Məhkəmə qərarları › İş №2-1(114)-3048/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3048/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3048/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8 və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil- Kommunal İstismar Sahəsi) qarşı üçüncü şəxs X3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1nin 4 otaqlı yaşayış sahəsi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir.

2. Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 96 nömrəli arayışına əsasən İddiaçı, o cümlədən onun ailə tərkibində X1 şəhəri, yeni 5 mərtəbəli binalar yaşayış massivi qəsəbəsi, bina 11, mənzil 24 ünvanında müvəqqəti məskunlaşmışdır.

3. Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/xx/xx/032320/24 nömrəli arayışından görünür ki, X8 iddiaçının ailə üzvləri sırasına aid deyil.

4. İddiaçı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

5. 14.04.2022-ci il tarixli AZ-İ 404238 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən, X9 və X4 nikahı Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir.

6. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X2 rayonu, Təzəkənd Ə/D, Ərdəşəvi kəndində qeydiyyatdadır. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Laçın rayon Polis şöbəsinə (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X3 ünvan 1nə olan qeydiyyatının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, milliyyətcə azərbaycanlıdır,xx xxx 1960-cı ildə Azərbaycan Respublikasının Laçın rayonunda anadan olmuş və hazırda məcburi köçkün kimi yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Məhkəməyə təqdim etdiyi Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin surətindən görünür ki, ona və ailə üzvülərinə 02 iyul 2012-ci il tarixli 24 saylı müqavilə ilə Goranboy şəhəri beş mərtəbəli yaşayış kompleksinin 11-ci binasından 24 nömrəli 4 otaqdan ibarət olan mənzil verilmişdir. Üçüncü şəxs onun keçmiş gəlini olmuşdur. 2014-cü ildə oğlu X9 ilə ailə qurmuşdur və Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ayrılmışdır. Üçüncü şəxs Günay Paşayeva ilk gündən onlardan ayrı yaşamışdır və hazırda da ayrı yaşayır. Onların yaşadıqları mənzildə isə formal olaraq pasport qeydiyyatındadır. Məhkəməyə təqdim etdiyi Kirayə Müqaviləsində və AR Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx-2024-cü il tarixli 96 saylı arayışından da görünür ki, Günay Paşayeva onun ailə üzvü deyildir. Ona görə də, o üçüncü şəxs-X5 onun istifadə və sahibliyində olan evdə formal olaraq pasport qeydiyyatda olduğu üçün Laçın rayon Polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, üçüncü şəxsin onun mülkiyyətində olan evdən pasport qeydiyyatından çıxarsın. Laçın rayon Polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin ona ünvanladığı 09 may 2024-cü il tarixli 3-13-94 /2- 3427/2024 saylı məktubundan məlum olur ki, ərizəsi müsbət həll olunmur. Ona təklif olunur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət edir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl Cavabdeh ilə əvəz edilmiş, iddia tələbi “X3 ünvan 7 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ilə X8 zəruri, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək məhkəmə hazırlıq ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

14. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

15. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

16. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, üçüncü şəxs onun keçmiş gəlini olmuş və oğlu ilə aralarında olan nikahları pozulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyi tərəffindən Günay Paşayevanın ona məcburi köçkün kimi dövlət tərəfindən verilmiş mənzildə qeydiyyatda olduğunu bildirdiyi üçün onun həmin mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. Belə ki, həmin şəxs onun ailə üzvü deyildir və həmin mənzildə yaşamır.

Əsaslandırma hissəsi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

20. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi X3 ünvan 7 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir.

21. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, üçüncü şəxs X2 rayonu, Təzəkənd Ə/D, Ərdəvəşi kəndində ünvanında qeydiyyatdadır.

22. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyi tərəfindən Günay Paşayevanın ona məcburi köçkün kimi dövlət tərəfindən verilmiş mənzildə qeydiyyatda olduğunu bildirdiyi üçün onun həmin mənzildən qeydiyyatdan çıxarılmasını istədiyini, üçüncü şəxs onun keçmiş gəlini olmaqla, oğlu ilə aralarında olan nikahlarının pozulduğunu, artıq onun ailə üzvü olmadığını və həmin mənzildə yaşamadığını bildirmişdir.

23. Lakin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 96 nömrəli arayışında İddiaçı, o cümlədən onun ailə tərkibində X3 ünvan 2 ünvanında müvəqqəti məskunlaşdığı qeyd edilmişdir.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslərüçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

25. Göründüyü kimi, üçüncü şəxs iddiaçının onun qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan 1ndə deyil, Laçın rayonu, Təzəkənd Ə/D, Ərdəvəşi kəndində ünvanında qeydiyyatdadır.

26. Məhkəmə xüsusilə qeyd edir ki, məcburi köçkünlərin məcburi köçkün düşdükdən sonra dislokasiya yeri üzrə müvəqqəti qeydiyyata alınmaları mövcud olduğundan, üçüncü şəxsin ünvan 1ndə məcburi köçkün olaraq müvəqqəti qeydiyyatının olması halında belə, belə qeydiyyat onun yaşayış yeri və yaxud olduğu yer üzrə qeydiyyat sayılmır.

27. Həmin qeydiyyat Dövlətin məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması və s. istiqamətində apardığı siyasətin tərkib hissəsi olaraq işğal nəticəsində ölkə daxilində öz yaşayış yerlərini dəyişən şəxslərin – məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində uçot və qeydiyyatının aparılması məqsədilə Qaçqınların və X6 Dövlət Komitəsinin şəhər və rayonlardakı nümayəndəlikləri tərəfindən aparılır.

28. Yəni, məcburi köçkünlərin qeydiyyatı dedikdə, işğal tarixindən sonra onların faktiki olaraq, hal-hazırda harada yaşaması, dislokasiyası nəzərdə tutulur. Bu qeydiyyat isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı ehtiva etmir.

29. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə, yəni onun hər hansı hüququnun pozulması halı mövcud deyildir.

30. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

31. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar