Məhkəmə qərarları › İş №2-1(114)-297/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-297/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-297/2020 01.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2nə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən vurduğu maddi zərərin kompensasiyası olaraq 70.000 (yetmiş min) manat pulun tutulub iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayon Aqyataq kənd sakinləridir. Ancaq 1993-cü ilin aprel ayında Kəlbəcər işğal oldunduqdan sonra məcburi köçkün olaraq Gəncə şəhərinə gəlmişlər. Sonra isə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1996-cı ildən Gəncə şəhəri, Gülüstan qəsəbəsinin cənubunda, AzKTA kompleksi ərazisinin A-1 məhəlləsində 0.18 ha torpaq sahəsində məskunlaşmışlar. Məhz həmin torpaq sahəsində 1998-ci ildən yaşayış üçün ev tikdirmişlər. İndiyə qədər heç bir problemlə qarşılaşmamışlar. Ancaq 2012-ci ilin mart ayının 16-da polis əməkdaşlarının da təhlükəsizliyi təmin etdiyi gün onların sözügedən ərazidə olan 0.18 ha torpaq sahəsində yerləşən yaşayış evləri uçurulmuşdur. Polis əməkdaşı olan adını bilmədiyi polis leytinantından niyə uçurulduğunu soruşmuş, o isə cavabında bildirmişdir ki, bu evlər Cavabdeh2 tərəfindən sökülür, yerində otel tikiləcək. Onlara məxsus yaşayış sahəsinin sökülməsi nəticəsində onlara ciddi maddi zərər dəymişdir. Cavabdeh2 məcburi köçkün kimi onun sahibliyində, istifadəsində olan torpaq sahəsində yaşayış evinin sökülməsi ilə ifadə olunan hərəkəti nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları və Azərbaycan Respublikası prezidentinin Fərmanları ilə qorunan hüquqları pozulmuşdur. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı Cavabdeh1 məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıların hazırkı iddia tələbi ilə bağlı nümayəndəsi olduğu inzibati orqana müraciətlərinin təmin olunması mümkün deyildir. Bildirmək istəyir ki, iddiaçılar daha əvvəl hazırkı iddia tələbi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən cavabdeh kimi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətini qeyd etmişlər və həmin iddia ilə bağlı qüvvədə olan və preyudisial əhəmiyyət daşıyan məhkəmə qərarı mövcuddur. Yəni həmin məhkəmə qərarı ilə cavabdehin Cavabdeh2 deyil, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti olduğu öz təsdiqini tapmışdır. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçılar sahibliyində və istifadələrində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsinin cənub tərəfindən, AKTA kompleksi ərazisinin A-1 məhəlləsində 0.18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən söküldüyünü iddia edərək onlara vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişlər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların sahibliyində olan tikilinin-fərdi yaşayış evinin əvvəllər mövcud olması və daha sonra sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdeh inzibati orqanın nümayəndəsi etirazında və məhkəmə iclasında verdiyi izahatlarında tikilinin cavabdeh tərəfindən sökülmədiyini, bununla bağlı heç bir göstəriş (sərəncam) verilmədiyini bildirmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2-1(86)-164/2014 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2008-ci il tarixli, 248 nömrəli və xx xxxxxx 2008-ci il tarixli, 249 nömrəli sərəncamlarının ləğv edilməsi, iddianın “dəymiş maddi ziyana görə cavabdehdən 30000 (otuz min) manat kompensasiyanın tutulması” hissəsində əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. -Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1(106)-90/2014 nömrəli qərarı ilə iddiaçıların və üçüncü şəxslərin apelyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2-1(86)-164/2014 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2-1(102)- 1197/2014 saylı qərarı ilə iddiaçıların və üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1(106)-90/2014 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. -Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2-1(106)-121/2015 nömrəli qərardadı ilə iddiaçıların və üçüncü şəxslərin apelyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2-1(86)- 164/2014 nömrəli qərarı ləğv edilmiş, iddia tələbləri mümkün sayılmamışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2-1(106)-121/2015 nömrəli qərardadı qismən – 30.000 manat pulun tutulmasına dair tələbin mümkün sayılmaması hissəsində ləğv edilmiş, həmin hissədə işin təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, üçüncü şəxslər X2 və X3 adına xx xxxxxx 2008-ci il tarixli, 248 və 249 nömrəli sərəncamlarının ləğv edilməsinə dair tələbin mümkün sayılmaması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-1(106)-14/2016 nömrəli qərarı ilə iddiaçılar İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2- 1(86)-164/2014 nömrəli qərarı iddiaçının vurulmuş maddi zərərə görə 30.000 manat pulun ödənilməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 16766 (on altı min yeddi yüz yetmi altı) manat pulun alınaraq, iddiaçılar İddiaçı və Cavabdeh1 ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən qərarda müəyyən edilmişdir ki, iddiaçıların təqdim etdiyi sənədlərdən və məhkəmə iclasında araşdırılmış sübutlardan göründüyü kimi iddiaçıların yaşadıqları mübahisəli tikili cavabdeh (Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti) tərəfindən sökülmüşdür. İddiaçıların mübahisələndirilən torpaq sahəsindən istifadə etmələri müəyyən olunaraq, iddiaçıların evlərinin cavabdeh (Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti) tərəfindən sökülməsinin sübuta yetirilmədiyi qeyd olunaraq tələb təmin olunmasa da, iddiaçıların Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Gəncə şəhərində məskunlaşaraq sonradan 1998-ci ildə Gəncə şəhəri Gülüstan qəsəbəsinin cənubunda AZ KT Akademiyası adlanan ərazidə A-1 məhəlləsində 0,18 ha torpaq sahəsində özlərinə divarları iki mişar daşı enində, uzunluğu 11 metr, eni 9 metr, hündürlüyü 3 metr 50 santimetr olan üstü şiferlə örtülmüş 3 otaqlı orta təmirli ev inşa etmələri və onların inşa etdikləri tikilinin cavabdeh (Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti) inzibati orqan tərəfindən 2012-ci ildə sökülməsi apellyasiya baxışa zamanı araşdırılmış sübutlarla, iddiaçıların izahatları və şahidlərin ifadələri, inzibati işin materialları və iş materiallarında olan məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan iddiaçılar İddiaçı və Cavabdeh1 notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsindən məlum olur ki, iddiaçılar Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia etdikləri 30 min manatdan və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1(106)-14-2016 saylı qərarı ilə təmin olunmuş 16 min manat pul məbləğindən imtina edirlər, pul kompensasiyasının ödənilməsi ilə bağlı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən heç bir iddia, tələbləri yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-cu il tarixli, 2-1(102)- 461/2017 saylı qərardadı ilə iddiaçılar İddiaçı və Cavabdeh1 iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-14/2016 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən ilkin olaraq Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbinin predmetini təşkil edən mübahisəli evin sökülməsi ilə bağlı vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-1(106)-14/2016 nömrəli qərarı ilə iddiaçının vurulmuş maddi zərərə görə 30.000 manat pulun ödənilməsi hissəsi qismən təmin edilərək, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 16766 (on altı min yeddi yüz yetmi altı) manat pulun alınaraq, iddiaçılar İddiaçı və Cavabdeh1 ödənilməsi qərara alınmışdır. Yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçılar İddiaçı və Cavabdeh1 sahibliyindən olan yaşayış sahəsinin Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi öz təsdiqini tapmışdır. Hazırkı iddia tələbində isə iddiaçılar sahibliklərində olmuş və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən uçurulması məhkəmənin qanuni qüvvəsini almış qərarları ilə təsdiqlənən tikilinin sökülməsi ilə bağlı təkrar məhkəmyə müraciət edərək hazırkı Cavabdeh2ndən vurulmuş ziyanın ödənilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların sahibliyində olan fərdi yaşayış evinin Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən uçurulması təsdiqləndiyindən və Cavabdeh2 həmin evin uçurulması ilə bağlı hərəkət və ya hərəkətsizliyi, həmçinin hər hansı inzibati akt qəbul etməsi təsdiqlənmədiyindən iddia tələbinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Bununla yanaşı iddiaçılar iddia tələblərində onlara məxsus fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən söküldüyünü və bunun nəticəsində onlara 70.000 (yetmiş min) manat məbləğində maddi zərər dəydiyini iddia etsələr də, həmin fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən sökülməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Əksinə tikilinin hazırki iş üzrə Cavabdeh2 tərəfindən deyil, məhz Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi yuxarıda qeyd olunan və iş üzrə preyudisial əhəmiyyət daşıyan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar