Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-300/2024 16.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli N36 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.N99N-ci ildə Göygöl rayonun Balçılı kəndində anadan olmuşdur. İddiaçı xx.xx.20N4-cü il tarixdən N nömrəli hərbi hissədə motoatıcı taqımın sürücüsü vəzifəsində xidmət edir (xx.xx.202N-ci il tarixdən N72N-ci motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının sürücüsü vəzifəsində). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli sərəncamı ilə iddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2N aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisi-tabor komandirinin müavinə təhkim edilmiş avtomat silahın vətəndaş X6 tərəfindən Kəlbəcər rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilməsi faktı ilə bağlı X9 şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh komandirinə təklif edilmişdir ki, əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232-ci maddəsinin tərkib əlamətləri olduğunu nəzərə alaraq, toplanmış sənədlərin aidiyyəti üzrə Kəlbəcər rayon prokurorluğuna göndərilsin, baş vermiş hadisə ilə əlaqədar aparılan araşdırma zamanı N nömrəli hərbi hissədə aşkar olunmuş qanun pozuntuları və cidd nöqsanlara görə təqsirkar şəxslər intizam icrasında cəzalandırılsın. Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, N36 nömrəli əmrinin 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsini 43-cü maddəsinin tələblərini pozaraq xidmət vaxtı spirtli içki qəbul etdiklərinə və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü yarımbəndinin tələblərinin kobud şəkildə pozulmasına yol verdiklərinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) iddiaçının ehtiyata buraxılması əmr edilmişdir. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması üçün təqdimat hazırlanmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, iddiaçı haqqında araşdırma aparılmış və Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, N36 nömrəli əmri ilə xidməti uyğunsuzluqla ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilmişdir. İddiaçı özünü sağlam hiss edir, hərbi həkim komissiyasına göndərilməsinə ehtiyac duyulmur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 033əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, N46 nömrəli əmrinə əsasən idiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbii xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Əmrin verilməsinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 033əç nömrəli əmr olmuşdur. N nömrəli hərbi hissənin komandiri Turac Hacıyev tərəfindən verilmiş (imzalanmış və möhürlü) nömrəsiz və tarixsiz arayışında qeyd olunur ki, iddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli N36 nömrəli əmri ilə ehtiyata buraxılarkən onunla söhbətləşmə aparılmamışdır. Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, MP-3-3-25/2-2273/23 nömrəli məktuba əsasən Kəlbəcər hərbi prokurorluğunda X4 N nömrəli hərbi hissənin N-ci taborunun komandiri vəzifəsini icra edən - taborun qərargah rəisi, mayor X5 təhkim edilmiş "AKM" markalı "H37465" nömrəli avtomat silah və 30 ədəd döyüş sursatı ilə birlikdə N ədəd sursat darağını icazəsiz götürərək Kəlbəcər rayon polis şöbəsinə təqdim etməsi və X3 xidməti otağında ondan xəbərsiz sonuncunun videogörüntülərini çəkərək, «WhatsApp» mobil tətbiqi vasitəsilə polis aməkdaşlarına göndərməsi xüsusatları üzrə Ə.T.Qaraşovun barəsində, N nömrəli hərbi hissənin N-ci taborunun komandiri vəzifəsini icra edən - taborun qərargah rəisi, mayor X3 silahın və döyüş sursatının mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməməsi və N993-cü ildə Kəlbəcər rayonu erməni qəsbkarları tərəfindən isğal edildiyi vaxtdan meşələrə qaçaraq nəzarətsiz qalan sahibsiz iri buynuzlu mal-qaranı tutmaq niyyəti ilə xidməti ərazisi sayılan Kəlbəcər rayonunun Zar kəndində yerləşən N nömrəli hərbi hissənin N-ci taborun qərargahını tərk edərək N nömrəli hərbi hissənin xidməti ərazisinə, yəni Kəlbəcər rayonunun Bağırlı kəndinə getməsi xüsusatları üzrə E.T.Yolçuyevin barəsində, N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisi - tabor komandirinin müavini, mayor X3 N993-cü ildə Kəlbəcər rayonu erməni qəsbkarları tərəfindən işğal edildiyi vaxtdan meşələrə qaçaraq nəzarətsiz qalan sahibsiz iri buynuzlu mal-qaranı tutmaq barədə tapşırığı ilə xidməti ərazi sayılan Kəlbəcər rayonunun Zar kəndində yerləşən N nömrəli hərbi hissənin N-ci taborun qərargahını tərk edərək N nömrəli hərbi hissənin xidməti ərazisinə, yəni Kəlbəcər rayonunun Bağırlı kəndinə getmələri xüsusatı üzrə həmin taborun 3-cü bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş İsgəndərov Ümid llham oğlu və N-ci taborun maddi-texniki təminat tağımının, avtomobil manqasının baş sürücüsü, əsgər XN barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.N.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “N93 saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 033 əç nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul olunması”nı xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli N36 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi brədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- N(NN4)-3273/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.20N4-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul edilmiş və N saylı hərbi hissədə l-ci motoatıcı 3-cü bölük 3-cü tağmının sürücüsü nüddətdən artıq kiçik çavuş vəzifəsində çalışmışdır. Xidmət etdiyi 9 il ərzində daima xidmətini layiqincə yerinə yetirmiş, bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, əksinə bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medal və digər təltiflərlə təltif edilmişdir. 0N may 2023-cü il tarixdə xidmətdə olarakən ona bidirdilər ki, təxris olunmusan və hərbi komisarlığa getməlisən. İddiaçı təxris edilməsinin səbəbini soruşduqda bildirdilər ki, hərbi hissə komandirinin əmrinə əsasən "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "e" bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) xidmətdən azad olunmusan. İddiaçı hər hansı xidmətə uyğunsuzluq etmədiyi bildiyi üçün əmrin surətini tələb etmiş, lakin ona əmrin surətini verməmişlər. İddiaçının çoxsaylı müraciətlərindən sonra, nəhayət N5 may 2023-cü il tarixdə mənə N nömrəli Hərbi hissənin komandirinin N46 nömrəli əmrindən Çıxarış verdilər. Həmin əmrdən çıxarışda da hansı eldiyim əmələ görə xidməti uyğunsuzluğu olduğu göstərilməmiş, hansı səbəbdən təxris olunması qeyd edilməmişdir. Ona görə məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət edirəm. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi, eyni zamada vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, N24N4 nömrəli etirazını təqdim etmişdir. Etirazda işin halları qeyd edilmiş, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3,7,43-cü maddələrinə, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsi, “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4, N0.N-ci bəndlərinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən iddiaçı ilə söhbətləşmə aparılmamış, onun izahatı dinlənilməmişdir. Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-3-240/2-2043/24 nömrəli məktubunda bildirmişdir ki, iş materiallarında iddiaçı barəsində araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. İş materiallarına mübahisələndirilən inzibati icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən əmrin surətini məhkəmə prosesinin gedişində xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlərin araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisi-tabor komandirinin müavinə təhkim edilmiş avtomat silahın kənar şəxs - vətəndaş tərəfindən Kəlbəcər rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilməsi faktı ilə bağlı X9 şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, N36 nömrəli əmrinin 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsini 43-cü maddəsinin tələblərini pozaraq xidmət vaxtı spirtli içki qəbul etdiklərinə və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü yarımbəndinin tələblərinin kobud şəkildə pozulmasına yol verdiklərinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) iddiaçının ehtiyata buraxılması əmr edilmişdir. Həmin əmrin surəti müvafiq hərbi hissəyə göndərildikdən sonra xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması üçün təqdimat hazırlanmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 033əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, N36 nömrəli əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. Bu səbəbdən də inzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılmalı, mübahisələndirilən əmrin əsasları ilə bağlı araşdırma aparılmalı, həmin əsaslara hüquqi qiymət verilməlidir. Ehtiyata buraxılmanın əsasları və qaydası isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: -2-ci bəndinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir -N55-ci bəndində göstərilir ki, Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin N56 — N59-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin N56-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. -N56-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -N62-ci bəndində qeyd olunur ki, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -N63-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin N56-cı maddəsinin «ə» bəndi, N58-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və N56-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. -N68-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin N56 — N58-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 4N.0.6cı maddəsinə əsasən Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”n N0.N-ci yarımbəndinə əsasən Davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. Yuxarıda qeyd olunan normaların məzmununa görə ehtiyata buraxılmalı olan hərbi qulluqçu barəsində bilavasitə rəis tərəfindən raport təqdimat hazırlanır, bu zaman hərbi qulluqçu ilə birinci söhbət aparılır, daha sonra buraxılma haqqında təqdimat (raport) göndərilən zaman ikinci söhbət aparılır və bu barədə söhbət vərəqəsi tərtib edilir. Həmçinin, buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin N6N və N62-ci maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Belə ki, iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, iddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli N36 nömrəli əmri ilə ehtiyata buraxılarkən onunla söhbətləşmə aparılmamış, həmçinin əmrin qəbulu zamanı təqdimat və raport tərtib edilməmiş, şərəf məhkəməsi keçirilməmişdir. İşdəki N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş təqdimat isə əmrin verilməsindən N5 gün sonra (xx.xx.2023-cü il tarixdə) hazırlanmışdır. Bu isə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir. Eyni zamanda, Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, MP-3-3-25/2-2273/23 nömrəli məktubundan görünür ki, Kəlbəcər hərbi prokurorluğu tərəfindən mülki şəxs X4 N nömrəli hərbi hissənin N-ci taborunun komandiri vəzifəsini icra edən - taborun qərargah rəisi, mayor X5 təhkim edilmiş "AKM" markalı "H37465" nömrəli avtomat silah və 30 ədəd döyüş sursatı ilə birlikdə N ədəd sursat darağını icazəsiz götürərək Kəlbəcər rayon polis şöbəsinə təqdim etməsi və X3 xidməti otağında ondan xəbərsiz sonuncunun videogörüntülərini çəkərək, «WhatsApp» mobil tətbiqi vasitəsilə yayılması ilə bağlı araşdırma aparılmışdır. Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-3-240/2- 2043/24 nömrəli məktubunda bildirmişdir ki, iş materiallarında iddiaçı barəsində araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Cavabdeh isə bu araşdırma zamanı müəyyən edilmiş hallara əhəmiyyət verməyərək iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə qərar qəbul etmişdir. Beləliklə, iddiaçı barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.N-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli N36 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı N nömrəli hərbi hissənin N72N-ci motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının sürücüsü vəzifəsinə bərpa edilsin və işləmədiyi dövrlər üçün əmək haqqı ona ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-300/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-300/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver