Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2988/2025 04.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardımın bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “fiziki şəxsin uçotu haqqında” şəhadətnamə verilmişdir. Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-6172 reyestr nömrəsi ilə təsdiq edilmiş **********172 nömrəli ərizəyə əsasən, İddiaçı və X6 ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, Bərdə rayonu, Cumalar kəndində yerləşən **********96 reyestr nömrəli torpaq sahəsi üzərində İddiaçı və X6 paylı mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, A 822769 nörməli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti”nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Bərdə rayonu, Cumalar kəndində yerləşən 0.3275 ha-lıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibləri İddiaçı və X4r. Ünvanlı dövlət sosial yardım ilə bağlı İddiaçı **********17201-197 nömrəli müraciətinə əsasən, təyinat avtomatik dayandırılmışdır. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2025-ci il tarixli, 21-2-17/2- 33518/2025 nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği ilə əlaqədar 96.00 manat məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı - X10, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2025-ci il tarixli, ********** nörməli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 15.00 AZN məbləğ ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10599 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 18760 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 45,60 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 26395 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 30018 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 29680 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 30,60 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 1878 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,60 AZN ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin aprel ayı üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X6 (ailə üzvü) tərəfindən cəmi 13.8 manat MDSS məbləği ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin may ayı üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X6 (ailə üzvü) tərəfindən cəmi 13.8 manat MDSS məbləği ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin iyun və avqust ayları üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X6 (ailə üzvü) tərəfindən cəmi 41.4 manat MDSS məbləği ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin sentyabr ayı üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X6 (ailə üzvü) tərəfindən cəmi 13.8 manat MDSS məbləği ödənilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, az təminatlı ailə kimi ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın təyinatının dayandırılaraq imtina edilməsi barədə cavabdeh tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi barədə cavabdeh üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ailəsi 4 nəfərdən ibarətdir. O və həyat yoldaşı Bərdə rayonu, Cumalar kəndində olan 0.33 hektar pay torpağında əmək fəaliyyəti ilə məşğul olur, pay torpağına görə vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən bu günədək MDSS ödənişi edərək sabit qəbz üzrə hesabatlar verirlər. İddiaçı ailə təmsilçisi kimi olduğu acınacaqlı vəziyyətdə yaşayan ailəsinə ünvanlı sosial yardım təyin edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) xx.xx.2024-cü il tarixində müraciət etmişdir. İddiaçının ailəsinin maddi və məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2024-cü il tarixindən onlara aylıq 420.0 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı qeyd edir ki, təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixinədək ödənilmiş, nazirlik tərəfindən heç bir məlumat verilmədən, heç bir xəbərdarlıq edilmədən 2025-cü ilin yanvar ayında sosial yardımın ödənişi dayandırılmış, onlar dayandırma səbəbini öyrənmək istədikdə elektron sistemdə “təyinat avtomatik olaraq dayandırılmışdır” sözü yazıldığını görmüşlər. İddiaçı sosial yardımın imtina edilməsi səbəbini öyrənmək üçün Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzinə müraciət etdikdə pay torpağına görə MDSS haqqı ödənilmədiyinə görə dayandırıldığı bildirilmişdir. İddiaçı məlumat üçün bildirir ki, 2025-ci ilin avqust ayınadək pay torpağına görə MDSS haqları tərəfindən ödənilərək sabit qəbz hesabatları verilmişd, 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayı MDSS haqları tərəfindən ödənilmiş, lakin bilməzlik səbəbindən sabit qəbz hesabatını təqdim etməmiş ve bu barədə ona nə Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Ailəsinə təyin edilmiş sosial yardımın dayandırılması onsuzda acınacaqlı olan vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdur. İddiaçı cavabdeh orqanın onlar barəsində qəbul etdiyi qərarı qanunsuz hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2998/2025 nömrəli qərardadı ilə iddia tələbi “ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardımın bərpa edilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, ünvnalı dövlət sosial yardım ilə bağlı ailəni təmsil edən şəxs qismində İddiaçı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “ünvanlı yardım” altsisteminə daxil edilən xx.xx.2024-cü il tarixli, **********17201-197 nömrəli müraciətinə əsasən, ailəyə xx.xx.2024-cü il tarixdən 428,22 manat məbləğində sosial yardım təyin edilmişdir. Ailənin sosial yarıdm almaq hüququna yenidən baxılması zamanı ailə üzvü X1 təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs olaraq “sabit qəbz” ödənişlərinin tam olmaması müəyyən edilmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti üzrə (VÖEN: **********) gəlirlərə dair “ərizə-bəyannamədə qeyd edilən olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə görə təyin edilmiş ÜDSY-nin verilməsi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Qeyd olunur ki, MEİS-in “sığorta(hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən, ailə üzvü X1 təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs olaraq 2024-cü ilin aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmuş, 2024-cü ilin oktyabr ayı da daxil olmaqla sonrakı aylar üzrə isə fərdi şəxsi hesabında sığorta haqları əks olunmamışdır. Həmçinin, 2024-cü ilin aprel ayından əvvəlki dövrlərə münasibətdə də hər hansı sığorta haqqı aşkar olunmamışdır. Beləliklə, torpaq mülkiyyətçisi Fiqurə İsmixanova tərəfindən 2024-cü ilin aprel ayından əvvəlki aylar üzrə, 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayları üzrə sabit qəbz almadığı aşkar edilmişdir. Məhkəmənin diqqətinə çatdırır kı, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli, **********17201-197 nömrəli müraciətinə əsasən, ailəyə xx.xx.2024-cü il tarixindən 428,22 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmasına baxmayaraq, ailə üzvü X2 12 aylıq gəliri aşkar olunmamış, həmçinin təyinatdan sonra 2024-cü ilin oktyabr ayı daxil olmaqla gəliri müəyyən olunmamışdır. Beləliklə, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərə dair ərizə-bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə görə təyin edilmiş sosial yardım xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən ona və ailəsinə ödənilən ünvanlı dövlət sosial yardım aidiyyəti olmayan səbəblərdən kəsilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş və bildirdi ki, təmsil etdiyi inzibati orqan tərəfindən qəbul edilmiş qərar əsaslıdır, bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2- 900/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, sorğuda qeyd edilən İddiaçı adına olmuş Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, 4Ə-784 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X7 adına özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə “AZEMİS” elektron məhkəməyə informasiya sistemi vasitəsi ilə göndərilmiş sənədlərə əsasən: Hesablama üçün istifadə olunan gəlirlər barədə məlumatlar Gəlirin növü Məbləğ Təsərrüfat kateqoriyalarından 85.40 gəlirlər Toyuq 85.4 Torpaq pay mülkiyyətindən gəlirlər 378.84 Rabitə və kommunal xərclər Azərişıq 81.2 Azəriqaz 87.36 Ümumi rabitə xərcləri 149 Ailə üzvlərinin sayı 4.00 Ailənin adambaşına düşən orta 6.62 aylıq kommunal və rabitə xərcləri Ailən adambaşına düşən orta 84.67 aylıq gəliri Hesablamada ÜDSY Təyina Təy T Hesablamada Təy nəzərə alınan nəzərə alınan tın başlama inatın bitmə əyinat nəzərə alınan ailə inat tarixi adambaşına düşən orta ailə üzvlərinin tarixi tarixi məbləği üzvünün orta aylıq gəliri aylıq telefon xərci saylı xx.x xx.xx. xx.x 4 3.1 162.94 4 x.2024 2024 x.2025 28.22 Ödəniş edilmiş Aylıq ödənişlər haqqında məlumat ayların sayı:6 Ödənişin hesablandığı Aylıq ödənişin statusu Ödəniş tarixi Ödəniş məbləği ay Ödənilib xx.xx.2024 xx.xx.2024 428.22 Ödənilib xx.xx.2024 xx.xx.2024 428.22 Ödənilib xx.xx.2024 xx.xx.2024 428.22 Ödənilib xx.xx.2024 xx.xx.2024 428.22 Ödənilib xx.xx.2024 xx.xx.2024 428.22 Ödənilib xx.xx.2024 xx.xx.2024 428.22 Sığortaolunan haqqında məlumata əsasən: - İddiaçı (VÖEN: **********1) 2024-cü ilin aprel ayından, 2025-ci ilin iyul ayına qədər hesablanmış və ödənilmiş məbləğ ayrı-ayrıqılıqda 89,40 AZN təşkil etmişdir; - X5 (VÖEN: **********) 2018-ci ilin aprel ayından 2018-ci ilin iyun ayına qədər gəlir, hesablanmış və ödənilmiş məbləğ ayrı-ayrıqılıqda 5.16 AZN təşkil etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “fiziki şəxsin uçotu haqqında” şəhadətnamə; - Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-6172 reyestr nömrəsi ilə təsdiq edilmiş **********172 nömrəli ərizə; - xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış; - xx.xx.2022-ci il tarixli, A 822769 nörməli “Torpaq sahəsinin planı və ölçüsü”; - iddiaçının **********17201-197 nömrəli müraciəti; - müvafiq tarix və nömrəli ödəniş qəbzləri; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-900/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu; - cavabdeh tərəfindən məhkəməyə elektron qaydada təqdim edilmiş sənədlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Aparılan araşdırma zamanı ailənin maddi-məişət şəraiti müayinə edilmiş, məlumatları yoxlanılmış, iddiaçı və ailə üzvlərinin pay – kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması da müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdən 1 il müddətinə iddiaçı və ailə üzvlərinə 428,22 manat məbləğində ünvanlı sosial yardım təyin edilsə də, həmin məbləğ xx.xx.2025-ci il tarixədək ödənilmişdir. Cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığı əsası ilə ünvanlı sosial yardımın ödənilməsini dayandırmışdır. Hazırda iddiaçı cavabdehin həmin hərəkətini mübahisələndirir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun: - 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; - 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; - 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. - 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1.3-cü maddəsinə əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: - 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.22 yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. - 5.14-cü bəndinə əsasən, Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Cavabdehin etirazının əsaslarını təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin bu arqumentini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixdən sonrakı dövrlə müqayisədə iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, hazırkı gündə də, inzibati icraat zamanı da iddiaçı və ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcud olmuşdur. Göründüyü kimi, cavabdehin istinad etdiyi arqumentlər əsassızdır və həmin hallar adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İş materialları ilə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt qərar qəbul edilməsi müəyyən olunmur, ona yalnız bildirişlə cavab verilmişdir. Həmçinin, qeyd edilən bildiriş “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Eyni zamanda, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-303/2022 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-2627/2024 nömrəli qərarında da MDSS ödənişinin olmamasının ünvanlı sosial yardımın təyin edilməsindən imtina əsası olmaması kimi oxşar mövqe əks etdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın dayandırılması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımın bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı sosial yardımın bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərar onun tam formada rəsmi təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2988/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2988/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver