Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-304/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı kirayə pulunun və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona kirayə pulunun və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən Penitesiar Xidmətində xidmətə başlamış, əvvəlcə xidmətini Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında keçirmiş, 20 fevral 2019-cu ildən 10 mart 2022-ci ilədək xidmətini Ədliyyə Nazirliyinin Pentensiar Xidməti Bakı şəhəri Binə qəsəbəsində yerləşən X1 nəzarətçi vəzifəsində xidmət etmişdir. İddiaçının yeganə yaşayış yeri qeydiyyatda olduğu Goranboy rayon Baxçakürd kəndindədir. Lakin Bakıda işlədiyi müddət məcbur olub ailəsi ilə bir yerdə ayda 400 manat olmaqla Bakı şəhəri Zabrat 1, X5 küçəsi 6b ünvanında kirayədə yaşamışdır. Kirayədə yaşadığı dövrdə qanunauyğun olaraq cavabdeh təşkilata müraciət edərək kirayə haqqının ödənilməsini xahiş etsə də, ona kirayə haqqı ödənilməmişdir. Bundan başqa, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Lakin 19 illik xidmət müddəti ərzində ona qeyd olunan müavinətdən cəmi 4 dəfə, yəni dörd illik müavinət ödənilmişdir. Bununla bağlı iddiaçı ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin həmin orqandan hər iki məsələyə görə ona imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, kirayədə qalması ilə bağlı kirayə müqaviləsi bağlamamışdır, həmçinin xəstəliklə bağlı müavinətin ödənilməsi ilə bağlı işlədiyi dövrdə cəmi bir dəfə rəsmi müraciət etmiş, lakin ödəniş olunmamışdır, digər illərdə isə müraciət etməmişdir. Bundan əlavə, müalicə ilə bağlı müavinəti pensiyaya çıxdığı dövrdən sonrakı dövr üçün tələb etməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ədliyyə orqanlarının əməkdaşlarına mənzil kirayəsi üçün pul kompensasiyası əməkdaşın raportu və müvafiq sənədlər əsasında ödənilir (Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən işçinin qulluq keçdiyi müvafiq qurumun yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış; mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə və sair.) Qeyd etmək lazımdır ki, müəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir. İddiaçı xidmət keçdiyi müddət ərzində mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi ilə bağlı müraciət etməmiş və bununla bağlı kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı xidmət etdiyi illər ərzində müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət üçün müraciət etdiyi illərdə birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət olunmadığından müavinət ödənilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qulluq keçmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 52 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş diaqnoz xəstəlikdir, xidmət dövründə alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli, 17/7-13955 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qulluq keçmişdir. Qulluq keçdiyi müddətdə kirayədə yaşadığını, buna baxmayaraq mənzil kirayəsi üçün pul kompensasiyası almadığını bildirmişdir. Eyni zamanda, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində verilən birdəfəlik müavinəti 20 illik xidməti dövründə cəmi 4 dəfə almışdır. Mənzil kirayəsi üçün pul kompensasiyası və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin ikinci cümləsinə əsasən xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 37.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. İddiaçı xidmət keçdiyi müddət ərzində kirayə mənzildə yaşadığını iddia etsə də, mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi ilə bağlı müraciət etməmiş və müvafiq sənədləri (mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə və.s) təqdim etməmişdir. Bu səbəbdən də, ona mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi mümkün hesab edilə bilməz. Bundan əlavə, qeyd edilməlidir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu 26 may 2006-cı il tarixdə qəbul olunub. Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinci cümləsinə əsasən ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları" "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Qaydaların 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Göründüyü kimi, sözügedən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. İddiaçı xidmət etdiyi illər ərzində müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət üçün müraciət etdiyi illərdə birdəfəlik müavinət verilmiş, digər illərdə isə müraciət olunmadığından cavabdeh tərəfindən ona müavinət ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı kirayə pulunun və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-304/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-304/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver