Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3018/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyata olmaqla yaşayır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 4580 nömrəli qərarı ilə iddiaçının Fəlakət (müharibə) sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi depressiv əlamətlər və özünə qəsd cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Sağ orta və dirsək sinirlərin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Sol incik sinirin posttravmatik neyropatiyası ətrafın distal parezi ilə nəticəsi. Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin, sol diz oyna nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkim dəri çapıqları. Sağ bazu nahiyəsinin, sol diz oynağının yumşaq toxumalarının yad cismi (metal qəlpə) Partlayış travması (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltılı nitqini sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozu "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Hazırda iddiaçı barədə şəhadətnamə qüvvədədir. İddiaçı barəsində sonuncu dəfə X1 tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş tərtib edilmiş və iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə. Yanaşı xəstəliklər: F33.3 – Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Yanaşı xəstəliklər: T70.0 – Qulağın barotravması, Partlayış travması (xx.xx.2020) Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4.5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 12 nəfər vətəndaşın xx.xx.2025-ci il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-388/2025 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarda iddiaçının diaqnozları sadalanmış və qeyd edilmişdir ki, Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, səbrsizlik, ayaqda və qolda ağrılardan, intihar cəhdlərindən şikayətlənmişdir. Dərmanlardan Depakin, Fenozepam qəbul etdiyini bildirmişdir. Zahirən narahat, aqressiv izlənilmişdir. Verilən suallara səbəbsiz olaraq aqressiya ilə cavablar vermişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, məlumatların sənədlərdə yazıldığını bildirmişdir. İki dəfə intihar etmək istədiyini, qardaşının mane olduğunu söyləmişdir. Bələdliyi bütün növlər üzrə qorunmuşdur. Emosional labil izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Yaddaşı qorunmuş, mühakimə və analizi situasiyaya uyğun müşahidə edilmişdir. Özünə xəsarəti olmamışdır. KBT aldığını iddia etmiş, lakin N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4223 nömrəli arayışında bu fakt öz əksini tapmamışdır. Vətəndaş özündən əmin tərzdə məhkəmə-tibb ekspertizasından keçdiyini bildirmiş, lakin həmin ekspertizanın xx.xx.2022-ci il tarixli K/ ***-**** 3li aktında "Kontuziya"nın diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir, hərbi-həkim komissiyasının səlahiyyətlərinə daxildir" qeydi aparılmışdır. HHK da öz növbəsində xx.xx.2023-cü il tarixli 4580 nömrəli Şəhadətnamədə KBT- nı təsdiq etməmişdir. Əlavə olaraq ötən komissiyada Xidməti uyğunsuzluqla tərxis edilməsi araşdırılarkən qışqırmağa başlamış, aqressiv danışmış, suallardan yayınmış, ədəbsiz davranmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diagnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli Qərarı sistemə xx.xx.2025ci il tarixdə daxil edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçıya SMS bildiriş göndərilərək xx.xx.2024-cü il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmişdir. SMS-də qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. Məhkəmə mübahisəsi: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı əlillik vəziyyətinin qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi X2 tələbin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi və mənə xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etirazında bildirmişdir ki, orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 4580 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv əlamətlər və özünə qəsd cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Sağ orta və dirsək sinirlərin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Sol incik sinirin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin, sol diz oynağı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Sağ bazu nahiyəsinin, sol diz oynağının yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Onurğanın bel nahiyəsinin zirvəsi L2 cismi olmaqla sola doğru (140) təsbit olunan skoliozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13267037 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13461285 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, səbrsizlik, ayaqda və qolda ağrılardan, intihar cəhdlərindən şikayətlənmişdir. Dərmanlardan Depakin, Fenozepam qəbul etdiyini bildirmişdir. Zahirən narahat, aqressiv izlənilmişdir. Verilən suallara səbəbsiz olaraq aqressiya ilə cavablar vermişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, məlumatların sənədlərdə yazıldığını bildirmişdir. İki dəfə intihar etmək istədiyini, qardaşının mane olduğunu söyləmişdir. Bələdliyi bütün növlər üzrə qorunmuşdur. Emosional labil izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Yaddaşı qorunmuş, mühakimə və analizi situasiyaya uyğun müşahidə edilmişdir. Özünə xəsarəti olmamışdır. KBT aldığını iddia etmiş, lakin N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4223 nömrəli arayışında bu fakt öz əksini tapmamışdır. Vətəndaş özündən əmin tərzdə məhkəmə-tibb ekspertizasından keçdiyini bildirmiş, lakin həmin ekspertizanın xx.xx.2022-ci il tarixli K/264-2022 N-li aktında “Kontuziya”nın diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir, hərbi-həkim komissiyasının səlahiyyətlərinə daxildir” qeydi aparılmışdır. HHK da öz növbəsində xx.xx.2023-cü il tarixli 4580 nömrəli Şəhadətnamədə KBT-nı təsdiq etməmişdir. Əlavə olaraq ötən komissiyada Xidməti uyğunsuzluqla tərxis edilməsi araşdırılarkən qışqırmağa başlamış, aqressiv danışmış, suallardan yayınmış, ədəbsiz davranmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd: SX ******* nömrəli Hərbi biletin 22-ci səhifəsində Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı qeyd edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olubolmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Cavabdeh qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3018/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 2117 nömrəli rəyinə əsasən iddiaçıda halhazırda "fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi" (F 62.0) aşkar edilir. xx.xx.1992-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2025-ci il tarixli 2117 saylı rəy 5 İddiaçı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş diaqnoz (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə) öz təsdiqini tapırmı, hazırda həmin diaqnoz beynəlxalq təsnifat kodu F62 uyğundur. İddiaçıda canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X1 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 31.1-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia qaldırmışdır. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iddiaçı iddiasında ona əlilliyin təyinindən imtina edilməsi ilə bağlı qərarın ləğvini və ona müvafiq əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.2-ci maddəsi) əməl olunmalıdır. İddiaçı əlilliyin təyini barədə cavabdeh orqana müraciət etmiş, inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərarla onun arzuladığı inzibati aktın qəbul olunmasından imtina edilmiş, vətəndaş həmin qərardan inzibati qaydada şikayət vermiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qərarla yenə imtina cavabı verilmiş və xx.xx.2025-ci il tarixdə SMS-lə qərar barəsində məlumat verilmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaların Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. 2.5-ci bəndində göstərilmişdir ki, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Yuxarıda qeyd olunan normalara əsasən tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı işlə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan tibbi sənədlərdən və səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdən (Forma 88) müəyyən olunur ki, iddiaçıya xəstəliyi ilə bağlı qoyulmuş əsas diaqnoz F62.0 kodu altında olan “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” olmuşdur. İddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 35-60 faizinə uyğun olduğu işin araşdırılmış halları ilə müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ağır depressiv epizod, intihar fikirləri və cəhdləri ilə” diaqnozu qoyulmuş və ağır dərəcəli simptomlarla müşahidə edildiyi göstərilmişdir. Belə olduqda, qeyd edilən diaqnoz əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin olmasına (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) və orqanizmin funksiyalarının pozulmasının faizinin 35-60 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməli, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlillik müəyyən olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3018/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3018/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver