Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2964/2024 12.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, üçüncü şəxslər Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı və X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı, X7, X10 və X6 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X8, X7, X10 və X6 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. O, üçüncü şəxs X8 ilə xx.xx.1999-cu il tarixdə ailə qurmuş, onların üç qız uşaqları dünyaya gəlmişdir. İddiaçı ilə üçüncü şəxs X8 arasında nikakahları xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İddiaçı bildirir ki, bundan sonra üçüncü şəxs X8 həmin mənzilə iddiaçını buraxmamış, çölə atmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2964/2024 nömrəli qərardadı ilə Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı, X7, X10 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X11 onun qanuni nümayəndəsi – anası Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı ilə təmsil olunması qərara alınmışdır. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və üçüncü şəxslərdən Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı və X11 məhkəmə iclasında iştirak etmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxslər Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı və X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05-05101-093019 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən, üçüncü şəxslər xx.xx.1976-cı il təvəllüdlü X5, xx.xx.2000-ci il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X1 şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 19, mənzil 30 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər xx.xx.1976-cı il təvəllüdlü Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı, xx.xx.2000-ci il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X6 ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən, Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı, X7, X10 və X1 şəhəri, 3-cü mikrorayon, ev 19, mənzil 30 ünvanında yaşamırlar. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1976-cı il təvəllüdlü X8 xx.xx.2006-cı il tarixdən, xx.xx.2000-ci il təvəllüdlü X7 xx.xx.2014-cü il tarixdən, xx.xx.2003-cü il təvəllüdlü X10 xx.xx.2015-ci il tarixdən və xx.xx.2007-ci il təvəllüdlü X11 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli “soyad sonluğunun dəyişdirilməsi ilə əlaqədar” arayışa əsasən, xx.xx.2020-ci il tarixdə xx.xx.1972-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş və Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixli 1658 nömrəli doğum qeydiyyatı aparılmış vətəndaş X4 ərizəsi əsasında soyadının sonluğu “soy” ifadə forması ilə əvəz edilərək, “Hüseynsoy” soyadına dəyişdirilmişdir. X3 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X9 ilə X13 olan xx.xx.1972-ci il təvəllüdlü İddiaçı doğumunun xx.xx.1978-ci ildə Gəncə şəhər Qeydiyyat Şöbəsində qeydə alındığı və xx.xx.2020-ci ildə soyad sonluğunun “Hüseynov”dan “Hüseynsoy”a dəyişiklik edildiyi məlum olmuşdur. Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, üçüncü şəxslər X7 və X11 iddiaçının uşaqlarıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6211/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X7, X10 və X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, 2(125)- 6211/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və hal-hazıradək həmin qərardaddan heç bir şikayət verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 1982-ci ildən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənləri nəzərə alaraq, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı onun keçmiş arvadı Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızının və uşaqları X7, X10 və X6 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və digər hallarda çıxarılır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə üçüncü şəxs Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı xx.xx.1999-cu ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Həmin vaxtdan onlar ünvan 1 ünvanında yaşamışlar. Həmin nikahdan xx.xx.2000-ci il tarixdə X7, xx.xx.2003-cü il tarixdə X10 və xx.xx.2007-ci il tarixdə X11 doğulmuş və valideynləri ilə birlikdə qeyd olunan ünvanda yaşamışlar. Üçüncü şəxs Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı ilə İddiaçı arasında nikah münasibətləri 1999-cu ildə yaranmışdır. Ona görə də 1982-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən üçüncü şəxs Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızının iddiaçı ilə nikah bağlandıqdan sonra köçərək birlikdə yaşadıqları ünvan 1 ünvanından istifadə hüququ yaranmışdır. İddiaçının qızları olan digər üçüncü şəxslər X7 2000-ci, X10 2003-cü, X11 2007-ci il tarixlərdə doğulmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onların ünvan 1 ünvanından istifadə hüquqları yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6211/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X7, X10 və X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə göndərdiyi arayışda Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı, X7, X10 və X6 ünvan 1 ünvanında yaşamamalarının qeyd olunmasına baxmayaraq istər iddiaçının, istər məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin izahatlarından görünür ki, üçüncü şəxslər qeyd olunan ünvanda yaşayırlar. Göründüyü kimi, üçüncü şəxslər Hüseynova (Cahangirova) Ruhiyyə Xanlar qızı, X7, X10 və X6 iddiaçıya məxsus olan ünvan 1 ünvanından istifadə hüquqları mövcuddur. Eyni zamanda üçüncü şəxslər həmin ünvada yaşayırlar. Belə olduqda üçüncü şəxslərin iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxarılmaları qanunvericiliyin tələblərinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2964/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2964/2024
12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver