Məhkəmə qərarları › İş №2-1(114)-3039/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3039/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3039/2025 12.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar Qəribova (Arslan) Sehran Qinyaz qızı və İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 398335 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur, ata qrafasında X12,ana qrafasında isə X6 qeyd olunmuşdur. İ-ЗЖ 106980 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur, ata qrafasında X12,ana qrafasında isə X6 qeyd olunmuşdur. İİ-СЛ 224923 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur, ata qrafasında X14,ana qrafasında isə X6 qeyd olunmuşdur. X15 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir, bu barədə xx.xx.2014-cü il tarixində ölüm haqqında akt qeydi tərtib edilmişdir. X10 və İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabietinin xx.xx.2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qelydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. İtmiş qeydlərin bərpası qeydiyyat orqanında tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, müraciət təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək doğum faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunur. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus olan doğum haqqında şəhadətnamələrində valideynlər qrafasında atalarının “Qinyaz” kimi yazılmış ata adında düzəliş edilib olduğu kimi “Knyaz” yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəribova (Arslan) Sehran Qinyaz qızı xx.xx.1971 -ci ildə anadan olmuşdur, Amasiya rayonunun Quzukənd kənd Sovetliyindən verilmiş doğum haqqında şəhadətnaməm erməni dilində olan blankda Azərbaycan dilində kiril əlifbası ilə yazılmışdır. Valideynlər qrafasında ata kimi X12, ana kimi X8 yazılmışdır. Onun uşaqlarının doğum haqqında şəhadətnamələrində valideynlər qrafasında onun ana kimi ata adı Knyaz kimi yazılmışdır. İddiaçı xx.xx.1973-cü ildə anadan olmuş, Amasiya rayonunun Quzukənd kənd Sovetliyindən verilmiş doğum haqqında şəhadətnaməm erməni dilində olan blankda Azərbaycan dilində kiril əlifbası ilə yazılmışdır. Valideynlər qrafasında ata kimi X12, ana kimi X8 yazılmışdır. Onun uşaqlarının doğum haqqında şəhadətnamələrində valideynlər qrafasında ana kimi onun ata adı Knyaz kimi yazılmışdır. X1 17.01,1977-ci ildə anadan olmuş, Amasiya rayonunun Quzukənd kənd Sovetliyindən ona verilmiş doğum haqqında şəhadətnamə erməni dilində olan blankda yazılmışdır. Valideynlər qrafasında ata kimi X14, ana kimi X8 yazılmışdır. 1988-ci ildən başlamış Ermənistanda yaşayan emənilərin azərbaycnlılara qarşı etdikləri zorakılıq halları üzündən 1988-ci ilin yanvar ayında digər həmkəndliləri kimi onlar da yaşadıqları kənddən qovulmuşlar. Göygöl rayonuna gəlib məskunlaşmışlar. Hazırda onlara verilmiş doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsi üçün şəhadətnamələri vermiş keçmiş Ermənistan SSR-in Amasiya rayonunun Quzukənd kəndinə getmək mümkün olmadığından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əısasən Cavabdehnə müraciət etmişlər sonuncu tərəfindən imtina cavabı verilmişdir. X2 məxsus hərbi biletdə onun adı olduğu kimi “Knyaz” yazılmışdır. Göygöl rayonunun Çaykənd kəndində xx.xx.2005-ci il tarixdə onların ailə üzvülərinə - atası X11, anası X4, İddiaçı Knyaz qızına və qardaşıX13na verilmiş 0,17 ha torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-336F, kod 50800058 №-li şəhadətnamədə ata adı olduğu kimi Knyaz yazılmışdır. İddiaçıların etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəisnin iştirakını təmin etməmiş üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.1973-cü ildə Ermənistan, Amasiya rayonu, Quzukənd kəndində anadan olması ata adının X14, ana adının isə X6 qeyd edilməklə və X5 isə xx.xx.1971-ci ildə Ermənistan, Amasiya rayonu, Quzukənd kəndində anadan olması ata adının X14, ana adının isə X6 qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə olunmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçılara məxsus olan doğum haqqında şəhadətnamədə ata adları Qinyaz kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçıların ata adının Knyaz olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçıların ata adına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçılara məxsus doğum haqqında şəhadətnamədə qeydində səhvə yol verilmiş, iddiaçının adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı xx.xx.1973-cü ildə Ermənistan, Amasiya rayonu, Quzukənd kəndində anadan olması ata adının X14, ana adının isə X6 qeyd edilməklə və X5 isə xx.xx.1971-ci ildə Ermənistan, Amasiya rayonu, Quzukənd kəndində anadan olması ata adının X14, ana adının isə X6 qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1973-cü ildə Ermənistan, Amasiya rayonu, Quzukənd kəndində anadan olması ata adının X14, ana adının isə X6 qeyd edilməklə və X5 isə xx.xx.1971-ci ildə Ermənistan, Amasiya rayonu, Quzukənd kəndində anadan olması ata adının X14, ana adının isə X6 qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar