yaxınlaşmalı olması) imtina verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının 8 nömrəli TSEK-də əyani müayinəsi həyata keçirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
27. Məhkəmənin qərardadına əsasən “X2 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, analiz və müayinələrin nəticələrinə əsasən hazırda İddiaçı səhhəti ona qoyulmuş diaqnoza uyğundur. Yəni İddiaçı böyrəyin qazanılma olmaması, vahid qalmış böyrək Z90.5, ağırlaşma – N18.2, xroniki böyrək xəstəliyi İİ mərhələ, ağırlaşma – N08.3, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri E10-E14, diabetik nefropatiya xəstəlikləri mövcuddur və həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı səhhətində xroniki böyrək xəstəliyi (XBX) mövcuddur və hazırda İİ mərhələdədir. Xəstəliklərin hazırki müsair təsnifatında xroniki böyrək çatışmazlığı xəstəliyi qeyd edilmir və XBÇ-dən istifadə edilmir. İddiaçı səhhətində prostat vəzinin hiperplaziyası (N40) xəstəliyi mövcuddur. Müəyyən edilmişdir ki, İddiaçı sidik kisəsinin boşalması “təzahür edən dərəcədə” pozulmuş, sidik ifrazı ağrılıdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı prostat vəzin adenoması, sidik ifrazının xroniki ləngiməsi mövcuddur.
28. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilərkən, onun xəstəliyi və ağırlaşma hallarından əlavə yanaşı xəstəliyi nəzərə alınmamışdır.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Əlavəyə əsasən: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, (kod) funksiyalarının funksiyalarının onların ağırlıq dərəcəsi, pozulması faizi pozulması mərhələsi, orqanizmin müddəti funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
4. Sidik-cinsiyyət sisteminin xəstəlikləri Qeyd. Orqanizmin sidik-cinsiyyət sistemi funksiyalarının xəstəlik, zədə və çatışmazlıqdan irəli gələn dayanıqlı pozuntuların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən böyrək funksiyasının pozulmasının təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır (XBX-nin təzahür edən dərəcəsindən başlayaraq). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 4.1 Qlomerulyar (yumaqcıq) G40 xəstəliklər 4.1.1 xroniki nefritik sindrom N03 digər rubrikalarda təsnif N08 olunan xəstəliklər zamanı yumaqcıq zədələnmələri XBX N18
Qiymətləndirmə 4.1.1.1 XBX İİ mərhələ (XBÇ İ 40 1 il mərhələ qanda kreatinin səviyyəsi 123-176 mkmol/l aralığında) (18 yaşınadək şəxslərdə YFS 89- 60 ml/dəq/1,73m2) 4.1.3 böyrəyin qazanılma olmaması Z90.5 Qiymətləndirmə 4.1.3.1 nefrektomiya nəticəsində və 50 müddətsiz ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ 4.1.6 prostat vəzinin hiperplaziyası N40 Qiymətləndirmə 4.1.6.2 sidik kisəsinin boşaldılmasının 65-80 müddətsiz təzahür edən pozulma dərəcəsi, daimi kateterin olması, qasıqüstü kateterin olması, urestoma torbasının daimi daşınmasına ehtiyac, əhəmiyyətli müşayiət edən fəsadlaşmalar
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd: Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. 11.2 Şəkərli diabet E10-E14
Qiymətləndirmə 11.2.2.1 diabetik nefropatiya, 35-60 2 il proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ
31. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozlardan Z90.5 XBT kodlu xəstəlik üzrə XBÇ İ mərhələ olmaqla, orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlaqədar müddətsiz, N18 və N08.3 XBT kodlu xəstəliklər üzrə XBX İİ mərhələ (XBÇ İ mərhələ, qanda kreatinin səviyyəsi 136 mkmol/l) olmuş və bu, ona orqanizmin funksiyalarının 40 faiz pozulması ilə əlaqədar 1 il müddətinə, E11.7 XBT kodlu xəstəlik üzrə orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlaqədar 2 il müddətinə, N40 XBT kodlu xəstəlik üzrə isə orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsinə əsas verir.
32. Məhkəmənin qənaətinə görə, Əlilliyin müəyyən olunmasının Meyarlarının 1.11-ci bəndinin tələblərinə müvafiq olaraq iddiaçıya qoyulmuş diaqnozların qiymətləndirilməsinin yekununda onda orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə ikinci dərəcə müddətsiz əlilliyin təyininə əsas verən xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır.
33. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
34. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva