Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2995/2025 01.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbayan Respublikası Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Hüseynov Nurəli Əvəz qızının sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar Hissəsinə qarşı mənzil kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-4357/2-194/2024 nömrəli arayışından məlum olur ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə, olmuşdur və 3-cü Ordu Korpusu komandirinin 053əç nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən N saylı hərbi hissədən ehtiyata buraxılmışdır.
2. Şəmkir şəhər Mənzil İstismar Kontorunun xx.xx.2025-ci il tarixli 13 nömrəli arayışından məlum olur ki, Şəmkir şəhər Mənzil İstismar Kontorunun ərazisində Əliyev X1 aid heç bir mənzil yoxdur.
3. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı Gəncə rayon Mənzil- İstismar Hissəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2025-ci il tarixli 194 nömrəli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən yaşayış sahəsi ilə ilk növbədə növbəlilik qrafiki üzrə zabit, gizir heyəti təmin edilirlər. Onun mənzil növbəsi çatmadığına görə yaşadığı mənzilin sənədləşdirilməsi Gəncə rayon Mənzil İstismar hissəsinin səlahiyyətləri xaricindədir.
4. Gəncə rayon Mənzil İstismar Hissəsi 3 №-li Mənzil İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 20 nömrəli arayışına əsasən İddiaçı ailə üzvləri-1995-ci il təvəllüdlü X4, 2014-cü il təvəllüdlü X2 və 2019-cu il təvəllüdlü X3ilə birlikdə Şəmkir şəhəri hərbi şəhərcik Dos-2, mənzil-39 ünvanında qeydiyyatsız yaşayır, mənzil kommunal xidmətlərini vaxtı vaxtında ödəyir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Gəncə rayon Mənzil-İstismar Hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır. Mənzil 1(bir) otaqlı olmaqla 18,0 kv.m yaşayış sahəsindən ibarətdir. O, ailə üzvləri ilə birikdə uzun müddətdir bu mənzildə yaşamışdır. xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2014-cü il tarixdən ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qəbul olunmuş və 2020-ci ilədək MAHHXHQ vəzifəsində xidmət etmişdir. Xidmət müddəti ərzində ordu üçün əhəmiyyətli hesab olunan mövqelərdə xidmətini apardığından evinə uzun müddətli gələ bilməmiş, bu səbəbdən də ailə üzvləri yaşadığı mənzili qanunla müəyyən olunmuş qaydada sənədləşdirməmişdir. Yeni qurduğu ailəsindən 2 övladı da həmin ünvanda anadan olub, hal-hazırda həmin mənzildə yaşayırlar və bütün komunnal xərcləri vaxtlı-vaxtında ödəmişdir. Sözügedən mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması və mənzilə şəxsi hesab vərəqəsinin açılması üçün aidiyyatı üzrə Gəncə rayon Mənzil-İstismar hissəsinə şifahi və yazılı müraciətlər etmiş, lakin Gəncə rayon MİH tərəfindən imtina edilərək ona bildirilmişdir ki, mövcud qanunvericiliyə görə hərbi qulluqçular üçün nəzərdə tutulmuş evlərlə ilk növbədə növbəlilik qrafiki nəzərə alınmaqla zabit və gizir heyəti təmin olunurlar, onun isə xidmət etdiyi müddət ərzində mənzilin sənədləşdirilməsi lazım olduğunu bildirərək hal-hazırda mülki şəxs olduğundan ona kömək etmək səlahiyyətləri xaricindədir. Bu barədə Gəncə rayon MİH-nin rəsmi məktubu da vardır. Əlavə olaraq bildirmişdir ki, yaşadığı müddət ərzində xidməti mənzillər üçün nəzərdə tutulmuş öhdəlikləri, yəni yaşayış sahəsi üzrə və kommunal xidmətlərə görə yaşadığı mənzilin qorunub saxlanılmasına görə hər ay bu günə qədər yerinə yetirmişdir.
III.İddianın növü və mümkünlüyü
6. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
7. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
8. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı Gəncə rayon Mənzil-İstismar Hissəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2025-ci il tarixli imtina məktubu müraciətdən imtina etmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə, 30 günlük müddətə riayət etmişdir.
10. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
15. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
17. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-4357/2-194/2024 nömrəli arayışı; - Şəmkir şəhər Mənzil İstismar Kontorunun xx.xx.2025-ci il tarixli 13 nömrəli arayışı; - xx.xx.2025-ci il tarixli 194 nömrəli cavab məktubu; - Gəncə rayon Mənzil İstismar Hissəsi 3 №-li Mənzil İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 20 nömrəli arayışı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
19. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması məsələsinə baxılmasını tələb etsə də, cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olaraq yaşayış sahəsi ilə ilk növbədə zabit, gizir heyətinin təmin edildiyini, iddiaçının isə mənzil növbəsi çatmadığını əsas gətirərək onun ərizəsinin təmin edilməsindən imtina etməsi barədə məktubla cavab verməklə kifayətlənmişdir.
20. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 12.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Maddə 21.5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
22. Qeyd olunan normanın məzmunundan aydın olur ki, hərbi qulluqçuya dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir.
23. İş materialları ilə də təsdiq olunur ki, iddiaçı uzun müddətdir ki, sözügedən mənzildə yaşayır.
24. Mövcud mənzil qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.
26. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Bu Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 28. Fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. Maddə 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: Maddə 61.1. Yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
27. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan yaşayış sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir.
28. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nurəli Hüseynov