Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-302/2021 18.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Cavabdehnə qarşı icra işinin dayandırılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-386/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat zamanı Ağdam Rayon Məhkəməsinin 8(013)-03/2020 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş ona məxsus olan “Ford Escord” yük markalı, ** XE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi SFAVXXBBAVST31384, mühərrik nömrəsi SR31384, mühərrik həcmi 1800, 1995-ci il buraxılışlı, ağ rəngli avtomaşına baxış keçirilməklə təkrar qiymətləndirilərək real bazar dəyərinin müəyyən edilməsi və təkrar qiymətləndirmə rəyi alınanadək icra işinin dayandırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ım: İddiaçı Cavabdehnə qarşı icra işinin dayandırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-302/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-302/2021
18.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver