Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-302/2024 01.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı5, X27 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı5 və X15 iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X8, X9, X10, X6, X27, X28, X22, X23 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokoluna əsasən işçi X7 3 (üç) hektar, İddiaçı5 və onun qardaşı İddiaçı1 5 (beş) hektar pay torpağı verilməsi qərara alınmışdır.
2. “Sevindik” kəndli (fermer) təsərrüfatının xx.xx.1998-ci il tarixli 01 saylı təsis protokolu ilə təsərrüfatın 18 nəfər üzvü tərəfindən “Sevindik” kəndli (fermer) təsərrüfatının yaradılması və nizamnaməsinin qəbul edilməsi qərara alınmışdır.
3. Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktına əsasən Bağçılıq- Tərəvəzçilik Birliyinin ərazisindən şimaldan su arxı ilə, şərqdən “Xəyal-Dilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsinin verilməsinə etiraz edilməmişdir.
4. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamına əsasən “Sevindik” kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ayrılmasına dair Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokolunun və Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktının nəzərə alınması, şimaldan su arxı ilə, şərqdən “Xəyal-Dilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən İddiaçı1, İddiaçı5 və X19 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********34 nömrəli məktubda bildirilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda onların adında pay torpaq sahəsi qeyd edilməmişdir. Yəni, yerli aqrar islahatı komissiyası tərəfindən onlara pay torpaq sahəsi ayrılmamışdır. İstifadə etdikləri və torpaqların kadastr uçotu işləri zamanı adlarına qeydə alınmasını tələb etdikləri torpaq sahəsi isə elektron məlumat bazasında dövlət mülkiyyəti olaraq göstərilmişdir.
6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən X19 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********22 nömrəli məktubda bildirilmişdir ki, Əliyanlı kəndi ərazisində Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamı ilə “Sevindik” X18nın istifadəsinə ayrılmış 8.0 hektar torpaq sahəsi tərəflərindən istifadə olunur. Bununla əlaqədar onların iştirakları ilə yerində müayinə aktı tərtib edilmişdir.
7. Bərdə rayonu Əliyanlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 25 nömrəli arayışına əsasən X27, İddiaçı1 və İddiaçı5 Bərdə rayonunun Meyvə Tərəvəz İdarəsindən pay torpaqları götürdükləri üçün həmin ailələrə Bərdə rayonunun Əliyanlı kənd bələdiyyəsindən pay torpağı verilməmişdir. Hər ildə torpaq vergisini ödəmişlər.
8. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1277 nömrəli arayışına əsasən İddiaçı1, X27 və İddiaçı5 adına Bərdə rayonu, Əliyanlı kəndində ailə başçısı olaraq pay torpağı verilməmişdir.
9. İddiaçı5, İddiaçı1 və X15 Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən “Sevindik” X18na ayrılmış 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-Ş-00xx-xx/2023 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən 8.0 ha torpaq sahəsi üzərində “Sevindik” X18nın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə müraciət olunarkən, hüquqi şəxs tərəfindən müvafiq qaydada təsdiq olunmuş ərizə və etibarnamə, qeydiyyatı haqqında şəhadətnamə təqdim edilməmişdir. Torpaq sahəsi “Sevindik” X18na ayrıldığı halda, hüquqların dövlət qeydiyyatına alınması məqsədilə fiziki şəxs olaraq müraciət olunmuşdur. Bu səbəbdən də, ərizənin əsasında “Sevindik” X18nın 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciətə baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması iddia tələbi ilə iddiaçı “Sevindik” X18 tərəfindən 2020-ci ildə Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 161/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********620000 nömrəli cavab məktubunda bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən “Sevindik” X18nın vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********191200 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Sevindik” X18 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2356/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində Bağçılıq-Tərəvəzçilik Birliyinin xx.xx.1998-ci il tarixli 14 saylı yerli Aqrar İslahat Komissiyasının qərarı və onu təsdiq edən Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı aşkar edilməmişdir.
13. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 242 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon dövlət arxivində 6 saylı fondda mühafizə edilən Bərdə rayon X21 Müəssisəsinin 1998-1999-cu illər üzrə protokol kitabları yoxlanılmış, Bərdə rayonu, Əliyanlı kəndində aqrar islahat zamanı həmin fermer təsərrüfatına torpaq sahəsi ayrılması barədə heç bir məlumat əldə olunmamışdır. II. Məhkəmədə icraat
14. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X8, X9, X10, X6, X27, X28, X22, X23 və X12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 1998-ci il tarixli 679 saylı sərəncamı ilə “Sevindik” X18nın üzvləri kimi onlara ayrılmış – şimaldan su arxı ilə, qərbdən isə “Saleh” X18nın torpaq sahəsi ilə həmsərhəd olan 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması və cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayonu, Əliyanlı kəndində anadan olmuş və həmin kənddə yaşamaqla orada böyümüşlər. Onlar ailə üzvləri olaraq Bərdə rayonu, Əliyanlı kəndinin ərazisində yerləşən Bərdə rayon Bağçılıq-Tərəvəzçilik müəssisəsində işləmişlər. Ölkədə aparılan torpaq islahatı ilə əlaqədar olaraq kəndli (fermer) təsərrüfatı yaratmaq qərarına gəlmişlər. Bu məqsədlə Bağçılıq-Tərəvəzçilik müəssisəsinə müraciət etmişlər və Bağçılıq-tərəvəzçilik müəssisəsinin 17 aprel 1998-ci il tarixli 14 saylı ümumi iclasının qərarına əsasən müəssisənin ərazisindən X7, İddiaçı5 və İddiaçı1 cəmi 8.0 hektar pay torpaq sahəsi verilmişdir. Bağçılıq- tərəvəzçilik müəssisəsi tərəfindən ayrılmış həmin ərazidə 18 aprel 1998-ci il tarixdə 01 saylı təsis protokolu əsasında 18 nəfər ailə üzvlərindən ibarət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı məqsədi ilə «Sevindik» kəndli-fermer təsərrüfatı yaratmışlar. «Sevindik» kəndlifermer təsərrüfatının üzvləri İddiaçı5, İddiaçı6, X8, X9, X10, X6, İddiaçı1, İddiaçı2, X16, İddiaçı3, İddiaçı4, X13, X17, X27, X14, X28, X22 və X11 ibarətdir. Qeyd edir ki, «Sevindik» kəndli-fermer təsərrüfatının üzvlərindən X16, X13 və X17 artıq ölmüşlər. Bərdə rayon İcra Hakimiyyəti başçısının razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 1992-ci il tarixli 441 nömrəli qərarı ilə «Sevindik» kəndli-fermer təsərrüfatının nizamnaməsini qəbul etmişlər. Bərdə Rayon İcra Hakimiyyətinin 22 aprel 1998-ci il tarixli Sahəseçmə aktı ilə Bağçılıq-Tərəvəzçilik Birliyinin 17 aprel 1998-ci il tarixli 14 saylı ümumi iclasının qərarına əsasən «Sevindik» kəndli-fermer təsərrüfatına Bərdə rayon Bağçılıq-Tərəvəzçilik birliyinin ərazisindən 8.0 ha torpaq sahəsi ayrılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 1998-ci il tarixli 679 saylı sərəncamı ilə «Sevindik» kəndli-fermer təsərrüfatına torpaq sahəsi ayrılmasına dair X1 İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 14 saylı iclas protokolu və Sahəseçmə Komissiyasının 22 aprel 1998-ci il tarixli aktı nəzərə alınaraq, şimaldan su arxı ilə, şərqdən «Xəyal-Dilşad» X18nın torpaq sahəsi ilə, cənubdan yol ilə qərbdən isə «Saleh» X18nın torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 ha torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin olunmasına dair sərəncam vermişdir. Onlar «Sevindik» kəndlifermer təsərrüfatının üzvləri 1998-ci il tarixdən bu günə qədər həmin 8.0 ha torpaq sahəsini pay torpaq sahəsi kimi istifadə edirlər və torpaq sahəsinin vergisini ödəyirlər. Lakin bugünə qədər həmin torpaq sahəsi üzərində onların adına sənədləşdirilməmiş, mülkiyyət hüququ tanınmamış və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış verilməmişdir. Pay torpağı verilən ərəfədə və bundan sonra yerli islahat komissiyasına və digər qurumlara müraciət etsələr də nəticəsi olmamışdır. Beləliklə ölkədə keçirilmiş torpaq islahatından uzun müddət keçməsinə baxmayaraq onlar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış ala bilməmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-Ş-00xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən 8.0 ha torpaq sahəsi üzərində «Sevindik» kəndli-fermer təsərrüfatının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə müraciət olunarkən, hüquqi şəxs tərəfindən müvafiq qaydada təsdiq olunmuş ərizə və etibarnamə, qeydiyyatı haqqında şəhadətnamə təqdim edilməmişdir. Torpaq sahəsi «Sevindik» kəndli-fermer təsərrüfatına ayrıldığı halda hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə fiziki şəxs olaraq müraciət ounmuşdur. Bu səbəbdən də ərizə əsasında «Sevindik» kəndli-fermer təsərrüfatının 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.
16. İddiaçılar İddiaçı1, İddiaçı5 və X27 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının üçüncü şəxs kimi icraata cəlb edilməsi barədə iddiaçıların vəsatəti təmin edilməmişdir.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
19. İddiaçılar İddiaçı1, İddiaçı5 və X27 məhkəmə iclasına gəlmiş, digər iddiaçılar və cavabdehin nümayəndəsi isə gəlməməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçılar İddiaçı1, İddiaçı5 və X27 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişlər.
22. İddiaçı1 sədrlik edən hakimin sualına cavab olaraq bildirmişdir ki, onlar, yəni o, İddiaçı5 və X4 rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsində işlədikləri dövrdə həmin müəssisədən pay torpaq sahələri almaq üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən X18 yaratmaq qərarına gəlmişlər. Onların hər üçünün ərizəsi əsasında Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokolu ilə X7 3 (üç) hektar, İddiaçı5 və ona 5 (beş) hektar, cəmi 8 ha pay torpağı verilməsi qərara alınmışdır. Onlar xx.xx.1998-ci ildə həmin pay torpaqlarını birləşdirərək X18 yaratmış və onun nizamnaməsini qəbul etmişlər. Onlara torpaq ayrılması Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamı ilə təsdiq olunaraq, 8.0 ha torpaq sahəsi naturada onlara təhvil verilmişdir. Həmin vaxtdan hazıradək torpaqdan əkin əkməklə istifadə edirlər. Onlara, nə fiziki şəxs olaraq, nə də X18nn adına sözügedən torpaq sahəsinə dair Dövlət aktı verilməmişdir. Onlara ölkədə aparılan islahat zamanı fiziki şəxs olaraq da pay torpaq sahəsi ayrılmamışdır. Onlar “Sevindik” kəndli (fermer) təsərrüfatını vergi orqanında uçota aldırmamışlar. Hazırda belə KFT mövcud olmadığı və qeydiyyatı olmadığı üçün onlar sözügedən 8.0 ha torpaq sahəsinin həmin təsərrüfatın üzvləri olmuş iddiaçıların adlarına mülkiyyət hüququ üzrə qeydə alınmasını istəyirlər. KFT-nın 18 nəfər üzvü olmuş və onlardan üçü – X17, X13, X16 vəfat etdikləri üçün yerdə qalan 15 nəfər iddia qaldırmışdır.
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 7-ci bəndi).
Əsaslandırma hissəsi:
24. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
25. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
26. Hazırda iddiaçılar Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsinin aqrar islahat zamanı “Sevindik” KFT-nın üzvləri kimi onlara ayrıldığını iddia edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edirlər.
27. İş materialları ilə müəyyən edilir ki, Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokoluna əsasən işçi X7 3 (üç) hektar, İddiaçı5 və onun qardaşı İddiaçı1 5 (beş) hektar pay torpağı verilməsi qərara alınmışdır. Həmin şəxslər torpaq sahələri birləşdirərək kəndli (fermer) təsərrüfatı yaratmaq qərarına gəlmiş və xx.xx.1998-ci il tarixli 01 saylı təsis protokolu ilə18 nəfər üzv tərəfindən kəndli (fermer) təsərrüfatının yaradılması, adının “Sevindik” qoyulması və nizamnaməsinin qəbul edilməsi qərara alınmışdır. Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktı əsasında Bağçılıq-Tərəvəzçilik Birliyinin ərazisindən şimaldan su arxı ilə, şərqdən “Xəyal- Dilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsi “Sevindik” kəndli (fermer) təsərrüfatına yerində ayrılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamı ilə “Sevindik” kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ayrılmasına dair Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokolu nəzərə alınmaqla, 8.0 (səkkiz) hektar torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin edilməsi qərara alınmışdır.
28. Göründüyü kimi, sözügedən 8.0 ha torpaq sahəsi “Sevindik” kəndli (fermer) təsərrüfatına ayrılmış (həmin torpaq sahəsi ilə bağlı təsərrüfata Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilməmişdir), lakin həmin KFT hüquqi şəxs kimi vergi orqanında qeydə alınmamışdır.
29. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvəd olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və 27 fevral 2001ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş) görə: Maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün... Maddə 30. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir...
30. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991ci il tarixli 372- nömrəli Fərmanına görə:
1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin. İndiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.
4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.
5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər..
31. “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa (23 aprel 2002-ci il tarixli 311-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş) görə: Maddə 8. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququ Kəndli təsərrüfatı təşkil etmək istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə torpaq sahəsi ala bilərlər. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər xalq deputatları Soveti tərəfindən pulsuz verilir. Maddə 11. Kəndli təsərrüfatına torpaq sahəsinin verilməsi şərtləri Torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir... Maddə 13. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququnun yaranması Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Maddə 14. Kəndli təsərrüfatının qeydə alınması Kəndli təsərrüfatı rayon, şəhər xalq deputatları Soveti tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət aktı verildikdən sonra qeydə alınır. Maddə 15. Kəndli təsərrüfatının hüquqi şəxs kimi meydana gəlməsi Mülkiyyətə torpaq sahəsi aldıqdan sonra kəndli təsərrüfatının Nizamnaməsi müvafiq rayon, şəhər xalq deputatları Sovetində qeydə alındığı gündən kəndli təsərrüfatı yaranmış hesab edilir və həmin gündən o, təsərrüfatçı subyekt və hüquqi şəxs kimi çıxış edir: bank idarələrində hesablaşma hesabı və digər hesablar açır, onun öz möhürü olur, digər müəssisə, idarə, təşkilat və vətəndaşlarla işgüzar münasibətlər yaradır. Rayon, şəhər xalq deputatları Soveti kəndli təsərrüfatının hər birinə qeydiyyat vərəqəsi açır, icra hakimiyyəti başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi isə onu təsərrüfat kitabında qeydə alır. Qeydiyyat vərəqəsində və təsərrüfat kitabında kəndli təsərrüfatının tərkibi, təsərrüfatın başçısı və yaxud onun vəzifələrini müvəqqəti yerinə yetirən şəxs barədə məlumat, eləcə də təsərrüfata verilən torpaq sahəsi və digər əsas məlumatlar yazılır. Maddə 23. Kəndli təsərrüfatı əmlakının növləri Kəndli təsərrüfatının əmlakı, qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət) hüququ əsasında onun bütün üzvlərinə aiddir. Maddə 26. Kəndli təsərrüfatının əmlakına sahiblik, ondan istifadə və bu əmlak üzərində sərəncam 1.Kəndli təsərrüfatının ümumi (paylar məlum olan və ya məlum olmayan) mülkiyyətinə onun hər bir üzvünün şəxsi mülkiyyətinə aid olan əmlak daxil ola bilər. 3.Kəndli təsərrüfatının əmlakı təsərrüfatın bütün üzvlərinə məxsusdur; kəndli təsərrüfatı onun bütün üzvlərinin qərarı ilə sərəncamında olan ümumi əmlak üzərində mülkiyyət hüququnun subyekti kimi çıxış edir. 4.Kəndli təsərrüfatının başçısı onun bütün üzvlərinin razılığı ilə bu təsərrüfatın adından onun əmlakına idarəçilik qaydasında sahiblik, ondan istifadə və əmlak üzərində sərəncam hüquqlarını qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir.
32. Məhkəmə qeyd edir ki, hazırkı 8.0 ha torpaq sahəsi “Sevindik” kəndli (fermer) təsərrüfatına ayrıldığı halda, həmin KFT-nın üzvləri olmuş 18 nəfərdən 15 nəfəri hazırda fiziki şəxs olaraq həmin toraq sahəsinin onların adına qeydə alınmasını tələb edirlər.
33. Məhkəmənin sorğusuna cavab məktubları ilə müəyyən edilmişdir ki, hazırkı iddiaçılara pay torpaq sahəsi ayrılmamışdır. Bu hal eyni zamanda Bərdə rayonu Əliyanlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 25 nömrəli arayışı və Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1277 nömrəli arayışı ilə təsdiq olunur.
34. Digər tərəfdən, müəyyən edilmişdir ki, dövlət reyestrində “Sevindik” X18 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
36. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
37. Hazırkı işdə iddiaçıların ilk növbədə mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüquqları olmalıdır ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində onların hüquq və mənafeləri pozulmuş olsun.
38. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
39. Lakin işin müəyyən eidlmiş hallarından məlum olur ki, iddiaçıların fiziki şəxs olaraq 8.0 ha torpaq sahəsi ilə bağlı tələb etmə hüquqları mövcud deyildir.
40. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
41. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Məhkəmə qeyd edir ki, iddiaçıların sözügedən torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildirlər. Yəni, iddiaçıların İPM-in 35.1ci maddəsində nəzərdə tutulmuş tələb hüquqları olmadığından, onlar, hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilmələr. Ona görə də, iddia mümkün sayılmamalıdır.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva