Məhkəmə qərarları › İş №2-1(114)-302/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-302/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-302/2022 06.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1rşı iddia ərizəsi ilə 24.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər X2 işlədiyi 6 il 4 ay 11 gün müddətin ümumi iş (sğorta) stajı kimi, eyni zamanda “World Vision” Hümanitar təşkilatının “Qidalandırma” heyətində köməkçi vəzifəsində işlədiyi 5 il 1 ay 26 gün müddətin ümumi iş (sğorta) stajı kimi, ümumilikdə isə 28 il 11 ay 7 günün ona ümumi iş (sğorta) stajı kimi hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 03.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhər X2 işlədiyi 6 il 4 ay 11 gün müddətin ümumi iş stajı kimi, eyni zamanda “World Vision” Humanitar təşkilatının “Qidalanma” heyətində köməkçi vəzifəsində işlədiyi 5 il 1 ay 26 gün müdətin ümumi iş stajı kimi, ümumilikdə isə 28 il 11 ay 7 günün ona ümumi iş stajı kimi hesablanması və ona yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzrəinə qoyulmasını xahiş etmişdir. 10.01.2022-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı 29.04.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə baxılmadan iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. -55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Həmçinin qeyd olunmalıdır ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar