Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-298/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ilkin olaraq xx.xx.2001-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2007-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. X2 əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: Ağırlaşmanı diaqnostik müayinələrlə təsdiqləmək üçün xəstəyə əlavə müayinə və müalicə məsləhət görülür) əsası ilə imtina verilmişdir.
3. Daha sonra yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: 2000-dən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, müalicənin effektivliyini nəzərə alaraq, ixtisaslaşmış müalicələrin davam etdirilməsi məsləhət görülür) əsası ilə imtina verilmişdir.
4. X5 xx.xx.2020-ci il tarixli İddiaçı qanda biokimyəvi testin nəticəsində kreatinin göstəricisi 93.1 olmuşdur.
5. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 01985541 nömrəli epikrizindən görünür ki, X3 “Xroniki gedişli, tez-tez residivləşən iki tərəfli reflyuksla bağlı qeyri-obstruktiv pielonefrit kalkleroz forma, sağtərəfli ureterolitotomiya xolesistoektomiya əməliyyatından sonrakı vəziyyət. XBC İİ dərəcəli renal anemiya, nefrogen hipertenziya” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olmuşdur.
6. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasına göndərişində əsas diaqnoz “N20 Böyrək daşı xəstəliyinin xroniki gedişli teztez residivləşən”, Ağırlaşma “N4.8 kalkleroz pielonefrit davamsız remiziya ilə, sağ tərəfli ureterolitotomiya əməliyyatından sonrakı vəziyyət, N18.2 XBC İİ dərəcəli”, “D63 renal anemiya”, “S12 Nefrogen hipertenziya”, Yanaşı xəstəliklər “51.2 xolesistoektomiya əməliyyatından sonrakı vəziyyət”, “K29 xroniki qastroduodenit” kimi qeyd edilmişdir.
7. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji Xəstəxananın xx.xx.2022-xx.xx.2022-ci il tarixli epikrizinə əsasən diaqnoz “Hər iki böyrəyin daşları. Xroniki pielonefrit. XBX İ mərhələ.” şəklində göstərilmiş, orada aparılmış qanın biokimyəvi analiz nəticəsinə əsasən qanda “Kreatinin” miqdarı 106 (yüz altı) mkml/l müəyyən edilmişdir.
8. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin səhhətin müayinə aktında diaqnoz “Hər iki böyrəyin daşları (sol d=4-6 mm, sağ d=8 mm), Xroniki pielonefrit, XBX İ mərhələ” kimi müəyyən edilmişdir.
9. Yasamal Hospitalın xx.xx.2022-ci il tarixli biokimyəvi analizin nəticəsində kreatinin göstəricisi 72.6 mkml/l olmuşdur.
10. Davinçi Hospitalın xx.xx.2022-ci il tarixli biokimyəvi analizin nəticəsində kreatinin göstəricisi 72.6 mkml/l olmuşdur.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq Ofelya Nəbiyevanın əlillik vəziyyəti "Bərdə Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır) səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Belə ki, O.Nəbiyeva ərazi üzrə yerləşən 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edə bilər. Qəbula gəldiyi zaman keçirilmiş müayinələrinə dair bütün sənədləri özü ilə gətirməyi xahiş olunur. Müəyyən olunmuşdur ki, Dilaver Nəbiyevanın əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 26.05 2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: 2000-ci ildən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur müalicənin effektivliyini nəzərə alaraq, ixtisaslaşmış müalicələrin davam etdirilməsi məsləhət görülür) barədə qərar verilmişdir. İddiaçı ixtisaslaşmış dövlət səhiyyə müassisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda" vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-305045/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2001-ci il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixinədək ödənişi davam etdirilmişdir. Əlavə olaraq bildirilir ki, MEİS-in “Əlillik” altsistemində olan məlumata əsasən İddiaçı əlillik müddəti xx.xx.2022-ci il tarixində bitmişdir.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və əldə olunan xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Səhiyyə Nazirliyinin "MTE və PA Birliyi" Phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. "Bərdə rayon mərkəzi xəstəxanası"nda adına tərtib edilib göndərilmiş xx.xx.2022-ci il tarixli, 0232003AAY1K nömrəli Forma 088 göndərişində qeyd edilmiş "Böyrək daşları, hər iki böyrək daşı xəstəliyi, sağ tərəfli ureterolitotomiya əməliyyatından sonrakı vəziyyət, xroniki gedişli tez-tez residivləşən iki tərəfli reflyuksla bağlı qeyri- obstruktiv pielonefrit davamsız remissiya ilə, xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki böyrək çatmamazlığı İİ dərəcə, başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya" diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan oln Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə effektiv təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası ec Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi 17 giymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial solİ Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi (Xaşi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
14. İddiaçının sonuncu dəfə qiymətləndirilmək üşün rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Forma-88 arayışında ona qoyulmuş diaqnozlar aşağıdakı şəkildə olmuşdur: Əsas diaqnoz – N20.0 – Böyrək daşları, hər iki böyrək daşı xəstəliyi, sağ tərəfli ureterolitotomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki gedişli tez-tez residivləşən iki tərəfli reflyuksla bağlı qeyri-obstruktiv pielonefrit davamsız remissiya ilə; Ağırlaşma – N18.2 – Xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki böyrək çatışmamazlığı İİ dərəcə; Yanaşı xəstəlik – K29 – Qastrit və duodenit, Xr. Qastriduodenit; Yanaşı xəstəlik – İ15.1 – Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, nefrogen hipertenziya; Ağırlaşma – D63 – başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya; Yanaşı xəstəlik – K91.5 – Postxolesistektomik sindrom, Xr. Qastriduodenit;
15. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-24582/2024 nömrəli qərar qəbul edilmişdir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Respublika Reabilitasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 10 nömrəli Biokimyəvi analizinin nəticəsində kreatinin (qanda) göstəricisi 95,7 mkml/l olmuşdur. II. Məhkəmədə icraat
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş ikinci dərəcə əlillik dərəcəsinin Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232003AAY1K nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə anadan olmaqla, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatdadır. Bildirir ki, onun barəsində 2001-ci ildən etibarən xroniki tez-tez residiv verən iki tərəfli pielonefrit, hipertonik tip, davamsız remissiya ilə ikinci dərəcəli anemiya xroniki böyrək çatışmazlığı və sağ tərəfli ureterolitotomiya ilə xroniki qastroduodenit, xolesistoektomiya diaqnozu ilə ikinci dərəcəli əlillik müəyyən olunmuşdur. Əlillik müddəti həmin dövrdə qüvvədə qanunvericiliyə əsasən, uzadılmışdır. Sonuncu olaraq, xx.xx.2016-cı il tarixdə müvafiq diaqnozla əlillik müddəti 5 il müddətinə uzadılmışdır. Birinci olaraq, barəsində təyin olunmuş əlillik dərəcəsinin müddətsiz təyin olunması məqsədilə növbəti müayinə vaxtı, Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAWE1 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilmiş və ona cavabdeh inzibati orqan “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Xəstəyə əlavə müayinə və müalicə məsləhət görülür.” əsası ilə ona əlilliyin növbəti müddətə uzadılmasından imtina etmişdir. Bundan sonra, o, dəfələrlə müvafiq səhiyyə qurumuna müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilmiş və ona cavabdeh inzibati orqan “əlavə müayinəyə ehtiyacı olması, 2000-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə kimi stasionar müalicə olmaması, ixtisaslaşmış müalicələrinin davam etdirilməsi” əsası ilə ona əlilliyin növbəti müddətə uzadılmasından imtina etmişdir. Ona təyin olunan əlilliyə görə əmək pensiyası dayandırılması səbəbindən o dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, müraciəti nəticəsiz bu vaxtadək nəticəsi qalmışdır. Ən son hazırki iddia tələbi üzrə cavabdeh inzibati orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə etdiyi dəfələrlə müraciətə uyğun olaraq, cavabdeh tərəfindən **********5 nömrəli məktubla ona əlavə müayinəyə ehtiyacı olması, 2000-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə kimi stasionar müalicə olmaması, ixtisaslaşmış müalicələrinin davam etdirilməsi əsaslarına istinad edərək, əlillik dərəcəmin ləğv edildiyi barədə məlumat verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə predmeti onun əlillik müddətinin qurtarmasına görə sağlamlıq vəziyyətinə yenidən baxılması üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının göndərişinin cavabdeh inzibati orqan tərəfindən əlavə müayinəyə ehtiyacı olması, 2000-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə kimi stasionar müalicə olmaması, ixtisaslaşmış müalicələrinin davam etdirilməsi səbəbi ilə mənə müddətsiz əlilliyin təyin olunmasından imtina edilməsindən ibarətdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun əlillik müddətinin uzadılmasının əlavə müayinəyə ehtiyacı olması, stasionar müalicə olmaması əsası ilə dayandırılması qanunvericiliyin tələblərinə zidddir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı heç bir şərt müəyyən etməmişdir. O cümlədən onun xəstəliyinin mahiyyətinə gəldikdə, isə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onda həmin xəstəliyin mövcudluğu və əlillik meyarlarına uyğun gəlməsinin mübahisələndirilmir. Cavabdehin əlavə müalicəyə ehtiyacı olması səbəbindən onun barəsində təkrar əlillik təyinindən imtinası isə həm də ona görə əsassızdır ki, istər ambulator, istər stasionar müalicə ilə onun xəstəliyini aradan qaldırmaq mümkün deyildir. Nəticədə, cavabdeh orqanın ona xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, daha sonra xx.xx.2022-ci il tarixdə əlavə müayinəyə ehtiyacı olması səbəbi ilə onun əlillik müddətinin uzadılmasından imtina etməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
22. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
23. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
24. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
25. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
26. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
28. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
29. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
30. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
31. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
32. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı sonuncu müraciəti əsasında Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Hər iki böyrək daşl xəstəliyi. Sağ tərəfli ureterolitotomiya əməliyatından sonraki vəziyyət. Xroniki gedişli tez-tez residivləşən iki tərəfli reflyuksla bağlı qeyri-obstruktiv pielonefrit davamsız remiziya ilə. Xroniki böyrək xəstəliyi İİ mərhələ.” diaqnozu ilə xx.xx.2022-ci il tarixli 0232003AAY1K nömrəli göndəriş rəsmiləşdirilmiş, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində “Əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri böyrək nahiyəsində olan kəskin ağrılarından, təzyiqin yüksəlməsindən, əsəbilikdən olmuş, anamnestik olaraq ona 1999 və 2004-cü illərdə cərrahi əməliyyatların icra edildiyini və mütəmadi olaraq həkim-nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji Xəstəxananın xx.xx.2022-xx.xx.2022-ci il tarixli epikrizinə əsasən diaqnoz “Hər iki böyrəyin daşları. Xroniki pielonefrit. XBX İ mərhələ.” şəklində göstərilmiş, orada aparılmış qanın biokimyəvi analiz nəticəsinə əsasən qanda “Kreatinin” miqdarı 106 (yüz altı) mkml/l müəyyən edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, boyu 170 sm, çəkisi 112 kq, BKİ = 38.8 (otuz səkkiz tam onda səkkiz) hiperstenik tip bədən quruluşuna malik olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 140/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, periferik ödem müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa Uroloji ultrasəs (nəticə: İkitərəfli nefrolitiazis.) müayinəsi aparılmış, burada əldə edilmiş qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 95.7 (doxsan beş tam onda yeddi) mkmol/l, qanın ümumi analiz nəticəsinə əsasən qanda “Hemoglobin” miqdarı 12.9 (on iki tam onda doqquz) q/dl, “EÇS (eritrositlərin çökmə sürəti) – 25 (iyirmi beş) mm/s müəyyən edilmiş, həmin müayinələrin nəticələrinə əsasən əsas diaqnozun və yanaşı xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları (xroniki böyrək çatışmazlığı, bədən kütlə defisiti, anemiya, patofunksional pozuntular) aparılmış müayinələr nəticəsində təsdiqini tapmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2022-ci il tarixli 0232003AAY1K nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - X5 xx.xx.2020-ci il tarixli qanda biokimyəvi testin nəticəsi; - “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 01985541 nömrəli epikrizi; - “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş; - “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin səhhətin müayinə aktı; - Yasamal Hospitalın xx.xx.2022-ci il tarixli biokimyəvi analizin nəticəsi; - Davinçi Hospitalın xx.xx.2022-ci il tarixli biokimyəvi analizin nəticəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-305045/2023 nömrəli cavab məktubu; - xx.xx.2022-ci il tarixli göndəriş; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Respublika Reabilitasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 10 nömrəli Biokimyəvi analizinin nəticəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-30833/2024 nömrəli məktubu əv ona əlavə edilmiş sənədlər; - Ekspert rəyi.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
35. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2001-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2007-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. X2 əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: Ağırlaşmanı diaqnostik müayinələrlə təsdiqləmək üçün xəstəyə əlavə müayinə və müalicə məsləhət görülür) əsası ilə imtina verilmişdir. Daha sonra yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: 2000-dən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, müalicənin effektivliyini nəzərə alaraq, ixtisaslaşmış müalicələrin davam etdirilməsi məsləhət görülür) əsası ilə imtina verilmişdir.
36. İddiaçının sonuncu dəfə qiymətləndirilmək üşün rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Forma-88 arayışında ona qoyulmuş diaqnozlar aşağıdakı şəkildə olmuşdur: Əsas diaqnoz – N20.0 – Böyrək daşları, hər iki böyrək daşı xəstəliyi, sağ tərəfli ureterolitotomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki gedişli tez-tez residivləşən iki tərəfli reflyuksla bağlı qeyri-obstruktiv pielonefrit davamsız remissiya ilə; Ağırlaşma – N18.2 – Xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki böyrək çatışmamazlığı İİ dərəcə; Yanaşı xəstəlik – K29 – Qastrit və duodenit, Xr. Qastriduodenit; Yanaşı xəstəlik – İ15.1 – Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, nefrogen hipertenziya; Ağırlaşma – D63 – başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya; Yanaşı xəstəlik – K91.5 – Postxolesistektomik sindrom, Xr. Qastriduodenit;
37. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-24582/2024 nömrəli qərar qəbul edilmişdir.
38. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
40. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi dövrdə şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin tələbləri əsasında həyata keçirilirdi.
41. Həmin Əsasnamədə N20.0 XBT kodu altında iddiaçıya qoyulmuş əsas diaqnoz Əsasnamənin bəndlərində öz əksini tapmamışdır (yalnız Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir). Həmin diaqnozun ağırlaşma halı olan N18.2 XBT kodu altında olan xəstəlik isə Əsasnamənin 2.1.4-cü bəndində öz əksini tapsa da (N18.1-N18.9), yalnız xroniki böyrək çatışmazlığının terminal mərhələsinin birinci dərəcə əlillik təyin edilməsinə əsas vermişdir. Hansı ki, teminal mərhələ xroniki böyrək çatışmazlığın 5-ci mərhələsi olmaqla, h və ya böyrək köçürülməsinə ehtiyac olunan xəstəliyin ən ağır formasıdır. İddiaçının göndərişindən isə göründüyü kimi, iddiaçıda XBX-nın 5-ci mərhələdə deyil, İİ mərhələdə olduğu qeyd edilmişdir.
42. Məhkəmə bununla yanaşı iddiaçının əlillik vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri əsasında yenidən qiymətləndirilməsi üçün qərardad qəbul etməklə, iddiaçının əyani müayinəyə cəlb olunmaqla, habelə təqdim edilmiş tibbi sənədlər nəzərə alınmaqla onun əlilliyinin yenidən qiymətləndirilməsi, qiymətləndirmənin 30 gün müddətində həyata keçirilməsi və bununla bağlı inzibati aktın qəbul edilərək, məhkəməyə məlumat verilməsi “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə etmişdir.
43. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və dur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, diaqnozun öz təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-24582/2024 nömrəli qərar qəbul edilmişdir.
44. Həmin müayinə zamanı xx.xx.2024-cü il tarixdə iddiaçıda qanın biokimyəvi analizi aparılmış və analizin nəticəsində iddiaçıda kreatinin (qanda) göstəricisi 95,7 mkml/l olmuşdur.
45. Hansı ki, Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.1.1-ci bəndinə görə, N18- XBX xəstəliyi XBX İİ mərhələ (XBÇ İ mərhələ qanda kreatinin səviyyəsi 123-176 mkmol/l aralığında) olduqda, orqanizmin funksiyalarının 1 il müddətinə 40 % pozulmasına görə, 4.1.1.2-ci bəndinə görə XBX İİİ mərhələ (XBÇ İİ mərhələ qanda kreatinin səviyyəsi 177- 352 mkmol/l aralığında) (18 yaşınadək şəxslərdə YFS 59-30 ml/dəq/1,73m2) olduqda, orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 % pozulmasına görə əlilliyinin təyininə əsas verir.
46. Hazırki işdə iddiaçının forma-88 arayışında laborator müayinələrin nəticəsi qrafasında xx.xx.2022-ci il tarixli kreatinin 186.5 mkmol/l olması əks etdirilsə də, qeyd olunan hal iş materiallarında olan iddiaçıya aid tibbi sənədlərdə öz təsdiqini tapmamış, əksinə iş materiallarında olan Yasamal Hospitalın xx.xx.2022-ci il tarixli və Davinçi Hospitalın xx.xx.2022-ci il tarixli biokimyəvi analizin nəticələrində İddiaçı qanında kreatinin göstəricisi 72.6 mkmol/l, X5 xx.xx.2020-ci il tarixli qanda biokimyəvi testin nəticəsində isə kreatinin göstəricisi 93.1 mkmol/l olmuşdur. Həmçinin, təqdim edilmiş sənədlər arasında Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji Xəstəxananın xx.xx.2022xx.xx.2022-ci il tarixli epikrizinə əsasən diaqnoz “Hər iki böyrəyin daşları. Xroniki pielonefrit. XBX İ mərhələ.” şəklində göstərilmiş, orada aparılmış qanın biokimyəvi analiz nəticəsinə əsasən qanda “Kreatinin” miqdarı 106 (yüz altı) mkml/l müəyyən edilmişdir. Ən yeni analiz isə, məhkəmə qərardadı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Respublika Reabilitasiya Mərkəzində iddiaçının əyani müayinəsi zamanı xx.xx.2024-cü il tarixdə götürülmüş biokimyəvi analizdir ki, onun da nəticəsində kreatinin (qanda) göstəricisi 95,7 mkmol/l olmuşdur.
47. Göründüyü kimi, İddiaçı göndərişində qeyd edilən xəstəliklər ona əlillik təyinatına əsas olan səviyyədə olmamışdır. Bu hal isə iddianın rədd edilməsinə əsas verir.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva