Məhkəmə qərarları › İş №2-1(114)-30/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-30/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-30/2021 11.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlunun iştirakı ilə, İddiaçı «X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli **********185051 nömrəli «Səyyar vergi yoxlaması aktı»nın tərtib edildiyi andan etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli **********189885 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar»ın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı «X8» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli **********185051 nömrəli «Səyyar vergi yoxlaması aktı»nın tərtib edildiyi andan etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli **********189885 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar»ın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixində qeydiyyatdan keçərək ********** saylı VÖEN almışdır. Müəssisə yerli fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının xarici dövlətlərə ixrac edilməsində vasitəçilik fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti yerli fermerlərlə bağlanmış “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə Müqavilə”lər əsasında həyata keçirir. Həmin məhsullar yerli fermerlərlə iddiaçı arasında imzalanmış “Malların təhvil verilməsi barədə Akt”lara əsasən onlar tərəfindən haqqı ödənilmədən iddiaçıya təhvil verilir və müəssisə öz adından müqavilələrdə şərtləndirilmiş qaydada ixrac əməliyyatlarını həyata keçirir. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********168084 saylı qərarına əsasən İdarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X5 tərəfindən ödəmə mənbəyində tutulan vergi üzrə 1-ci rüb 2017-ci - 3-cü rüb 2018-ci illər, sadələşdirilmiş vergi üzrə 1-ci rüb 2017-ci - 3-cü rüb 2017-ci illər, avqust 2017-ci - sentyabr 2018-ci illəri əhatə etməklə ƏDV, 2017-ci il üzrə mənfəət Vergisi, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin vergi yoxlamasının nəticəsi olaraq cavabdeh vergi orqanı tərəfindən xx xxxxxx 2019-cu il tarixli **********185051 nömrəli “Səyyar vergi yoxlaması Aktı” tərtib edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixində cavabdeh qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında özünün **********189885 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”-nı qəbul etmiş, mübahisələndirilən 1597736.48 manat həcmində vergi məbləğlərini və onlara hesablanmış maliyyə sanksiyalarını iddiaçının “Şəxsi hesab vərəqəsi”nə işləmişdir. Mübahisələndirilən “Səyyar vergi yoxlaması aktı” qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”-ı qanuna ziddir. Belə ki, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti ilə əlaqədar bütün sənədlər, o cümlədən yoxlama ilə əhatə olunan 2017-ci maliyyə ili ərzində 178 nəfər yerli fermerlərin istehsal etdiyi meyvə və tərəvəzlərin müəyyən haqq müqabilində müəssisənin vasitəçiliyi ilə Rusiya Federasiyasına ixrac edildiyini sübut edən müqavilələr müəssisə tərəfindən yoxlayıcıya təqdim edildiyi halda cavabdeh buna əhəmiyyət verməmiş və qanunsuz olaraq yoxlamanın əhatə etdiyi dövrdə müəssisənin əldə etdiyi mənfəəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə 55 nömrəli Qərarına əsasən hesablamışdır. Daha sonra cavabdeh həmin hesablanmış mənfəətə əsasən səhv olaraq müəssisəyə külli miqdarda “Mənfəət vergisi” hesablamışdır. Cavabdeh gəldiyi nəticəni əsaslandırmaq üçün 46 nəfərdən müəssisə ilə əlaqələri barədə izahatlar almış, izahatlarda fermerlərin bir hissəsi onlara mal satmadıqlarını, yalnız müəyyən haqq müqabilində müəssisənin vasitəçiliyi ilə Rusiya Federasiyasına öz istehsal etdikləri məhsulları göndərdiklərini göstərmişlər. Digər tərəfdən müəssisəni tanımadıqlarını və onun vasitəsilə heç bir xarici dövlətlərə mal göndərmədiklərinə dair izahatlar vermiş 26 nəfər şəxslərlə ümumiyyətlə müəssisənin heç bir əlaqəsi olmamışdır. Cavabdehin tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı”-nın 1.8. bəndində “Səyyar vergi yoxlaması zamanı kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı alış aktlarında adı qeyd edilmiş şəxslər tərəfindən təqdim edilmiş izahatlarda onlar tərəfindən iddiaçıya kənd təsərrüfatı məhsullarının satılmadığını, yalnız cəmiyyətin vasitəçiliyi ilə xaricə göndərildiyi qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən ixrac olunmuş malların alışını və emal edilməsini təsdiq edən sənədlərin olmadığı müəyyən edilərək 55 saylı Qərarı müəssisəyə qarşı tətbiq etmişdir. Yerli fermerlərlə bağlanmış “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə Müqavilə”lərə əasən müəyyən muzdun müqabilində onların istehsal etdikləri kənd təsərrüfatı məhsulları iddiaçı tərəfindən Rusiya Federasiyasına ixrac edilmişdir. Yəni müəssisənin yoxlamanın əhatə etdiyi dövr üzrə ümumi dövriyyəsi və həmin dövriyyənin 0,3% həcmində mənfəət əldə etdiyi məlum olduğu halda cavabdeh vergi orqanı bu tipli əməliyyatlara düzgün qiymət verməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri nəzərə almamış və yoxlamanın əhatə etdiyi dövr üzrə vergilərin dolayı yolla hesablanması məqsədiylə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 saylı Qərarını səhv olaraq müəssisəyə qarşı tətbiq etmiş və iddiaçıya külli miqdarda vergi məbləğləri hesablamışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə yazılı çıxışını təqdim edib, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər idarəsinin 06.11,2018-ci il tarixli, **********168084 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə “X8" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. İddiaçı qeyd edir ki, Aktın 1.8-ci bəndində “səyyar vergi yoxlaması zamanı kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı alış aktlarında adı qeyd edilmiş şəxslər tərəfindən təqdim edilmiş izahatlarda onlar tərəfindən fərdi sahibkar X1 təsərrüfatı məhsullarının satılmadığını, yalnız fərdi sahibkarın vasitəçiliyi ilə xaricə göndərildiyi qeyd edilmişdir. Bununla da səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə fərdi sahibkar tərəfindən ixrac olunmuş malların alışını və emal edilməsini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir” kimi ziddiyətli fikir irəli sürmüş və məhz buna görə də yoxlamanın əhatə etdiyi dövr üzrə vergilərin hesablanması məqsədilə AR NK-nin xx xxxx 2001-ci il tarixli, 55 saylı Qərarını onun fəaliyyətinə qarşı tətbiq etmişdir. İddiaçı yuxarıda qeyd edilənləri yazarkən təhrif edilmiş iddia irəli sürülmüşdür, belə ki, Aktın 1.8-ci bəndində alış aktlarında adları qeyd edilən şəxslərin dəvət olunaraq izhatlarının alındığı, həmin şəxslərin bəziləri “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı məhsulları təhvil vermədiyini, həmin şəxsi tanımadıqlarını, heç bir sənədə imza etmədiklərini və həmin fərdi sahibkarla heç bir qarşılıqlı əlaqəsinin olmadığını bildirmişdir. Eyni zamanda səyyar vergi yoxlaması zamanı kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı alış aktlarında adı qeyd edilmiş digər şəxslər tərəfindən təqdim edilmiş izahatlarda onlar tərəfindən cəmiyyətə qeyd edilən kənd təsərrüfatı məhsullarının təhvil verilmədiyini (satılmadığını) yalnız cəmiyyətin vasitəçiliyi ilə xaricə göndərildiyi qeyd edilmişdir. Bununla da səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan dövrdə fərdi sahibkar tərəfindən ixrac olunmuş malların tədarükü ilə bağlı alış aktlarında adları qeyd edilən şəxslər tərəfindən təqdim edilmiş izahatlara əsasən həmin malların alışını və emal edilməsini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə müəyyən edilmiş 5740927,70 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 1148185,54 manat (5740927,70 x 20,0 % = 1148185,54) mənfəət vergisi hesablamış və nəticədə cəmiyyət tərəfindən 2017-cı il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1078182,65 manat (1148185,54 – 70002,89 = 1078182,65) büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlu etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2019-cu il tarixli **********185051 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında aktı, xx.xx.2019-cu il tarixli **********189885 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixli müqavilələr, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/64 nömrəli rəyi, cavabdehin xx.xx.2021-ci il tarixli **********688300 nömrəli mülahizəsi və xx.xx.2019-cu il tarixli **********335200 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, «X8» Məhdud Məsuliyyətli Cəmiyyəti əsas fəaliyyət növü yerli fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının xarici dövlətlərə ixrac edilməsində vasitəçilik fəaliyyəti «meyvə və tərəvəzin topdan satışı» olan, ********** Vergi Ödəyicilərinin Eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçən müəssisədir. xx.xx.2018-ci il tarixli **********168084 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. İş materiallarına əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********185051 nömrəli aktından görünür ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) nəticəsində 1078182.65 manat məbləğində mənfəət vergisinin və 150.20 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 1078332.85 manat vergilərin azaldılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********189885 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, «X8» Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixli müqavilələrdən görünür ki, «X8» Məhdud Məsuliyyətli Cəmiyyəti ayrı-ayrı vaxtlarda və tarixlərdə başqa-başqa şəxslərlə kənd təsərrüfatı məhsullarının xarici bazarda satışının təşkili ilə əlaqədar müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/905 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi fiziki şəxs X2 fəaliyyəti üzrə hesablanmış gəlir vergi borcu məbləğinin düzgünlüyünün müəyyən edilməsi üçün yuxarıda göstərildiyi kimi, iş materiallarında mühasibat sənədləri (gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri) tam olaraq öz əksini tapmamışdır. Ekspertiza təyini haqqında qərarda qeyd edilənlər, (o cümlədən vəsatətə cavab olaraq təqdim edilmiş məktubda qeyd edilənlər), eyni zamanda istintaq orqanı tərəfindən müəssisənin xərc sənədlərinin olmadığı nəzərə alındığı halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 №li, xx.xx.2003-ci il tarixli 42 nömrəli qərarları əsas götürülməklə fiziki şəxs X4 tərəfindən 2015-2017-ci illər üzrə 3122727.27 manat fiziki şəxsin gəlir vergisi az və 2015ci ilin iyun – 2016-cı ilin iyun ayları üzrə 12971.04 manat əlavə dəyər vergisi artıq olmaqla, ümumilikdə 3109756.23 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablandığı müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/64 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, cinayət işi üzrə ekspertiza tədqiqatına iş materialları və ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli məktublara əlavə edilmiş sənədlərlə kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə müqavilələr, həmin müqavilələrin tərkib hissəsi olan malların təhvil verilməsi barədə aktlar (1 saylı əlavələr), kassa məxaric orderləri, yük gömrük bəyannamələri və s. sənədlər təqdim edilmişdir. Ekspertizaya təqdim edilmiş yuxarıda qeyd edilən mövcud sənədlər əsasında «X8» MMC tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi aşağıdakı kimi hesablanır. Kənd təsərrüfatı məhsullarının ixracı üzrə xidmətlərin göstərilməsi barədə müqavilələrin 1.1, 4.2 bəndlərinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən xalis gəliri (34445566.21 x 0.3%) 103336.70 manat; Mənfəət vergisi 20% dərəcə ilə (103336.70 x 20%) 20667.34 manat; Yəni tədqiqatla bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, «X8» MMC tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il, mənfəət vergisi üzrə dövlət büdcəsinə yaranmış öhdəliyinin məbləği 20667.34 manat müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək. və.s. İş materialları ilə müəyyən olunur ki, «X8» MMC-nin şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilməmiş 6199,63 manat vergi borcu vardır. Həmin vergi borcu iddiaçı tərəfindən icra olunmamış, yerinə yetirilməmiş vergi öhdəliyidir. Vergi qanunvericiliyinə əsasən vergiləri, o cümlədən cari vergi ödəmələrini, hesablanmış faizləri və tətbiq edilmiş faizləri ödəmək vergi ödəyicisinin vergi öhdəliyini təşkil edir. İddiaçının şəxsi hesab vərəqəsi üzrə əks olunmuş 6199,63 manat vergi borcunun tərkibi və əsası aşağıdakı kimi müəyyən edilmişdir: -Əsas vergi borcu üzrə: 3092.71 manat 1) gəlir vergisi 2016-cı ilin 2-ci rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 2) gəlir vergisi 2016-cı ilin 3-cü rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 3) gəlir vergisi 2016-cı ilin 4-cü rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 4) ƏDV 2016-cı ilin aprel ayı-135.08 manat (kameral qaydada vergi hesablanmışdır); 5) ƏDV 2016-cı ilin sentyabr ayı-762.71 manat (cari bəyənnaməyə əsasən); 6) ƏDV 2016-cı ilin dekabr ayı-457.63 manat (cari bəyənnaməyə əsasən); 7) ƏDV 2017-ci ilin fevral ayı-762.71 manat (cari bəyənnaməyə əsasən); -Təqdim edilməmiş bəyənnamələrə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə -150 manat, -Faiz borcu- 2956.92 manat. - 36.1-ci maddəsində qeyd olunur ki, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. xx xxxxxx 2015-ci il tarixdən qüvvədə minən Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 2-ci maddəsində qeyd olunur ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndində qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın yoxlaması qanunun tələbinə uyğun olmuşdur. Belə ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq sahəsində vergi yoxlaması aparmaq səlahiyyətinə malik olmuş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamanın həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərini əsaslı sayaraq qeyd edir ki, alış aktlarında adları qeyd olunmuş şəxslər dəvət olunaraq onlardan izahat alınan zaman həmin şəxslərin bəzilərinin “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı məhsulları təhvil vermədiyini, həmin şəxsi tanımadıqlarını, heç bir sənədə imza etmədiklərini və həmin fərdi sahibkarla heç bir qarşılıqlı əlaqələrinin olmadığını bildirmələrinə, eyni zamanda səyyar vergi yoxlaması zamanı kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı alış aktlarında adı qeyd edilmiş digər şəxslər tərəfindən təqdim edilmiş izahatlarda onlar tərəfindən cəmiyyətə qeyd edilən kənd təsərrüfatı məhsullarının təhvil verilmədiyini (satılmadığını) yalnız cəmiyyətin vasitəçiliyi ilə xaricə göndərildiyini qeyd etmələrinə tənqidi yanaşaraq səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan dövrdə fərdi sahibkar tərəfindən ixrac olunmuş malların tədarükü ilə bağlı alış aktlarında adları qeyd edilən şəxslər tərəfindən təqdim edilmiş izahatlara əsasən cavabdeh tərəfindən iddiaçının barəsində qəbul edilmiş qərar əsaslı olmuşdur. Göründüyü kimi cavabdehin qərarı əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza rəyinin verilməsinə dair çəkilən 100.0 (bir yüz) manat xərc iddiaçıya aid edilməlidir (İPM-in 110.1-ci maddəsi). İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı «X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli **********185051 nömrəli «Səyyar vergi yoxlaması aktı»nın tərtib edildiyi andan etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli **********189885 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar»ın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı «X8» Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, САП(ХИИС) щесабы, Дювлят хязинадарлыьы аэентлийи, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** нюмряли hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar