Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-303/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı soyadının və ata adının dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının dəyişdirilərək “Əhmədov”, ata adının isə “Tapdıq” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1981-ci ildə Goranboy rayonunda doğulmuşdur. Bioloji atası X6 olmuş və o, 1987-ci ildə vəfat etmişdir. Bioloji anası isə X3r və hazırda Goranboy rayonunda yaşayır. 1982-ci ildə hələ körpə uşaq olarkən ata-anası onu bibisi X4 və onun əri X1 övladlığa vermişlər. Raziyə Əhmədova xx xxxxxx 1998-ci ildə, Nurəddin Abdullayev isə xx xxxxxx 2017-ci ildə vəfat etmişlər. Onlar rəhmətə gedəndən xeyli müddət sonra məlum olmuşdur ki, bioloji atası X6, anası isə X7 olmuşlar. O, hazırda daşıdığı soyadını, ata adını bioloji atasıın adına və soyadına dəyişdirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncunun xx xxxxxx 2019-cu il tarixli, 05-q-34681 saylı cavab məktubunda Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» qaydalarının 6.4.-cü bəndinə formal olararaq istinad edilərək onun bu hüqüqdan istifadə etməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı və nümayəndəsi (vəkili) X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək İddiaçı soyadının dəyişdirilərək “Əhmədov”, ata adının isə “Tapdıq” kimi qeyd edilməsi vəzifəsinin cavabdehAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 05-Q-3468/15 nömrəli məktubu; - 21.08.2017-ci il tarixli, 876692 nömrəli və xx.xx.2017-ci il tarixli, 890931 nömrəli ölüm haqqında şəhadətnamələrin surətləri; - İddiaçıya məxsus Aze seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - 03.08.2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 476629 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxx 1981-ci ildə Goranboy rayonunda anadan olmuşdur. Bioloji atası X6 olmuş və o, 1987-ci ildə vəfat etmişdir. Bioloji anası isə X3r və hazırda Goranboy rayonunda yaşayır. 1982-ci ildə ataanası onu bibisi X4 və onun əri X1 övladlığa vermişlər. Raziyə Əhmədova xx xxxxxx 1998ci ildə, Nurəddin Abdullayev isə xx xxxxxx 2017-ci ildə vəfat etmişlər. Onlar rəhmətə gedəndən xeyli müddət sonra iddiaçıya məlum olmuşdur ki, bioloji atası X6, anası isə X7 olmuşlar. Buna görə də, bioloji atasının soyadına və adına uyğun olaraq iddiaçı soyadının dəyişdirilərək “Əhmədov”, ata adının isə “Tapdıq” kimi qeyd edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə inzibati orqanın imtina ilə bağlı hərəkətlərinin iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydiyyata alınır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinin tələblərinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin maddənin 4-cü bəndinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşı 18 yaşına çatdıqdan sonra onun öz adını və soyadını, atasının adını dəyişdirməsinə yol verilir ki, həmin maddənin tələblərinə əsasən də İddiaçı öz soyadını dəyişmək hüququ qanuni əsaslarla təsbit olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Əsas müddəaların 3-cü bəndinin tələblərinə əsasən vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.5-ci maddəsinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunan qanununvericiliyin normalarını rəhbər tutaraq, həmçinin işin faktiki hallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, İddiaçı bioloji atasının soyadına və adına uyğun olaraq öz soyadının və ata adının dəyişdirilməsi tələbi əsaslıdır. Həmçinin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 5/47 nömrəli məktubundan görünür ki, İddiaçı oğlunun Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkətinə dair Dövlət Sərhəd Xidməti tərəfindən hər hansı məhdudiyyət tətbiq edilməmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və vəkilinin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçı soyadının dəyişdirilərək “Əhmədov”, ata adının isə “Tapdıq” kimi qeyd edilməsi vəzifəsiAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı soyadının dəyişdirilərək “Əhmədov”, ata adının isə “Tapdıq” kimi qeyd edilməsi vəzifəsiAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-303/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-303/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver