Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2983/2024 23.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Üçüncü şəxslər X10 və X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X10, X14 və X4 ona məxsus olan ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxslər X10, X14 və X4 ona məxsus olan ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 57 kv.m-dən ibarətdir. 3-cü şəxslər X10, X14 və X11 iddiaçının tanımadığı şəxslərdir. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. İddiaçı 3-cü şəxsləri ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, "şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır". Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatda dururlar. 3-cü şəxslər iddiaçının evində qeydiyyatda durduqlarına görə o, məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçının evində yaşamır, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2983/2024 nömrəli qərardadı ilə X10, X14 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Üçüncü şəxslərdən X10 və X14 məhkəmə iclasında iştirak etmiş, iddiaçı və digər üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Üçüncü şəxslər X10 və X14 məhkəmə iclasında iddia tələbini rədd edərək, iddianın təmin olunmamasını xahiş etdilər. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşin halları Gəncə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-1058 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri arvadı İddiaçı, oğulları X13 və X12 miras əmlakdan bərabər hissədə irs almalıdırlar və miras əmlak ünvan 4 ünvanında yerləşən mənzildən ibarətdir. Gəncə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-652 reyestr nömrəli Miras payının bağışlanma Müqaviləsinə əsasən, X13 və X1 üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını anaları – İddiaçı bağışlamışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-05101-093019 reyestr nömrəli çıxarışa əsasən, ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışlara əsasən, xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1986-cı il təvəllüdlü X14 və xx.xx.1960-cı il təvəllüdlü X2 şəhəri, X24, ev 4, mənzil 27 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1986-cı il təvəllüdlü X14 və xx.xx.1960-cı il təvəllüdlü X4 ona məxsus olan ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X10 xx.xx.2018-ci il tarixdən, X14 xx.xx.2004-cü il tarixdən və X11 xx.xx.2020-ci il tarixdən hal-hazıradək ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna qoşma olaraq əlavə edilmiş Kirovabad şəhər X9 20 may 1992-ci il tarixli 62 nömrəli orderinə əsasən, həmin order X6 ona görə verilmişdir ki, 2 nəfər olmaqla o, və X3 şəhəri, Yeni Gəncə yaşayış massivi, ev 4, mənzil 27 ünvanında yaşamaq hüququna malikdirlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna qoşma olaraq əlavə edilmiş X10 və X7 Gəncə Regional “ASAN xidmət” Mərkəzinə verdikləri xx.xx.2020-ci il tarixli ərizələrinə əsasən, xx.xx.1960-cı il təvəllüdlü X4 ünvan 8 ünvanına qeydiyyata düşməsinə etiraz etmirlər. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, üçüncü şəxslərdən heç biri İddiaçı ailə üzvləri sırasında deyildirlər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, ev 4, mənzil 27 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) ünvanına baxış keçirilmiş, faktiki olaraq həmin ünvanda heç bir kəsin yaşamadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İdarənin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 10 ünvanı ilə ünvan 11ətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, ünvan 14 (Yeni qaydalarla: Gəncə şəhəri, 28 May prospekti, giriş 75, M5, m1) üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər tərəfdən X6 ailə üzvü X14 birlikdə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, ev 4, mənzil 27 ünvanında yaşamaq hüququna malik olması barədə Kirovabad şəhər X9 20 may 1992-ci il tarixli 62 nömrəli orderi verilmişdir. X10 və X7 Gəncə Regional “ASAN xidmət” Mərkəzinə verdikləri xx.xx.2020-ci il tarixli ərizələrinə əsasən, X2 şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış massivi, ev 4, mənzil 27 ünvanında qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 10 ünvanı ilə ünvan 13hkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 14 ünvanında yerləşən və X5 ailə üzvləri ilə birlikdə qeydiyyatda olub yaşadıqları Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, ev 4, mənzil 27 ünvanında yerləşən mənzillər ayrı-ayrı daşınmaz əmlaklardır. Qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat daşınmaz əmlakın özündə deyil, həmin əmlakın məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Hazırkı halda iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan və üçüncü şəxslərin isə gözlənilən mülkiyyət hüququnun yarandığı daşınmaz əmlaklar ayrı-ayrı mənzillər olsa da, həmin daşınmaz əmlakların ünvan reyestrində qeydiyyatı eyni ünvan üzrə aparılmışdır. Məhz üçüncü şəxslər də gözlənilən mülkiyyət hüququnun yarandığı daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmışlar. Belə olan halda isə iddiaçı onunla eyni ünvan göstəricilərinə malik olan üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı deyil. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2983/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2983/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver