Məhkəmə qərarları › İş №2-1(114)-3023/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3023/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3023/2024 25.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, N2 oktyabr N3-cü il tarixdən NN noyabr N3-cü il tarixədək N nömrəli hərbi hissənin (həmçinin Ağdam rayonlararası hərbi polis şöbəsində ezamiyyətdə olmaqla) tərkibində, N noyabr N3-cü il tarixdən isə N nömrəli hərbi hissədə xidmət etmiş və N iyul N7-ci il tarixdə hərbi xidmətini başa vuraraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N saylı əmri ilə ehtiyata buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissədə və N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, Müdafiə Nazirliyinə müraciət edərək ona “Müharibə veteranı” adı verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi ona məxsus olan SX N 0585502N saylı hərbi biletin 4-cü vərəqində onun N2 oktyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədə, N noyabr N3-cü il tarixdən isə N nömrəli hərbi hissədə xidmət etməsi, N iyul N7-ci il tarixli N saylı əmri ilə ehtiyata buraxılmasını qeyd etmişdir. Həmin hərbi biletin N-ci vərəqində bu hərbi biletin N nömrəli hərbi hissənin N saylı xx.xx.N7-ci il tarixli hərbi bilet əvəzi arayışın əvəzinə verilməsi qeyd edilmiş, lakin həmin arayışdakı məlumatlar hərbi biletə tam şəkildə əlavə edilməmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi ona məxsus olan N nömrəli hərbi hissənin N saylı xx.xx.N7-ci il tarixli hərbi bilet əvəzi arayışın “döyüş əməliyyatlarında iştirakı” qrafasında onun xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.N24-cü il tarixli N96N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı Ağdam Hərbi Polis Şöbəsi rəisinin xx.xx.N3-cü il tarixli, 7 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, şöbə rəisinin xx.xx.N4-cü il tarixli 49 nömrəli əmrilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N nömrəli əmrilə hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N24-cü il tarixli, 2/2-4572 nömrəli məktubundan görünür ki, iddiaçı F. T.Paşayevin xidmət etdiyi Lənkəran Hərbi Polis şöbəsi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından, həmçinin əməliyyatlara cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə etirməsi üçün ezam olunmasına dair məlumatlar olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi Ağdam Hərbi Polis şöbəsi döyüşlərdə iştirak edən hərbi hissələr siyahısında deyil və iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışından görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəni tərk etdiyinə görə 3-cü taborun əsgəri İddiaçı həmin tarixdən etibarən ştatdankənar çıxarılmış və bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, 264 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı məxsus xx.xx.NN-ci il tarixli SX № ******* hərbi biletdə qeyd olunmuşdur ki, xx.xx.N3-cü ildə xidmətə başlamış, xx.xx.N7-ci il tarixdə AR MN-nin NN0 nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.N24-cü il tarixli 2/2-4572 nömrəli məktubda göstərilmişdir ki, təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə İddiaçı xidmət keçdiyi Ağdam Hərbi Polis şöbəsi Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, əməliyyatlara cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağına dair məlumatlar olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tərtər Hərbi Prokrurluğu tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, N975-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər Hərbi Prokrorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, xx.xx.N3-cü il tarixdən Ağdam RHK-dan həqiqi hərbi xidmətə çağırılmış X2 Hərbi Polis Şöbəsi rəisinin N2 oktyabr N3-cü il tarixli 7 №-li əmrilə (əsas: § N, səh.-5; qeyd: əmrdə adı “Fəyyaz”, atasının adı “Teymur” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Ağdam Hərbi Polis Şöbəsi rəisinin NN oktyabr N4-cü il tarixli 49 №-li əmrilə (əsas: sıra-2N, səh.-N; qeyd: əmrdə atasının adı “Teymur” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı Teymur oğlu xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Ağdam rayonlararası hərbi polis şöbəsi tərəfindən ezamiyyət müddəti qurtarıb gəlmiş X4 N №-li hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 286 №-li əmrilə (əsas: §4, sıra-N7, səh.-99; qeyd: əmrdə adı “Fəyyaz”, atasının adı “Teymur” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) 3cü MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Teymur oğlu N №-li hərbi hissə komandirinin N3 dekabr N4-cü il tarixli 345 №-li əmrilə (əsas: § 7, sıra-4, səh.-96; qeyd: əmrdə atasının adı “Teymur” yazılmış, vəzifəsi qeyd olunmamışdır) ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Ağdam Hərbi Polis şöbəsinin N3-N4-cü il tarixlərində və Müdafiə nazirinin N5-N7-ci il tarixli əmrlərində N5-N7-ci il tarixlərində döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Bildirilir ki, N90 №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N saylı arayışı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı qeydiyyat kartasının həqiqi hərbi xidmət keçmə haqqında məlumat qrafasından görünür ki, N saylı hərbi hissədə xx.xx.N3-cü ildə xidmətə başlamış, N90 saylı hərbi hissədə xx.xx.N3-cü ildə xidmətə başlamış, xx.xx.N7-ci il tarixdə ehtiyata buraxılmış, əsas olaraq AR MN-nin NN0 saylı əmri qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, məktubda yazılmış N90 №li hərbi hissə komandirinin xx.xx.N7- ci il tarixli N №-li əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ehtiyata buraxılma üçün əsas olan xx.xx.N7-ci il tarixli NN0 №-li əmri verilməmiş və həmin əmrin verməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Digər tərəfdən qeyd olunan Əsasnamənin tələbinə görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən verilir. Məhkəmə əvvəla qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışından görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəni tərk etdiyinə görə 3-cü taborun əsgəri İddiaçı həmin tarixdən etibarən ştatdankənar çıxarılmış və bütün növ təminatları dayandırılmışdır. Lakin Tərtər Hərbi Prokrurluğunun məhkəməyə ünvanlanmış məktubuna əsasən, N975-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər Hərbi Prokrorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmədiyindən ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, 264 nömrəli arayışında İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Həmçinin İddiaçı hərbi qulluçuların qeydiyyat kartasında və hərbi biletdə göstərilmişdir ki, o, xx.xx.N3-cü ildə N saylı hərbi hissədə xidmətə başlamış, xx.xx.N3-cü ildə N90 saylı hərbi hissədə xidmətə başlamış və xx.xx.N7ci il tarixdə AR MN-nin NN0 saylı əmri əsasında ehtiyata buraxılmışdır. Lakin məhkəmənin sorğusu əsasında göndərilmiş Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N90 №-li hərbi hissə komandirinin xx.xx.N7- ci il tarixli N №-li əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ehtiyata buraxılma üçün əsas olan xx.xx.N7-ci il tarixli NN0 №-li əmri verilməmiş və həmin əmrin verməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.N və 85.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar