Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3014/2025 01.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən torpaq sahələrinə aid **********09 və **********19 saylı çıxarışlarda X5 torpaq payının onların birinin adına rəsmiləşdirilməsi üçün cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət X17 Rayon şöbəsinə Şəmkir rayon məhkəməsinin 8(076)-136/2015 saylı qərardadına əsasən **********19 reyestr nömrəli 0.07 ha həyətyanı və **********09 reyestr nömrəli pay torpağında adı qeyd edilmiş X5 adının silinib məlum qərardada əsaslanaraq iddiaçıların xeyrinə imtina etməsinə görə adlarının qeyd edilməsindən imtina edilmişdir. Lakin onlar Daşınmaz Əmlakın Reyster xidmətinin bu cavabı ilə razilaşmadıqları üçün tələblərinin məhkəmə qaydasında həll olunmasına qərar vermişlər və hazırkı tələbləriylə məhkəməyə müraciyyət etməli olmuşlar.
3. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 nömrəli qərardadda 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən qeyd olunan uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X18 məhkəmə iclasında iştirak edib bildirdi ki, təmsil etdiyi inzibati orqanın imtinası əsaslı olmuş və məhkəməyə tərəflərindən təqdim edilən etirazdakı mövqeləri haqlıdır. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçılara və üçüncü şəxsə hazırlıq icraatı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
6. Məhkəmə icraatı iştirakçılarının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
7. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015-ci il tarixli “icra icraatına xitam verilməsi barədə” qərardadına əsasən, təqdimat təmin edilmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli, 2(076)-645/2007 saylı qətnaməsinə görə verilmiş icra sənədi üzrə icraatına xitam verilmişdir. Qərardadın “müəyyən etdi” hissəsinin 3-cü abzasında “hazırda borclu X14 ona ödəməli olduğu aliment borcunu və uşaqların yetkinlik yaşına qədər çatana kimi olan borcunu bircə nikahlarından doğulan İddiaçı2 xeyrinə DƏDRX-in xx.xx.2010-cu il tarixli, Seriya № ******* ilə mülkiyyətçisi olduğu fərdi yaşayış evindən və torpağın mülkiyyətçisi olduğu fərdi yaşayış evindən və torpağından mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan KOD 50401004, JH 1806B 1806C-də olan torpaq payından JH18-52 saylı pay torpağında olan mülkiyyət payından imtina etdiyinə görə o da bütünlüklə aliment tələbindən imtina edir. Bugünə qədər olan qalıq, nə də bugündən sonra X3 aliment tələb etmiyəcəkdir. Buna görə də ərizəni nəzərə alaraq, həmin iş üzrə icra icraatına xitam verilməsini xahiş etmişdir” qeyd edilmişdir.
8. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən cavabdehin xx.xx.2025-ci il tarixli, 3- 21-3-40/2-H-0004-8/25 nömrəli “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı” məktubuna əsasən, təqdim edilən xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 nömrəli qərardadda Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Ona görə də, qeyd olunan uyğunsuzluğu nəzərə alaraq sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün tərəflərindən mümkün olmamışdır.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən cavabdehin xx.xx.2025-ci il tarixli, 3- 21-3-40/2-N-0024-8/2025 nömrəli “torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı” İddiaçı2 nümayəndəsi İddiaçı1 verilmiş məktuba əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 8(076)-136/2015 nömrəli qərardadı Şəmkir şəhərində yerləşən 1.5520 ha və 0.07 ha torpaq sahələrindən X5 payına düşən hissənin İddiaçı2 adına keçirilərək çıxarışın verilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən də, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Şəmkir rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-541 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X5 adına verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan daşınmaz əmlak X14 tərəfindən X6 (onun əvəzinə İddiaçı1) mülkiyyətinə verilmişdir.
11. Şəmkir Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-159/1-540/2025 nömrəli məktuba əsasən, İddiaçı1 cavabdeh X9 qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-645/2007 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə dərhal icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya şöbəsində xx.xx.2007-ci il tarixdə göndərilmiş, qətnamə qanuni qüvvəsini xx.xx.2007-ci il tarixdə almışdır. Bundan başqa, tələbkar İddiaçı1 Şəmkir rayon İcra və Prabasiya şöbəsinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(076)-645/2007 saylı qətnaməsinin icraatına xitam verilməsinə dair ərizəsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 saylı qərardadı ilə təmin edilmişdir. Əlavə olaraq bildirilir ki, qərardad qanuni qüvvəsini xx.xx.2015-ci il tarixdə almışdır.
12. Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2958/2025 nömrəli məktuba əsasən, İcra və Probasiya şöbəsinin icraatında olmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(076)- 645/2007 saylı icra sənədinin icraatına xitam verilməsinə dair məhkəmənin xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 saylı qərardadının əsaslandırıcı hissəsində iş üzrə borclu X11 məxsus olmaqla Şəmkir Şəhərində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən, sonuncunun ona təyin olunmaqla yaranmış aliment borcunun əvəzində oğlu İddiaçı2 xeyrinə imtina etməsinə istinad olunduğu üçün iş üzrə icraata xitam verilmişdir.
13. Məhkəmə iclas zalında təqdim edilən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 0.07 ha torpaq sahəsi paylı mülkiyyət hüquqi əsasında İddiaçı1, X14 və X4 adına rəsmiləşdirilmişdir.
14. Məhkəmə iclas zalında təqdim edilən xx.xx.2022-ci il tarixli, **********19 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Şəmkir şəhərində yerləşən 0.07 ha torpaq sahəsinin hüquq sahibi İddiaçı1 Vahid qızıdır.
15. Məhkəmə iclas zalında təqdim edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 1.5520 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, X12, X7, X10, X15, X16, X14, X13 və X1 adına rəsmiləşdirilmişdir.
16. Məhkəmə iclas zalında təqdim edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 1.5520 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, X12, X10, X15, X16, X14 və X2 adına rəsmiləşdirilmişdir.
Əsaslandırıcı hissə:
17. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. - Tətbiq edilən hüquq:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
21. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
23. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
24. Hazırkı tələblə iddiaçılar məhkəməyə müraciət edərək bildirmişlər ki, **********19 və **********09 reyestr nömrəli çıxarışlarda adı qeyd olunan keçmiş əri X5 adının silinərək, onlardan birinin adının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişlər.
25. İlkin olaraq, Şəmkir rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-541 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, ƏMDK-ın yanına DƏDRX-ın 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X5 adına verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X14 tərəfindən oğlunun, yəni hazırkı iş üzrə iddiaçı X4 (onun əvəzinə İddiaçı1) mülkiyyətinə vermişdir.
26. Bundan sonra Şəmkir rayon İcra Bölməsi tərəfindən Şəmkir Rayon Məhkəməsinə təqdimat göndərilmiş, xx.xx.2007-ci il tarixli, 2(076)-645/2007 saylı icra sənədinə icra üzrə icraatına xitam verilməsini xahiş etmiş və təqdimatda qeyd edilmişdir ki, İddiaçı1 keçmiş əri X14 tərəfindən oğulları İddiaçı2 münasibətdə xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* seriya nömrəli fərdi yaşayış evi və torpağın mülkiyyətçisi olduğu fərdi yaşayış evindən və KOD 504010** JH ***6B 1806.C-də olan torpaq payından JH18- 52 saylı pay torpağında olan mülkiyyət payından imtina etdiyinə görə bütünlüklə aliment tələbindən imtina etmişdir.
27. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(076)-645/2007 saylı qətnaməsinə görə verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir.
28. Daha sonra İddiaçı1, ardınca isə məhkəmənin hüquqi yardımından sonra İddiaçı2 qeyd olunan hazırkı tələb ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin onlara cavab olaraq bildirilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 nömrəli qərardadda Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.
29. Məhkəmə hüquqi yardım məsələsi ilə bağlı onu da qeyd etmək istəyir ki, İddiaçı2 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni məhkəməyə təqdim etməsinə baxmayaraq, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən, yəni anası - İddiaçı1 tərəfindən imzalanmış, bu səbəbdən də ərizə məqbul sayılmayaraq inzibati məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir.
30. Məhkəmə iş üzrə icraat materiallarını, əldə edilən sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdeh orqanın mövqeyi hüquqi cəhətdən əsaslı olmuş və bu, iddiaçıların hüquqlarının pozulmasına gətirib çıxarmamışdır.
31. Belə ki, iddiaçılarnın iddia tələbini əsaslandırdıqları Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(076)-136/2015 nömrəli qərardadında torpaq sahələri üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınması qərara alınmamışdır. Qeyd edilən qərardadın məzmununda iddiaçılardan İddiaçı1 izahatı hissəsində üçüncü şəxsin fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarında İddiaçı2 xeyrinə imtina etdiyindən İddiaçı1 da üçüncü şəxsin ödəməli olduğu aliment borcundan imtina etmişdir. Aliment borcundan imtina edildiyindən məhkəmə tərəfindən yalnız Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(076)-645/2007 nömrəli qərarı üzrə verilmiş icra sənədinin icraatına xitam verilmişdir.
32. Həmçinin, iddiaçıların iddia tələbində qeyd etdikləri torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-541 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində qeyd edilən torpaq sahəsini ehtiva etmir.
33. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıların iddia etdiyi torpaq sahələrinin qeydiyyata alınması üçün ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu mövcud hüquqmüəyyənedici sənədlər olmadığından düzgün qeydiyyata almamışdır. Odur ki, cavabdeh inzibati orqanın hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən hüquqların iddiaçıların adına qeydiyyata alınmasından imtina ilə bağlı hərəkəti qanunvericiliyin tələbinə uyğun olmaqla, iddiaçıların hüquqlarını pozmamışdır.
34. Göründüyü kimi, cavabdeh inzibati orqan imtinası iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından hazırkı tələb üzrə mübahisə yoxdur.
35. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.
36. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov