Məhkəmə qərarları › İş №2-1(114)-3/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 1686,41 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********184 nömrəli, 2903,4 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********188 nömrəli, 954,47 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********186 nömrəli, 6367,14 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********178 nömrəli, 1014,60 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********190 nömrəli, 5232,95 manat maliyyə sanskiyası barədə xx.xx.2020-ci il tarixli, **********180 nömrəli, 1260,27 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********182 nömrəli və 2118,9 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********684 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasının xahiş etmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia “1686,41 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9184 nömrəli, 2903,4 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9186 nömrəli, 954,47 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9188 nömrəli, 6367,14 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9178 nömrəli, 1014,60 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9190 nömrəli, 5232,95 manat maliyyə sanskiyası barədə xx.xx.2020-ci il tarixli, **********9180 nömrəli, 1260,27 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9182 nömrəli və 2118,9 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9684 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Baş İdarəsi iddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi obyektlərdə qərəzli opretiv vergi nəzarəti yoxlamaları həyata keçirilmiş və yoxlamalar nəticəsində qanunvericiliyə zidd ekspertizalar keçirməklə aktlar tərtib etmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlar qəbul etməklə hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Gəncə şəhərində olan altı ayrı-ayrı ixtisaslaşdırılmış ticarət obyektində satılan eynəklərin və onun hissələrinin nağd pul hesablaşmalarının aparılması, anbar qalığının müəyyən edilməsi üçün operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarlar çıxarılmış və həmin qərarlar əsasında əsassız və qərəzli yoxlamalar keçirilərək operativ vergi nəzarətinin nəticələri haqqında qeyri-obyektiv aktlar tərtib edilmiş, həmin vergi yoxlamaları zamanı iddiaçının təqdim etdiyi və AVİS sistemində yerləşdirilmiş elektron qaimələr nəzərə alınmadan guya aktlarda göstərilən ünvanlarda müəyyən edilmiş malların mədaxil edilməməsi müəyyən edilərək həmin malların qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmnəklə ekspertizalar təyin edilmiş, ekspert tərəfindən mənə məxsus olan qeyd edilən malların elektron qaimələrdə olan qiymətlərindən dəfələrlə yüksək olan qiymətlər müəyyən edilməklə hər bir akt üzrə müəyyən olunmuş malların dəyərinin 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, Xırdalan şəhərində olan eynək satışı obyektində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin və Mingəçevir şəhərindəki ticarət obyektində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş eyni yoxlamalar əsasında toplanmış materiallar əsasında əsassız qərarlar qəbul etməklə hüquqları pozulmuşdur. 1. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli VN seriyalı 001644 saylı akt üzrə Gəncə şəhəri, Ş.İ.Xətai və O.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən "Optik House" mağazasında iddiaçının qaimə ilə alaraq elektron qaydada mədaxil etdiyi və ümumi dəyəri 961 qaiməsi olmayan mal olan 1621,6 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, həmin malların qiymətləndirilməsinə dair əsassız ekspert rəyi almaqla malların dəyərindən on dəfə artıq qiymət müəyyən etməklə guya qeyd edilən ünvanda ümumi dəyəri 16874 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə VM-nin 58.8.2-ci maddəsinə əsasən 1686,41 manat maliyyə sanksiyası tətbiq edilməsinə dair akt yazılmış, xx.xx.2020-ci il tarixli **********184 nömrəli qərarla 1686,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2. xx.xx.2019-cu il tarixli VN seriyalı 001648 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Eynək satışı" mağazasında qaimə ilə alaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 932,5 manat olan malların və qaiməsi olmayan mal olan 3886,8 manat dəyərində malları hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında on dəfə artıq qiymət müəyyən etməklə guya ümumi dəyəri 29034,0 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 2903,4 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3. xx.xx.2019-cu il tarixli VN seriyalı 001647 saylı akt üzrə ünvan 5-da yerləşən "Bim optik" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 549,5 manat olan malların və qaiməsi olmayan mal olan 1763,3 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında dəyərindən on dəfə artıq qiymət müəyyən etməklə 954,47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 4. xx.xx.2019-cu il tarixli VN seriyalı 001650 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev pr. 64A yerləşən "Bim optik" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 1876 manat olan malların və qaiməsi olmayan 7714 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında guya qeyd edilən ünvanda ümumi dəyəri 63671,40 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 6367,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 5. xx.xx.2019-cu il tarixli VN seriyalı 001651 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev pr. 87.2-də yerləşən "Optika"" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 688 manat olan malların və qaiməsi olmayan 1321,1 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında guya qeyd edilən ünvanda ümumi dəyəri 10145,9 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 1014,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 6. xx.xx.2019-cu il tarixli VN seriyalı 001653 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev pr. 149 ünvanda yerləşən "Bim optik" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 1370,5 manat olan malların və qaiməsi olmayan 12532,8 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi ilə guya qeyd edilən ünvanda ümumi dəyəri 52329,5 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 5232,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 7. xx.xx.2019-cu il tarixli VN seriyalı 003117 saylı akt əsasında Xırdalan şəhəri, H.Əliyev pr. 240 yerləşən "Optika" mağazasında olan malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, 424,5 manat dəyərində qaiməsi olan, 1673,5 manat dəyərində qaiməsi olmayan 2098 ədəd malların ekspert rəyi ilə ümumi dəyəri 12602,7 manat müəyyən edilməklə 1260,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 8. xx.xx.2019-cu il tarixli VN seriyalı 002740 saylı akt əsasında Mingəçevir şəhəri, H.Əliyev pr. 51 yerləşən mağazada olan malların hamısı, yəni 528,8 manat dəyərində qaiməsi olan, 2948 ,7 manat dəyərində qaiməsi olmayan ümumi dəyəri 3531,5 manat olan malları qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi ilə həmin malların ümumi dəyəri 21189 manat müəyyən edilməklə 2118,9 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin iddia ərizəsinəxx.xx.2020-ci il tarixli etirazında göstərilmişdir ki, idarənin **********0964 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0959 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0974 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0963 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0967 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0962 nömrəli, xx.xx.2019-cu il tarixli, 2 saylı Ərazi Vergilər Baş idarəsinin **********1207 nomrəli, xx.xx.2019-cu il tarixli və 11 saylı Ərazi Vergilər Baş idrəsinin **********1161 nömrəli, xx.xx.2019-cu il tarixli "Operativ vergi nəzarətinin veçirilməsi haqqında" Qərarlarına əsasən vergi ödəyicisi İddiaçı məxsus obyektlerdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektlərdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması müəyyən edilmiş, aşkar olunmuş malların alış sənədi olmadığına görə, həmin malların alış qiymətini müəyyən etmək mümkün olmamışdır. Həmin malların qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən ekspert dəvət olunmuşdur. 11 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə Gəncə şəhəri, H.Əliyev pr.; Gəncə şəhəri, H.Əliyev pr., 149; Gəncə şəhəri, H.Əliyev pr., 64A; Gəncə şəhəri, H.Əliyev pr., 87 2; Gəncə şəhəri, Nizami, 46; Gəncə şəhəri, Ş.İ.Xətai ilə Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanlarında aşkar olunan malların alış qiymətlərinin cəmi 181589,4 manat müəyyən olunmuş və Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 18158,96 manat məbləğində maliyyə sanksiyası tədbiq edilmişdir. 11 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda yerləşən "Optika" mağazasında aşkar olunmuş malların alış qiymətləri üzrə bazar giyməti cəmi 12602,7 manat müəyyən olunmuş və vergi ödəyicisinə 1260,27 manat məbləğində maliyyə sanksiyası tədbiq edilmişdir. Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada malların elektron qaimə-faktura və elektron vergi hesab-fakturası olmadan alındığı müəyyən edilmiş, "MBA LTD" qiymətləndirmə şirkətinin rəyinə əsasən alış sənədləri olmayan malların ümumi dəyəri 21189,04 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin əlavəsində mal qalığı göstərilməmişdir. 2018-ci il təqdim edilmiş elektron qaimələr üzrə 9355,46 mal alınmışdır. 2018-ci ilin 4-cü rübü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində 12753 manat mal qalığının olduğu göstərilmişdir. Vergi ödəyicisinin özünün təqdim etdiyini bəyannamə üzrə 3397,54 manat alış sənədləri olmayan malların olduğu görsənir. Vergi ödəyicisinin özü tərəfindən 2018-ci il üçün bəyan edilmiş dövriyyənin 28296,5 manat olduğunu nəzərə alsaq, vergi ödəyicisinin elektron qaimə ilə aldığı 9355,46 manat məbləğində maldan daha çox mal satışının olduğu qənaətinə gəlmək olar. Burdan bu nəticəyə gəlmək olar ki, 2019-cu ilə keçirilmiş 12753 manat dəyərində olan mal qalığının formalaşmasında həmin 9355,46 manat mal tam olaraq iştirak edə bilməz. Hətta həmin 12753 manat dəyərində olan mal qalığının tərkibinde vergi ödeyicisinin elektron qalmə ile aldığı 9355,46 manat malın hamısının olduğu qəbul edilsə, vergi ödəyicisi tərəfindən də 2019-cu ilin operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2019-cu il tarixinə qədər elektron qaimə ilə alınmış malların ümumi dəyərinin 7055 manat olduğu nəzərə alınsa, vergi ödəyicisinin mağazalarında operativ vergi nəzarətinin keçirildiyi tarixə müvafiq sənədlə təsdiqlənən 16410,46 manat məbləğində malı olmalı idi. Vergi odəyicisinin özünün bəyan etdiyi- 2019-cu ilin 1-ci, 2-ci, 3-cü rüblərinin və 4-cü rübün oktyabr, noyabr aylarının cəmində 24181,40 manat dövriyyəsinin olduğu nəzərə alınsa, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların əksinə olaraq vergi orqanına təqdim etdiyi qaimələrdəki malların qeyd edilən tarixə qədər satıldığını görmək olar. Digər tərəfdən iddiaçı iddia ərizəsində operativ vergi nəzarətinin keçirildiyi tarixdə qaimə əsasında alınmış 6450 manat, qaiməsi olmayan 28763 manat malın olduğunu qeyd etmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayında dövriyyəsinin 1869 manat olduğunu göstərmişdir. Yuxarıda qeyd edilən xüsusatlar onu göstərir ki, vergi ödəyicisinin təqdim etdiyi elektron qaimələri vergi orqanı qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinin 11 dekabr 2019-cu il tarixli ekspert rəyinin 5-ci hissəsində qeyd edilir: "Qərarda qoyulan sualı cavablandırmaq məqsədi ilə ekspert "Baş İdarə"nin yoxlama prosesində iştirak edən əməkdaşlarının iştirakı ilə İddiaçı fəaliyyət göstərdiyi ünvanlarda yerləşən mağazalara baxış keçirilmişdir. Mağazada satılan mallara baxış keçirilən zaman müəyyən edilmişdir ki, mağazada optika mallarının satışı həyata keçirilir. Satışda olan malların adları, qiymətləri "Baş İdarə" tərəfindən ekspertə təqdim edilmiş mağazada mal qalığı barədə məlumatlarla eynidir. Yuxarıda qeyd olunanları və yoxlanılan sahibkar və ya onun nümayəndəsi tərəfindən ekspertə mağazada satılan mallara aid heç bir sənəd, o cümlədən gömrük rəsmiləşdirilməsi haqqında sənədlər (gömrük bəyannamələri) təqdim edilmədiyi üçün ekspert mağazada satılan malların alış qiymətlərini respublikada mövcud olan topdansatış qiymətləri kimi müəyyən etmişdir". İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməmiş, həmçinin ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 001644 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Gəncə şəhəri, Ş.İ.Xətai və O.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada malların dəyəri 16864,1 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9184 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 1686,41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 001647 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında ünvan 5 ünvanda yerləşən mağazada malların dəyəri 9544,7 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9188 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 954,47 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 001648 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Eynək satışı" mağazasında malların dəyəri 29034,0 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9186 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 2903,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 001653 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada malların dəyəri 52329,5 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9180 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 5232,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 001651 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada malların dəyəri 10145,90 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9190 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 1014,59 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 001650 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada malların dəyəri 63671,40 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9178 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 6367,14 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 003117 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada malların dəyəri 12602,70 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9182 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 1260,27 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 002740 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, « Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyanaməsi əsasında alınmayan malın məbləği » qrafasında Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada malların dəyəri 21189,0 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9684 saylı qərarından görünür ki, qeyd olunan akt əsasında vergi ödəyicisi İddiaçı 2118,90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1027 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Ş.İ.Xətai və O.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada qaiməsiz malların dəyəri 1539,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazada qaiməsiz malların dəyəri 3922,40 manat, ünvan 5 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1647,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 7714.0 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1480,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 12532,80 manat, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1673,50 manat, Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1447,20 manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9184 nömrəli qərarı ilə 1686,41 manat, xx.xx.2020-ci il tarixli, **********9186 nömrəli qərarı ilə 2903,4 manat, xx.xx.2020-ci il tarixli, **********9188 nömrəli qərarı ilə 954,47 manat, xx.xx.2020-ci il tarixli, **********9178 nömrəli qərarı ilə 6367,14 manat, xx.xx.2020-ci il tarixli, **********9190 nömrəli qərarı ilə 1014,60 manat, xx.xx.2020-ci il tarixli, **********9180 nömrəli qərarı ilə 5232,95 manat, xx.xx.2020-ci il tarixli, **********9182 nömrəli qərarı ilə 1260,27 manat, xx.xx.2020-ci il tarixli, **********9684 nömrəli qərarı ilə 2118,9 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş qeyd edilən qərarların qanuniliyinin yoxlanılmasıdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -23.1.1 maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ var. -58.8 maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda; -58.8.2 maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Beləliklə məhkəmə araşdırma nəticəsində aşağıdakı qənaətə gəlir: -001644 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Ş.İ.Xətai və O.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada malların dəyəri 16864,1 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9184 saylı qərar əsasında 1686,41 manat maliyyə sanksiyası tətbiq edilsə də xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə həmin maların dəyəri 1539,10 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 153,91 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -001647 nömrəli, xx.xx.2019-cu il tarixli aktla ünvan 5 ünvanda yerləşən mağazada malların dəyəri 9544,7 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9188 saylı qərarla 954,47 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 1647,10 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 164,71 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -001648 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Eynək satışı" mağazasında malların dəyəri 29034,0 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9186 saylı qərarla 2903,40 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 3922,40 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 392,24 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -001653 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada malların dəyəri 52329,5 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9180 saylı qərarla 5232,95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 12532,80 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 1253,28 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -001651 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada malların dəyəri 10145,90 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9190 saylı qərarla 1014,59 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 1480,10 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 148 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -001650 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada malların dəyəri 63671,40 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9178 saylı qərarla 6367,14 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 7714,0 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 771,40 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -003117 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada malların dəyəri 12602,70 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9182 saylı qərarla 1260,27 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 1673,50 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 167,35 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. -002740 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada malların dəyəri 21189,0 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9684 saylı qərarla 2118,90 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin maların dəyəri 1447,20 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 144,72 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmçinin qeyd olunur ki, iddiaçıya vergi orqanı tərəfindən mübahisələndirilən 8 qərar əsasında cəmi 21.541,13 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyinə əsasən məhkəmənin gəldiyi qənaətə görə həmin məbləğin 3.195,61 manat hissəsi əsaslı sayıldığından iş üzrə 350 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Yəni, 3.195,61 manat 21.541,13 manat məbləğin 14,8 faizini təşkil etdiyindən 350 manat məhkəmə xərcinin 52 manat hissəsi iddiaçıdan, qalan hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9184 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 153,91 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9188 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 164,71 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9186 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 392,24 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9180 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 1253,28 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9190 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 148 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9178 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 771,40 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9182 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 167,35 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9684 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 144,72 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsindən 298,0 manat, İddiaçı 52,0 manat ekspertiza xərci tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar