Məhkəmə qərarları › İş №2-1(114)-2965/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2965/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2965/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmuş məbləğin tam şəkildə birdəfəlik ona ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 saylı qərarının tam şəkildə icrasının təmininə, əmək pensiyasından qanunsuz şəkildə kəsilmiş 4400.4 manat (dörd min dörd yüz manat, qırx qəpik) məbləğin tam şəkildə və birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və ona xx.xx.2022-ci il tarixdən müddətsiz 580.11 manat məbləğində pensiya təyin edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işdən azad olmaya görə hesablama aparılarkən pensiya kapitalı 50%-lə nəzərə alınmalı olduğu halda 30%-lə nəzərə alınmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8.197,24 manat pensiya artıq ödənilmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-291910/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ona xx.xx.2003-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi 965.87 manat olmaqla davam etdirilir. Məlumat üçün bildirilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 nömrəli qərarına əsasən əmək pensiyasında artıqödəmə barədə qəbul edilmiş qərar ləğv edilmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın müvafiq xidməti məktubuna əsasən bildirilir ki, əmək pensiyasından aparılan tutulma dayandırılmış və tutulmuş 1336.66 manat vəsait 2024-cü ilin noyabr ayından etibarən pensiyasının üzərinə əlavə olunaraq ona ödənilir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 saylı qərarının tam şəkildə icrasının təmininə, əmək pensiyasından qanunsuz şəkildə kəsilmiş 4400.4 manat (dörd min dörd yüz manat, qırx qəpik) məbləğin tam şəkildə və birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli İş N 2-1(114)-1997/2023 saylı qərarı ilə iddiasını təmin etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli "Əmək pensiyasının təyin edilməsi haqqında" qərarını ləğv etmişdir. Qərarın çıxmasından bir qədər sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyevin imzaladığı 03 avqust 2024-cü il tarixli, № 3-17-1/2-C-184262/2024 saylı məktub almışdır. Məktubda deyilir ki, "Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 nömrəli qərarına əsasən əmək pensiyasında artıqödəmə barədə qəbul edilmiş qərar ləğv edilmişdir" və "əmək pensiyasının ödənişi 965,87 manat olmaqla davam etdirilir". Həqiqətən də artıq 7 aydır ki, pensiyasını kəsilmədən və geri tutulma olmadan alır. Lakin bildirmək istəyir ki, cavabdeh tərəfindən məhkəmə qərarı natamam şəkildə icra olunur. Belə ki, əgər məhkəmə Mərkəzi Filialın müvafiq qərarını ləğv edibsə, bu yalnız artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv olunmalı olduğunu yox, həm də kəsilmə və geri tutulmanın qanunsuz olduğunu da təsbit etmiş olur. Deməli, 2022-ci ilin İl yarısından etibarən qanunsuz şəkildə pensiyasından kəsilən və geri tutulan toplam məbləğ ona qaytarılmalıdır. Təəssüf ki, AR ƏƏSMN-nin tabeliyində DSMF-nin belə bir "istəyi" görünmürdü, nazirliyin Gəncə- Daşkəsən regional nümayəndəliyinə gedib şifahi müraciət etsə də, hələ də ortada bir nəticə yox idi. Odur ki, xx.xx.2024-cü il tarixdə AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək 2022-ci ilin İİ yarısından 2024-cü ilin İİ yarısınadək əmək pensiyasından kəsilmiş və tutulmuş ümumi məbləğ barədə məlumat verilməsini və həmin məbləğin birdəfəyə ona geri ödənməsini xahiş etmişdir. Bu müraciətinə isə 27 noyabr 2024-cü il tarixində müvafiq qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Səxavət Bədəlovun imzaladığı N3-17-1/2-C-291910/2024 saylı məktubla cavab verildi. Məktubun sonunda deyilir: "Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın müvafiq xidməti məktubuna əsasən bildirilir ki, əmək pensiyasından aparılan tutulma dayandırılmış və tutulmuş 1336,66 manat vəsait 2024-cü ilin noyabr ayından etibarən pensiyasının üzərinə əlavə olunaraq ona ödənilir". Həqiqətən də, 2024cü ilin noyabr və dekabr aylarında 1336,66 manat vəsait iki hissəyə bölünərək əmək pensiyasına əlavə edilimişdir və bu ayların hər birində ona cəmi 1634 manat vəsait ödənilib. Cari ilin yanvar ayından isə əlavə ödəniş dayandırılmışdır. Göründüyü kimi, ərizəsinə tam şəkildə cavab verilməmiş, yalnız pensiyasından tutulmuş məbləğdən bəhs edilmişdir. Halbuki, o, yalnız tutulmuş yox, həm də kəsilmiş məbləğ barəsində də məlumat verilməsini və həmin məbləğin birdəfəyə ona geri ödənməsini istəmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli İş № 2-1(114)-1997/2023 saylı qərarı ilə xx.xx.2022ci il tarixli, **********5 nömrəli "Əmək pensiyasının təyin edilməsi haqqında" ləğv edilmiş qərarından əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli başqa bir qərarından görünür ki, xx.xx.2022-ci il tarixindən sonra əmək pensiyası 740,61 manatdan 580,11 manata endirilmiş, pensiyasından faktiki olaraq 160,5 manat kəsilmişdir. Ona məlum olduğu üzrə, pensiyalar 2023-cü ildə 14,7%, 2024-cü ildə isə 11,2% indeksləşdirilməklə artırılıb. Odur ki, əmək pensiyasından kəsilmiş məbləğ illər üzrə aşağıdakı kimidir: 2022-ci il - 160,5 manat x 6 ay = 963 manat; 2023-cü il - 160,5 manat + 14,7% = 184,1 manat x 12 ay = 2209,2 manat; 2024-cü il - 184.1 manat + 11,2% = 204,7 manat x 6ay = 1228,2 manat. Beləliklə, 2022-ci ilin İİ yarısından 2024-cü ilin İİ yarısınadək onun əmək pensiyasından kəsilmiş cəmi məbləğ 4400,4 (963+2209,2+1228,2) manatdır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə qərarı ilə ləğv edilmiş həmin “Əmək pensiyasının təyin edilməsi haqqında” qərara əsasən iddiaçının pensiyasından tutulmalar aparılmışdır.

9. İddia tələbinin məzmunundan və iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallardan görünür ki, İddiaçı hazırkı iddianı qaldırmaqda hüquqi marağı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1997/2023 nömrəli qərarının tam və düzgün şəkildə icra edilməsinə, yəni Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının ləğvindən sonra həmin qərarın icrası nəticələrinin aradan qaldırılmasına yönəlmişdir.

10. Yəni, iddiaçı hazırkı iddiada məhkəmə qərarının icrasının nəticəsi ilə razı deyil və bunu müstəqil inzibati iddia qaydasında mübahisələndirir.

11. Hansı ki, bu halda, iddiaçı öz marağını inzibati məhkəmə icraatında yeni iddia açmaqla deyil, məhkəmə qərarının icrası qaydasında mübahisələndirməli, başqa sözlə, məhkəmə qərarının məcburi icra tədbirləri vasitəsilə icra edilməsinə dair ərizə ilə müraciət etməlidir.

12. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir.

13. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar