Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-303/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əlillik dərəcəsinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2843/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunda anadan olmuşdur. Tərtər Rayon(şəhər) çağırış Komissiyası tərəfindən xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2011-ci ildə hərbi hissəyə göndərilmişdir. N aprel 2013-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli 75 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Tərtər SHXÇŞnə göndərilmişdir. xx.xx.2020-ci ildə Tərtər Rayon Şöbəsi Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21218 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra Naftalan ŞMX-da, oradan Gəncə şəhər Beynəlxalq xəstəxanasına, daha sonra Yeni Klinikaya, Primo hospitalına, xx.xx.2020-ci il tarixdə ETTOİ-na köçürülmüş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək "Sağ bud sümüyünün orta, aşağı 1/3-nin qəlpəli sınığı, cərrahi əməliyytaından sonrakı vəziyyət" diaqnozu ilə stasionar müalicədə olmuşdur, xx.xx.2020-ci il tarixdə "Xarici fiksator aparatı ilə korreksiyası" cərrahi əməliyyatı icra edilmişdir. xx.xx.2020-ci il tarixdə MN MHP-da şəhadətləndirilmişdir, ona 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir.xx.xx.2021-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək ETTOİda "Odlu silah yaralanması, sağ bud sümüyünün orta, aşağı 1/3-nin qəlpəli sınığı, xarici fiksator aparatı ilə osteosintezi cərrahi əməliyyatından sonrakı vəziyyət" diaqnozu ilə stasionar müalicədə olmuşdur, xx.xx.2021ci il tarixdə "Xarici fiksator aparatının demontalı" cərrahi əməliyyatı icra edilmişdir.xx.xx.2021-ci il tarixdə MN MHP-da "Xəstəliklər cədvəlinin 65 b maddəsi ilə şəhadətləndirilmişdir.Şikayətləri ilə əlaqədar SHXÇDX-nin Tərtər rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. SQ BKH-nın baş travmatoloqu ilə konsultasiyada olunmuşdur. xx.xx.2020 Naftalan ŞMX-da, xx.xx.2020xx.xx.2020-Gəncə Beynəlxalq xəstəxanasında, xx.xx.2020xx.xx.2020-ETTOİ-da, xx.xx.2020-MN MHP-da, 14.04. 202-26 .04.2021-ETTOİ-da, xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Xəstəlik haqqında Şəhadətnaməyə əsasən, obyektiv müayinənin məlumatları aşağıdakı kimidir:“Düzgün bədən quruluşludur, dayaq-hərəkət sistemi normal inkişafetmişdir, gözlə görünən patololi dəyişiklik müşahidə olunmur, dəri və görünən selikli qişaları adi rəngdədir, dərialtı piy qatı kafi inkişaf etmişdir, periferik limfa düyünləri böyüməyib, perkusiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Nəbzi 76 vurğudur, aritmikdir, A/T 120/70 mm.c.süt. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Dili nəm, təmizdir. Qarnı palpasiya zamanı yumşaq və ağrısızdır. Qaraciyər böyüməyib, dalaq əllənmir. Bel nahiyyəsində döyəcləmə simptomu hər iki tərəfdə ağrısızdır. Fiziololi aktları sərbəstdir”. Status localisə əsasən, sağ aşağı ətrafda şişkinlik qeyd edilir, sağ diz oynağının çapıqvətər mənşəli kontrakturası qeyd edilir, açma-170”, bükmə-110”-dır. Nevrolofi statusa əsasən, huş aydındır, kəllə-beyin sinirləri normadadır. Xüsusi müayinənin nəticələri isə belədir:”Qanın ümumi kliniki analizi (xx.xx.2021): Hb-17.2 q/l, Leyk10.45 x10"/ul, RBC-5.44 x105/ul, EÇS-8 mmisaat, Sidiyin ümumi kliniki analizi (xx.xx.2021): xüsusi cəkisi-1016, rəngi-sarı, reaksiyası-turş, zülalyox, şəkər-yoxdur. Abdominal USM (xx.xx.2021) qaraciyər, mədəaltı vəzi, böyrəklər, dalaq, patologiyasızdır. Öd kisəsi boşdur. ЕТТО-da müayinə olunmuşdur. R-n müayinəsi (xx.xx.2021): sağ bud sümüyünün diafizin aşağı 1/3-də qəlpəli, bitişmiş sınığı aşkar edilir, sınıq yarığı tam obleterasiya olunmayıb. R-qr (xx.xx.2021): Sağ bud sümüyünün diafizinin aşağı 1/3dəqəlpəli bitişmiş sınıq aşkar edilir. Sınıq yarığı tam obliterasiya olunmayıb sümüklər osteoparotikdir. Diz oynağı yarığı daralmayıb. Yumşaq toxumalarda millimetrik metal qəlpələr var. Karanial КТ müayinəsi (xx.xx.2020): Hər iki tərəfdə alın payının önündə subaraxnoidal sahə minimalgenişlənmişdir”. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nin qərarı: “Partlayış travması (xx.xx.2020): sağ budun dəlib-keçən qəlpə yaralanmasına, bud sümüyünün diafizinin orta 1/3-nin açıq, qəlpəli, sümük defektli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, bud sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020), İlizarov aparatın remontalı (xx.xx.2021) və aparatın demontafindan (xx.xx.2021) sonrakı sümük defekti ilə bitişmiş sinığı, sağ diz oynağının çapıq-əzələ mənşəli kontrakturası, funksiyanın mühüm dərəcədə pozulması ilə. İkitərəfli xroniki koxlear nevrit. ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 (iki), sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə”. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı belədir:”Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”səbəb əlaqəsi ilə təsdiq olunur”. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli arayışda da qeyd edilir ki, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəlpə yarası almışam. Döyüşlərin davam etməsi səbəbindən hərbi hissədən travma haqqında arayış təqdim edilməmişdir. Diaqnoz və xəsarətin(travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı:”Odlu silah yaralanması(xx.xx.2020). Sağ bud sümüyünün orta-aşağı 1/3-nin qəlpəli sınığının XFA-ilə osteosintezindən(xx.xx.2020) sonrakı vəziyyət. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1a əsasən:” Müharibə iştirakçısıdır, müharibə vaxtı xəsarət almışdır. Baş ağrılarından, yuxusuzluqdan, əsəbilikdən şikayət etmişdir. Müalicə üçün RPX-sına qəbul olunmuşdur”. xx.xx.2022-ci ildə Respublika Neyrocərrahiyyə Xəstəxanasında elektroensefaloqrafiya müayinəsi olunmuşdur. Müayinə nəticəsi belədir:” Zəmin ritm(alfa) zəif ifadə olunur, voltaii, indeksi aşağıdır. Ortadiensefal strukturların labilliyi dominantlıq edir. Paroksizmal dəyişikliklər aşkar olunmur”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X2 tərəfindən təqdim edilən arayışa əsasən, 11 may 2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə edilmişdir. Diaqnoz isə belədir:”Postkommosion sindrom FO7.2, Posttravmatik stres pozuntusu depressiv əlamətlərlə F43.1”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.2022-ci ildə qiymətləndirilmişdir. Diaqnoz belədir:”Posttravmatik stress pozğunluğu, Postkontuzion sindrom, Posttravmatik sindrom. Kəllədaxili travma. Retroqrad amneziya. Dəqiqləşdirilməmiş depressiv epizod. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr”.Əlil və ya sağlamlıq imkanının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən, imtina edilib. Səbəb isə diaqnoz əlillik əlaməti təyin etməməsidir. Onun xəstə olduğunu, xəstəlikdən müalicə olunduğunu təsdiq edən resept blanklarını iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 s nğmrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 aprel 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ********* nömrəli Resept Blankı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli Resept Blankı, Respublika Neyrocərrahiyə Xəstəxanasının müayinə protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Psixi Sağlamlıq Mərkəzi » X2n 11 may 2022-ci il tarixli, 4863 nömrəli məktubu, Xəstəlik Haqqında 21218 nömrəli Şəhadətnamə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 9120 nömrəli arayışı, İddiaçı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası İ-2467 nömrəli Medal Vəsiqəsinin surəti, Azərbaycan Respublikası İ-2591 nömrəli Medal Vəsiqəsinin surəti, Azərbaycan Respublikası İ-21352 nömrəli Medal Vəsiqəsinin surəti, AO ******* nömrəli Hərbi Biletin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surəti, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-cı il tarixli müayinə olunan şəxs barədə məlumatın surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi » X2 tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli, 594 nömrəli məktubla təqdim edilmiş T 33/2023 saylı eksper rəyi, 077896 nömrəli X1 əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14 fevral 2023-cü il tarixli, T 33/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş « Posttravmatik stress pozğunluğu, postkontuzion sindrom, posttravmatik sindrom, kəllədaxili travma, dəqiqləşdirilməmiş depressiv epizod, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr « diaqnozu xəstənin anamnestik, kliniki, laborator – instrumental müayinələri əsasında qoyulmuş, şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-da müayinəsi zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyil. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Vətəndaşın əlillik vəziyyəti haqqında” **********8 nömrəli, 12 delabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisənin göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Şəxsin əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən xəstəlik və ağırlaşmalar aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20215-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-303/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-303/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver