Məhkəmə qərarları › İş №2-1(114)-3016/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3016/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3016/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə qarşı ödənilmiş müavinət məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə qarşı ödənilmiş müavinət məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “İslehsalatda bədbəxt hadisə haqqında” xx.xx.2021-ci il tarixli 01 nömrəli aktdan görünür ki, X11 xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yanıq xəsarəti almışdır.

2. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X3 bölməsinin sürücüsü X7 24 iyun 2021-ci il tarixdə saat 12:33 radələrində xəsarət alması ilə təhqiqat aktının 6-cı bəndinin “Əməyin Mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” hissəsində göstərilmişdir ki, komissiya Təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Təcili və X3 bölməsinin böyük mexaniki X1 cavabdehliyini, 4.2-ci bəndinə əsasən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Təcili və X3 bölməsinin sürücüsü X7 cavabdehliyini müəyyən etmişdir. X11 ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsdə uçota alınmışdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənlə görüşmüş və sosial hüquqlarını ona qanunvericiliyin tələblərinə müvafiq qaydada izah edilmişdir.

3. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin müdiriyyətinin müavinət təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli protokola əsasən X8 xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin edilməsi və ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna göndərilməsi qərara alınmışdır.

4. X8 aid SN00007 seriyalı 068965 nömrəli və SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************041817 və ********************74215 nömrəli haqq-hesab cədvəlləri Xəstəxana tərəfindən altsistemə daixl edilmiş və emal edilərək xx.xx.2021-ci il tarixdə sığortaolunanın "xxxx" ASC-nin Gəncə filialındakı **********0104 nömrəli hesabına 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət ödənilmiş, əlavə olaraq 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi ödənişə göndərilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-1-223/2025 nömrəli xidməti məktubunda bildirilmişdir ki, tərəflərindən xx.xx.2024-cü il tarixli 3-17-5/3-1-14058/2024 nömrəli xidməti məruzə ilə müraciət olunaraq baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində tərtib edilən aktlarda məsul şəxslərin cavabdehliyi (ehtiyatsızılığı, nəzarətsizliyi) anlayışının işəgötürənlərin (sığortaedənlərin) hadisənin baş verməsində təqsiri kimi qiymətləndirilib-qiymətləndirilməməsinə dair Nazirliyin Aparatının Hüquq və Əmək şöbələri tərəfindən rəy verilməsi xahiş olunmuşdur. Nazirliyin Aparatının Əmək siyasəti şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17/3-1-25517/2024 nömrəli xidməti məktubda təhqiqat aktlarında işəgötürənin vəzifəli şəxslərinin cavabdehliyi (ehtiyatsızlığı, nəzarətsizliyi) müəyyən edildiyi halda həmin işəgötürənin (müəssisənin) təqsirkar hesab olunması və istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinətin sığortaedənin vəsaiti hesabına ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olduğu qeyd edilmişdir. Eyni zamanda, Nazirliyin Aparatının Hüquq şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17/3-1- 25589/2024 nömrəli xidməti məktubda Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi xərcin də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, təhqiqat aktlarında işəgötürənin vəzifəli şəxslərinin cavabdehliyi (ehtiyatsızlığı, nəzarətsizliyi) müəyyən edildiyi halda həmin işəgötürən (müəssisə) təqsirkar hesab olunur və istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinət sığortaedənin vəsaiti hesabına ödənilməlidir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı əsassız ödənilmiş müavinət məbləğinin geri qaytarılması barədə 28 iyun 2024-cü il tarixli 3-17-1/2-149373/2024 nömrəli məktubla “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə müraciət edilmiş, sığortaedənin 20 sentyabr 2024-cü il tarixində 3-17-1/1-221890/2024 nömrə ilə qeydiyyata alınmış 4 sentyabr 2024-cü il tarixli 18-1-37/2-953/2024 nömrəli cavab məktubu ilə əsassız ödənilmiş müavinətin geri qaytarılmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin müdriyyətinin müavinət təyin edən komissiyasının 15 nömrəli, 06 sentyabr 2021-ci il tarixli protokola əsasən R.Z.Həsənova 23 avqust 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinə təyin edilməsi və ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna göndərilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, işçinin səhhətinə vurulan zərərə görə işəgötürənin maddi məsuliyyəti, yalnız işəgötürənin təqsirli olduğu halda yaranır. Bu, o deməkdir ki, işəgötürən yalnız onun təqsiri sübut edildikdə məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 107-ci maddəsinə əsasən müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir. Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır. Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına odəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Nəticə olaraq onu qeyd etmək istəyirlər ki, bu məsələ ilə bağlı işəgötürənin təqsirli olmasına dair heç bir inzibati tənbeh haqqında qərar yoxdur. Odur ki, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala 772,83 manat( yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət və 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi olmaqla, cəmi 823,07 manat (səkkiz yüz iyirmi üç manat yeddi qəpik) məbləğində vəsaitin tərəflərindən geri qaytarılması mümkün deyil. II. Məhkəmədə icraat

7. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh xəstəxanadan 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət məbləği, 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi olmaqla, ümumilikdə 823,07 manat (səkkiz yüz iyirmi üç manat yeddi qəpik) vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, R.Həsənova aid SN 00007 seriyalı 068965 nömrəli və SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************041817 və ********************74215 nömrəli haqq-hesab cədvəlləri Xəstəxana tərəfindən altsistemə daxil edilmiş və emal edilərək xx.xx.2021-ci il tarixdə sığortaolunanın "xxxx" ASC-nin Gəncə filialındakı **********0104 nömrəli hesabına 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət ödənilmiş, əlavə olaraq 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi ödənişə göndərilmişdir. Nazirliyin “istehsalatda baş vermiş bədbəxt hadisələr” ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin qanunvericiliyə uyğun icra edilib edilməməsinin araşdırılması nəticəsində yuxarıda qeyd edilən əmək qabiliyyətinin müvəqqəti itirilmə halının “istehsalatda baş vermiş bədbəxt hadisə” ilə əlaqədar olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, haqq - hesab cədvəlləri göndərilərkən hadisənin istehsalatda baş verməsi faktı sığortaedən tərəfindən gizlədilmiş və buna aid hər-hansı sənəd əlavə edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 107-ci hissəsinə əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq, bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Məcəllənin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Əsasnamənin 121-ci hissəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş sığortaolunana əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək Fondun yerli qurumları tərəfindən ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Məcəllənin 239-cu maddəsinə əsasən təqsirkar sığortaedən tərəfindən dövlət sosial müdafiə fondunun hesabına qaytarılmalıdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.1 və 2.5-ci bəndlərinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq, bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Nazirliyin yanında X9 Xidmətinin (bundan sonra – Xidmət) rəisinin (və ya onun tapşırığı ilə Xidmətin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Sözügedən iş üzrə 6 iyul 2021-ci il tarixli Təhqiqat aktına əsasən 6 iyul 2021-ci il tarixindən 11 oktyabr 2021-ci il tarixinədək bədbəxt hadisənin təhqiqatının aparıldığı məlum olmuşdur. Təhqiqat aktının 6-cı bölməsində (“Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında” komissiyanın rəyi) aktın 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən Xəstəxananın Təcili və X3 bölməsinin (bundan sonra – bölmə) böyük mexaniki X2 və 4.2-ci bəndinə əsasən bölmənin sürücüsü R.Həsənovun cavabdehliyi müəyyən olunmuşdur. R.Həsənov ilə bağlı baş vermiş bədbəxt hadisənin təhqiqatı nəticəsində tərtib edilən aktlarda "bölmənin böyük mexaniki R.İsgəndərovun cavabdehliyi” anlayışının işəgötürənin (sığortaedənin) təqsiri kimi müəyyən edilib - edilməməsinin dəqiqləşdirilməsi üçün Fond tərəfindən 4 oktyabr 2024-cü il tarixli 3-17-1/3-1-80745/2024 nömrəli məktubla Xidmətə müraciət edilmiş, Xidmətin 9 yanvar 2025-ci il tarixli 3-17-5/3-1- 223/2025 nömrəli xidməti məktubuna əsasən qeyd edilmişdir ki, təhqiqat aktlarında işəgötürənin vəzifəli şəxslərinin cavabdehliyi (ehtiyatsızlığı, nəzarətsizliyi) müəyyən edildiyi halda həmin işəgötürən təqsirkar hesab olunur və istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinət sığortaedənin vəsaiti hesabına ödənilir. Yekun olaraq bildirirlər ki, sözügedən hadisədə sığortaedənin təqsirli olduğu Xidmət tərəfindən təsdiqlənmişdir. Əsasnamənin 119-cu hissəsinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əsassız ödənilmiş müavinət məbləğinin geri qaytarılması barədə 28 iyun 2024-cü il tarixli 3-17-1/2- 149373/2024 nömrəli məktubla sığortaedənə müraciət edilmiş, sığortaedənin 20 sentyabr 2024-cü il tarixində 3-17-1/1-221890/2024 nömrə ilə qeydiyyata alınmış 4 sentyabr 2024cü il tarixli 18-1-37/2-953/2024 nömrəli cavab məktubu ilə əsassız ödənilmiş müavinətin geri qaytarılmasından imtina edilmişdir. Qanunun 19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri Fondda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, Nazirlik və Fondun saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Fond dövlətin mülkiyyətində olan, Nazirlik tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Qanunun 29-cu maddəsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Yuxarıda qeyd edilənlərə əsasən bildirirlər ki, artıq ödənilmiş müavinət məbləği Fondun əmlakı (həmçinin dövlət əmlakı) əsasında formalaşmış məbləğdir ki, həmin məbləğ hesabına ölkə üzrə pensiyalar və müavinətlərin ödənişi həyata keçirilir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

11. Belə ki, iddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. İddiaçının nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin müdiriyyətinin müavinət təyin edən komissiyasının 15 nömrəli, 06 sentyabr 2021-ci il tarixli protokola əsasən R.Z.Həsənova 23 avqust 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətə yiyələnməsi və ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna göndərilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, işçinin səhhətinə vurulan zərərə görə işəgötürənin maddi məsuliyyəti yalnız işəgötürənin təqsirli olduğu halda yaranır. Bu, o deməkdir ki, işəgötürən yalnız onun təqsiri sübut edildikdə məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödənişlərin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 107-ci maddəsinə əsasən, müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir. Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul-məxaric sənədlərindən ayrı saxlanılır. Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığorta olunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi izahat aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Nəticə olaraq onu qeyd etmək istəyirlər ki, bu məsələ ilə bağlı işəgötürənin təqsirli olmasına dair heç bir inzibati tənbeh haqqında qərar yoxdur. Odur ki, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət və 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi olmaqla, cəmi 823,07 manat (səkkiz yüz iyirmi üç manat yeddi qəpik) məbləğində vəsaitin tərəflərindən geri qaytarılması mümkün deyil. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “İslehsalatda bədbəxt hadisə haqqında” xx.xx.2021-ci il tarixli 01 nömrəli akt; - “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X3 bölməsinin sürücüsü X7 24 iyun 2021-ci il tarixdə saat 12:33 radələrində xəsarət alması ilə təhqiqat aktı; - SN00007 seriyalı 068965 nömrəli və SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin olmaması vərəqələri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-1-223/2025 nömrəli xidməti məktubu; - “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin 04 sentyabr 2024-cü il tarixli 18-1-37/2-953/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

20. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X8 aid SN 00007 seriyalı 068965 nömrəli və SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************041817 və ********************74215 nömrəli haqq-hesab cədvəlləri Xəstəxana tərəfindən altsistemə daxil edilmiş və emal edilərək xx.xx.2021-ci il tarixdə sığortaolunanın "xxxx" ASC-nin Gəncə filialındakı **********0104 nömrəli hesabına 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət ödənilmiş, əlavə olaraq 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi ödənişə göndərilmişdir.

21. Nazirliyin “istehsalatda baş vermiş bədbəxt hadisələr” ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin qanunvericiliyə uyğun icra edilib edilməməsinin araşdırılması nəticəsində yuxarıda qeyd edilən əmək qabiliyyətinin müvəqqəti itirilmə halının “istehsalatda baş vermiş bədbəxt hadisə” ilə əlaqədar olduğu müəyyən edilmişdir.

22. Buna baxmayaraq, haqq - hesab cədvəlləri göndərilərkən hadisənin istehsalatda baş verməsi faktı sığortaedən tərəfindən qeyd edilməmiş və buna aid hərhansı sənəd əlavə edilməmişdir.

23. Sözügedən iş üzrə 6 iyul 2021-ci il tarixli Təhqiqat aktına əsasən 6 iyul 2021ci il tarixindən 11 oktyabr 2021-ci il tarixinədək bədbəxt hadisənin təhqiqatının aparıldığı məlum olmuşdur. Təhqiqat aktının 6-cı bölməsində (“Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında” komissiyanın rəyi) aktın 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən Xəstəxananın Təcili və X3 bölməsinin (bundan sonra – bölmə) böyük mexaniki X2 və 4.2-ci bəndinə əsasən bölmənin sürücüsü R.Həsənovun cavabdehliyi müəyyən olunmuşdur.

24. X11 ilə bağlı baş vermiş bədbəxt hadisənin təhqiqatı nəticəsində tərtib edilən aktlarda "bölmənin böyük mexaniki R.İsgəndərovun cavabdehliyi” anlayışının işəgötürənin (sığortaedənin) təqsiri kimi müəyyən edilib - edilməməsinin dəqiqləşdirilməsi üçün Fond tərəfindən 4 oktyabr 2024-cü il tarixli 3-17-1/3-1-80745/2024 nömrəli məktubla Xidmətə müraciət edilmiş, Xidmətin 9 yanvar 2025-ci il tarixli 3-17-5/3-1-223/2025 nömrəli xidməti məktubuna əsasən qeyd edilmişdir ki, təhqiqat aktlarında işəgötürənin vəzifəli şəxslərinin cavabdehliyi (ehtiyatsızlığı, nəzarətsizliyi) müəyyən edildiyi halda həmin işəgötürən təqsirkar hesab olunur və istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinət sığortaedənin vəsaiti hesabına ödənilir. Yekun olaraq bildirirlər ki, sözügedən hadisədə sığortaedənin təqsirli olduğu Xidmət tərəfindən təsdiqlənmişdir.

25. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Maddə 29. Mübahisələrə baxılması Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsi: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”:

1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

116. Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür.

28. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

29. Əsasnaməyə 1 nömrəli əlavənin qeydi:

30. Haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsuliyyət daşıyır.

31. Hazırki işin hallarından göründüyü kimi, X7 əmək qabiliyyətinin müvəqqəti itirilmə halının “istehsalatda baş vermiş bədbəxt hadisə” ilə əlaqədar olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, haqq - hesab cədvəlləri göndərilərkən hadisənin istehsalatda baş verməsi faktı sığortaedən tərəfindən bildirilməmiş və buna aid hər-hansı sənəd əlavə edilməmişdir. xx.xx.2021-ci il tarixdə sığortaolunanın "xxxx" ASC-nin Gəncə filialındakı **********0104 nömrəli hesabına 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət ödənilmiş, əlavə olaraq 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi ödənişə göndərilmişdir. Nəticədə sığortaolunana ümumi ödənilmiş 823.07 manat (səkkiz yüz iyirmi üç manat, yeddi qəpik) məbləğində artıq ödəmə yaranmışdır.

32. Yuxarıda da, istinad edildiyi kimi, Əsasnaməyə 1 nömrəli Əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı dəqiq şəkildə qeyd edilmişdir.

33. Belə olan halda, sığortaolunana ödənilən 823,07 manat (səkkiz yüz iyirmi üç manat yeddi qəpik) məbləği “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməlidir.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsindən 772,83 manat (yeddi yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində müavinət məbləği, 50,24 manat (əlli manat iyirmi dörd qəpik) məbləğində gəlir vergisi olmaqla, ümumilikdə 823,07 manat (səkkiz yüz iyirmi üç manat yeddi qəpik) vəsait tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına geri qaytarılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar