Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2961/2023 23.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin borcun tutulması barədə **********091100 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən 3067.94 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə İdarənin qərarının xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin borcun tutulması haqqında **********091100 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və bu qərarla müəyən edilmiş 3067.94 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın ona göndərdiyi məktubdan məlum olmuşdur ki, barəsində borcun tutulması haqqında xx.xx.2022-ci il tarixli **********091100 qərar çıxarılmış və bu qərara əsasən xx.xx.2022-ci il tarixə 3067.94 manat məbləgində dövlət torpaq sahələrinin icarəsi üzrə borcu yaranmışdır. Həmin qərarla izah edilmişdir ki, qərarı rəsmi şəkildə aldığı gündən 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətinə məhkəməyə şikayət verə bilərəm. Sözügedən qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixə 3067.94 manat məbləgində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ona şamil edilə bilməz. Çünki, bu borcun yaranmasına səbəb kimi göstərilən və Tərtər şəhəri, Tərtər-Bərdə magistral yolunun sol tərəf ünvanında yerləşən ümumi sahəsi 0.94 ha olan həmin torpaq sahəsini o, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC adından X1 alğı-satqı qaydasında notariat əməliyyatı aparılmaqla 312000 (üç yüz on iki min) manata satmışdır. Həmin tarixdən bir həftə sonra alıcı həmin torpaq sahəsini öz mülkiyyətinə keçirmiş və xx.xx.20015-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarış əldə etmişdir. Buna görə də həmin torpaq sahəsinə görə artıq vergi ödəyicisi sayılmadığından Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 204, 205 və 208.1-ci maddələrinə əsasən həmin torpaq sahəsinə görə hər hansı bir vergi öhdəliyi daşımır. Belə olan halda onun adına hər hansı bir torpaq vergisi hesablanması qanunsuzdur və hesablanmış həmin vergi borcu silinməlidir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
6. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iştirak etmiş, iddiaçı isə məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir.
7. Məhkəmə aidiyyatla bağlı məsələyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. lll. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
8. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.
10. İddia ərizəsi, o cümlədən iş materialları ilə müəyyən edilir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, iş üzrə mübahisələndirilən inzibati akt Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuşdur.
11. Bu səbəbdən inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş aidiyyat qaydalarına əsasən həmin tələbə mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.
12. Belə ki, cavabdehin hüquqi ünvanı Yevlax şəhəri, H.Əliyev prospekti, 5-dir və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi Yevlax şəhəri Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
14. Göründüyü kimi, mübahisələndirmə haqqında iddialara, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallar istisna edilməklə, mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
15. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş ərazi aiddiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.
16. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva