Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3019/2025 11.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli 910 nömrəli qərarı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin (xx.xx.2016) dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı, mülayim kəllə daxili hipertenziya ilə müşaiyət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Sol uzaqlaşırıcı sinirin sol tərəfli daxili çəpgözlüklə müşaiyət olunan posttravmatik neyropatiyasının nəticəsi. Sol gözün posttravmatik retinopatiyası. Sol gözün görmə itiliyinin 0.8-ə qədər azalması, sağ gözün görmə itiliyi 1.0 (bir) olmaqla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli Kompyuter elektroensefaloqrafiya müayinə protokolunda müayinənin nəticəsi “Diensefal strukturların qeyri-spesifik disfunksiyası üzərində billoteral-sinxron yavaş dalğalar fonunda mərkəzi təpə və alın paylarının mediobazal hissəsində paroksizmal aktivlik aşkar olunur. Baş beyin qıcıqlanmaya meyillidir.
3. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4927 nömrəli rəyində diaqnoz “Üvi (xidməti vəzifələrini yerinə yetirərkən alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə F07.0” kimi qeyd edilmişdir.
4. İddiaçı ilkin olaraq xx.xx.2019-cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Əlillik müddəti bitdikdən sonra İddiaçı əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş kəllə beyin travması; Ağırlaşma - G44.2 – Gərginlik tipli baş ağrısı Gərginliklə bağlı xroniki baş ağrısı Gərginliklə bağlı epizodik baş ağrısı Gərginliklə bağlı ƏGO baş ağrısı, posttravmatik baş ağrısı posttravmatik ensefalopatiya; Ağırlaşma – T90.5 – Kəllədaxili travmaların nəticələri, Baş beyin silkələnməsi nəticəsində gərginlik; Yanaşı xəstəliklər - F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər - H49.2 – 6-cı (uzaqlaşdırıcı) sinirin iflici, Sol uzaqlaşdırıcı, sol tərəfli daxili çəpliklə müşahidə olunan posttravmatik neyropstiyası;
6. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/461 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2017-ci il tarixli 910 saylı qərar hal-hazırda qüvvədədir. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspert Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. xx.xx.2017-ci ildə N nömrəli hərbi hissənin komandirinin xx.xx.2017-ci il tarixli 56 nömrəli göndərişi ilə N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiayası tərəfindən şəhadətləndirildim və HHK-nin qərarı ilə ona "Hərbi travma, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrini) yerinə yetirərkən alınması", - Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin (xx.xx.2016) dağınıq üzvü nevroloji nişanələr, veqetativ damar davamsızılığı, mülayim kəllə daxili hipertenziya ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Sol uzaqlaşdırıcı sinirin sol tərəfi daxili çəpgözlüklə müşayiət olunan posttravmatik neyropatiyasının nəticəsi. Sol gözün posttravmatik retinopatiyası. Sol gözün görmə itililiyinin 0.8-ə qədər azalması, sağ gözün görmə itililiyi 1.0 (bir) olmaqla diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd etdikləri ilə bağlı ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Sol uzaqlaşdırıcı sinirin daxili çəpgözlüklə müşahidə olunan postravmatik neyropatiyası. Mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması. Tez-tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə). Postravmatik ensefalopatiya. Dağınıq üzvü nevroloji nişanələr. Hər iki gözdə zəif dərəcəli hipermetropiya. VİSOU-0.4 k/etmir diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir. Lakin ona verilmiş xx.xx.2024-cü il tarixli göndərişə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə qərar qəbul edilmiş, ona bu barədə xx.xx.2025-ci il tarixdə sms vasitəsilə bildiriş göndərilmiş və məhkəmə qaydasında şikayət vermək hüququnun olması bildirilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh ona imtina edərkən "Tibbi sosial ekspert komissiyaları haqqında" və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamələri, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Dövlət Tibbi-Sosial Ekspertiza haqqında", həmçinin Azərbaycan Respubiikası Oanununlarının müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarma zidd olaraq onun vəziyyətini pisləşdirmiş və nəticədə ona düzgün olmayaraq imtina barədə qərar qəbul edilmişdir. O, cavabdeh təşkilatın bu imtinasını qeyri-qanuni hesab edir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi” ilə əvəz edilmişdir.
12. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
16. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarı barədə iddiaçıya xx.xx.2025-ci il tarixdə sms-bildiriş göndərildiyi və iddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 14 oktyabr 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Keçirilmiş KBT. Baş-beyin silkələnməsi. Posttravmatik ensefalopatiya. Posttravmatik baş ağrısı. 6-cı sinirin iflici. Soltərəfli daxili çəpliklə müşahidə olunan posttravmatik neyropatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-cü il tarixli 910 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin ( xx.xx.2016 ) dağınıq üzvi nevroloji nişanələr, vegetativ dan davamsızlığı, mülayim kəllə daxili hipertenziya ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Sol uzaqlaşdırıcı sinirin sol tərəfli daxili çəpgözlüklə müşayət olunan posttravmatik neyropatiyasının nəticəsi. Sol gözün posttravmatik retinopatiyası . Sol gözün görmə itiliyinin 0.8-ə qədər azalması, sağ gözün görmə itiliyi 1.0 ( bir ) olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, yuxusuzluq, yaddaşsızlıq, ikigörmə (bulanıq görmə), daimi üşümə, başgicəllənmə, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində kəllə-beyin travması aldığını söyləmiş, lakin xəstəliyinin dəqiq nə olduğunu bilmədiyini ifadə etmişdir. Medikamentoz preparatlardan 2-3 adda dərman qəbul etdiyini söyləmişdir. Tutmalarının ay ərzində ~3-4 dəfə baş verdiyini, tutmadan əvvəl əsəbləşdiyini, ətraflarında uyuşma olduğunu, sonra bayıldığını, ayıldığı zaman insanların başına toplaşdığını gördüyünü söyləmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamadığını bildirmiş, özü ilə gətirdiyi Escitanı nümayiş etdirmişdir. Nevroloji müayinə zamanı Epilepsiya xəstəliyi anamnestik məlumatlarla təsdiq olunmamışdır. Qəbul etdiyi dərmanları xatırlamamış, EEQ dalğaları təqdim olunmamışdır. Nevrosteniya əlamətləri olduğu düşünülmüş, epilepsiya inkar edilmişdir. Psixoloji statusu: evdən zor gücü ilə xəstəxanaya aparıldığını bildirsə də, lakin müraciətlərin hamısı gündüz stasionarı olmuşdur. Spesifik suallar verildikdə hay-küy salaraq cavablandırmaqdan yayındırmışdır. Sadəcə əsəbilikdən danışmış, astenik şikayətlər bildirmişdir. Həm psixi şikayətlərini, həm də epileptik tutmalarını əsaslandıra bilməmişdir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2/72/22 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlaməti. Sol uşaqlıq sinirinin neyropatiyası” kimi qeyd olunmuşdur. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11935259 nömrəli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuşdur. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-ci il tarixli 3579 nömrəli Tibbi rəyində diaqnoz “Miopiya. OD-0.5k/i OS-0.1 k/i” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4927 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (xidmət vəzifələrini yerinə yetirərkən alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, disosiativ daxilolmalarla, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətində qüvvədədir” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 12706284 nömrəli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd olunmuşdur. X5 xx.xx.2024-cü il tarixli EEQ müayinəsində nəticə “Beyin qabığının funksional aktivliyinin enməsi və mərkəz, ənsə paylarda paroksizmlərə meyilliyi qeyd olunur” kimi qeyd olunmuşdur. X5 xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsində nəticə “Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində tək-tək fokal qliotik ocaqlar qeyd olunur” kimi qeyd olunmuşdur. X5 xx.xx.2024-xx.xx.2024cü il tarixli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi nəticəsində gərginlik posttravmatik baş ağrısı. Posttravmatik ensefalopatiya. Sol uzaqlaşdırıcı sol tərəfli daxili çəp gözlüklə müşayiət olunan posttravmatik neyropatiyası. Üzvi şəxsiyyət pozuntusu, disosiativ daxilolmalarla, koqnitiv funksiyaların pozulması distoniyası, paroksizmlər ilə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OUZəif dərəcəli miopiya. VİS OU=0.2 k/i 0.3 (göstərir)” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Belə ki, elektron sistemdən çıxarışdan görünür ki, 08 yanvar 2025-ci il tarixdə sms vasitəsilə əlillikdən imtina edilməsi barədə məlumat iddiaçıya göndərilmişdir. İddiaçı isə iddiasını sms bildirişi aldığı 08 yanvar 2025-ci il tarixdən 30 gün müddətində verməli olduğu halda, inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verməmiş və bununla da iddianın verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı iddianın verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsini təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə X2 iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli 910 nömrəli qərarı; - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli Kompyuter elektroensefaloqrafiya müayinə protokolu; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4927 nömrəli rəyi; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/461 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2019-cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
28. Əlillik müddəti bitdikdən sonra İddiaçı əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş kəllə beyin travması; Ağırlaşma - G44.2 – Gərginlik tipli baş ağrısı Gərginliklə bağlı xroniki baş ağrısı Gərginliklə bağlı epizodik baş ağrısı Gərginliklə bağlı ƏGO baş ağrısı, posttravmatik baş ağrısı posttravmatik ensefalopatiya; Ağırlaşma – T90.5 – Kəllədaxili travmaların nəticələri, Baş beyin silkələnməsi nəticəsində gərginlik; Yanaşı xəstəliklər - F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər - H49.2 – 6-cı (uzaqlaşdırıcı) sinirin iflici, Sol uzaqlaşdırıcı, sol tərəfli daxili çəpliklə müşahidə olunan posttravmatik neyropstiyası;
29. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
30. Həmin diaqnozlardan əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş kəllə beyin travması iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
32. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
34. Həmin Əlavə: Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1 Başın travmalarının nəticələri T90
Qiymətləndirmə 6.1.2. ümumi beynin təzahür edən 65-80 2 il pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası 6.1.4. psixi təzahür edən pozuntularla 65-80 2 il baş beynin əzilməsi, kontuziyası
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.6.2. Üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət 65-80 2 il qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
35. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş kəllə beyin travması diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
36. Belə ki, iddiaçının əsas diaqnozu (başından aldığı travma) onda beynin psixi təzahür edən pozuntulara (F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusuna) səbəb olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərlə, habelə Həkim-Psixiatr Komissiyasının rəyi ilə iddiaçıda qıcolma tutmalarının olması, beyində paroksizmal akitvliyin olması, ən əsası psixi pozuntu halı olan Üzvi (travma mənşəli) mənşəli şəxsiyyət pozuntusu” (F07.0) olması öz təsdiqini tapmışdır.
37. Məhkəmə onu da qeyd edir ki, N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli 910 nömrəli qərarı ilə İddiaçı “Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin (xx.xx.2016) dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı, mülayim kəllə daxili hipertenziya ilə müşaiyət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Sol uzaqlaşırıcı sinirin sol tərəfli daxili çəpgözlüklə müşaiyət olunan posttravmatik neyropatiyasının nəticəsi. Sol gözün posttravmatik retinopatiyası. Sol gözün görmə itiliyinin 0.8-ə qədər azalması, sağ gözün görmə itiliyi 1.0 (bir) olmaqla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” olaraq müəyyən edilməlidir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar...
39. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
40. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva