Məhkəmə qərarları › İş №2-1(114)-3053/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3053/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3053/2025 02.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X31, X25, X32, X18, X26, X3, X4, X12 və X5) “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X19 adına verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon AİK-nin 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən X27, X13, X20 və X17 0.16 ha həyətyanı torpaq sahəsi ayrılmış və onların adlarına JN 669A KOD 50400098 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Torpaq mülkiyyətçilərindən X28 İddiaçı1 əri və uşaqlarının atası olmuşdur. O, 08 iyul 2004-cü ildə vəfat etmişdir. İddiaçının ərizəsi əsasında Şəmkir rayon notariat ofisində xx.xx.2020-ci il tarixdə 177 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı1, X21, İddiaçı2 və İddiaçı3 müəyyən edilmişdir. Mərhum qaynatası X36 30 mart 2006-cı ildə ölmüşdür. X1 mərhum X27 münasibətdə özünü ilkin vərəsə tanıdaraq, Sabirkənd kəndində yerləşən 0.16 ha (faktiki 0.1583 ha) həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair X19 adına tam mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarış almışdır. Bundan sora isə təkcə öz adına miras torpaq sahəsinə və üzərindəki evə dair xx.xx.2007-ci il tarixdə reyestrdə 2v-186 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır. Hansı ki, həmin vaxt iddaçının qızları Ləman və Əfsanə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin tələbləri baxımından miras qoyan X19 bərabər hüquqlu vərəsələri olmuşlar. Çıxarış verilərkən iddiaçının əri X14 08 iyul 2004-cü ildə öldüyü və iddiaçı və qızlarının onun vərəsəsi olduğu nəzərə alınmamışdır. Eləcə də X19 30 mart 2006-cı ildə öldüyü və Xədicə Yusifova ilə birlikdə iddiaçının qızlarının da onun vərəsəsi olduğu nəzərə alınmamışdır. Nəticədə ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışda paylı mülkiyyətçilərdən təkcə mərhum X19 adı qeyd edilmişdir. Hansı ki, reyestrdən çıxarışda hər iki mərhumun adları göstərilməli idi. Bu səbəbdən də, yəni JN 669A KOD 50400098 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışda, torpaq sahəsinə münasibətdə iddiaçının əri X14 adının da qeyd edilməməsi paylı mülkiyyətdə olan 0.16 ha həyətyanı torpaq sahəsinin X14 payının iddiaçıya düşən hissəsindən məhrum olmuşdur. Belə olan təqdirdə iddiaçı DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə ərizə verərək, sözügedən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina edilərək, çıxarışın ləğvinin yalnız məhkəmə qərarı əsasında mümkün olduğu bildirilmiş və aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-272/2021 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, X19 adına verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(104)-400/2021 nömrəli qərarına əsasən, iş üzrə üçüncü şəxs X31 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-272/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3053/2025 nömrəli qərardadı ilə X15 nümayəndəsi-Vəkil tərəfindən verilmiş vəsatət təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-272/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3053/2025 nömrəli qərardadı ilə X31 və X25 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3053/2025 nömrəli qərardadı ilə X32, X18, X26, X3, X4, X12 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə etiraz daxil olmuş, etiraz belə əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli 53 saylı qərarı ilə X36, X21, X20 və X14 adına JN-669A KOD 50400098 nömrəli (0.16 hektar) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. JN-669A KOD 50400098 nömrəli (0.16 hektar) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X19 adına xx.xx.2007-cü il tarixli ********* qeydiyyat və **********07-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Qeyd olunan ünvana dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən digər şəxsin adına çıxarış verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxslər tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçılar və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X33 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları 1986-cı il noyabr tarixli, 414 inventar nömrəli texniki pasportdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən fərdi yaşayış evi X27 məxsusdur. JN-669A kod 50400098 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə X36, X21, X31 və X17 Şəmkir rayon Sabirkənd kəndi ərazisindən 0.16 ha torpaq sahəsi verilmişdir. xx.xx.2002-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X28 ilə X8 xx.xx.2002-ci il tarixdə nikahı bağlanılmış, ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. xx.xx.2004-ci il tarixli, AZ-İ 091329 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2004-ci il tarixdə ölmüşdür. Şəmkir Rayon İcra Hakimiyyəti başıçısının Sabirkənd kənd İnzibati Ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 926 nömrəli arayışından görünür ki, X2 rayonu, Sabirkənd kəndində yaşayır. Mərhum həyat yoldaşı X19 adına olan ev öz şəxsi hesabına 1982-ci ildə tikilmişdir. Sağ qonşusu X6, sol qonşusu X29, arxa qonşusu X7r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir rayonu, Sabirkənd kəndində mülkiyyətində olan 0.1583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 2616 nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.2002-ci il ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, bu barədə xx.xx.2002-ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsində 937 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası milliyətcə azərbaycanlı X28, anası milliyyətcə azərbaycanlı İddiaçı1dır. Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 2617 nömrəli arayışından görünür ki, İddiaçı3 xx.xx.2003-cü il ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, bu barədə xx.xx.2003-cü il tarixdə Şəmkir rayon Sabirkənd kənd icra nümayəndəliyində 33 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası milliyətcə azərbaycanlı X28, anası milliyyətcə azərbaycanlı İddiaçı1dır. Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 2618 nömrəli arayışından görünür ki, X36 xx.xx.2006-cı il ildə Şəmkir rayonu, Sabirkənd kəndində vəfat etmiş, bu barədə xx.xx.2006-cı il tarixdə Şəmkir rayon Sabirkənd kənd icra nümayəndəliyində 08 №li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm səbəbi: İnsult. Kriz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.1583 ha torpaq sahəsinə və üzərində fərdi yaşayış evinə X19 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Hər hansı bir əmlaka dair verilmiş çıxarışın ləğvi yalnız məhkəmə qərarı əsasında mümkündür. xx.xx.2020-ci il tarixli, AZ-İİ 123237 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X19 adına xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. 20 iyun 2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında qeyd olunan 0.1583 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X9 adına xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 0.1583 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Xədicə Yusifova tərəfindən 13 noyabr 2008-ci il tarixli Bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmiş, X15 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları

14. Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İİ və İİİ Fəsillərin məlumatlarının silinməsi

41. İİ və İİİ fəsillərin məlumatlarının silinməsi üçün əsaslar İİ və İİİ fəsillərdə qeydiyyata alınmış hüquqlar və məhdudlaşdırma ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir.

42. İİ və İİİ fəsillərin silinməsi qaydası 42.1. İİ və İİİ fəsillərin məlumatları həmin məlumatların əks etdirildiyi vərəqin üz tərəfinə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulması ilə silinir. Bu cür silinmə ştampda müvafiq hüququn və ya məhdudlaşdırmanın ləğv edilməsinin qeydiyyatı tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilməklə onun imzası ilə rəsmiləşdirilir. 42.2. Əgər hüquq onun başqa şəxsə keçməsi və məhdudlaşdırma onun başqa şəxsin xeyrinə yaranması ilə əlaqədar ləğv edilirsə, silmə ştampında əlavə olaraq yeni hüququn və məhdudlaşdırmanın yaranmasının əks etdirildiyi vərəqin nömrəsi də göstərilir. 42.3. Kağız üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərinin məlumatlarının silinməsi üçün həmin fəsillərin müvafiq vərəqlərinin arxa tərəfində "Sənədlər - əsaslar" qrafasına hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi üçün əsas olmuş sənədlər haqqında məlumatlar daxil edilir. 42.4. Elektron daşıyıcıları üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərində yeni hüquq sahibinə keçmədən hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi barədə məlumatlar həmin hüququn və ya məhdudlaşdırmanın əks etdirildiyi vərəqin arxasınca gələn və eyni cür nömrələnən ayrıca vərəqə daxil edilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçılar hazırkı iddia tələbi üzrə X19 adına olan xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş edirlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir rayonu, Sabirkənd kəndində mülkiyyətində olan 0.1583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən göstərilən qeydin aparılmasına əsas olan sənədlər sorğu edilmiş, daxil olan sənədlərdən müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində qeydin aparılmasına əsas olan sənəd JN-669A kod 50400098 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmuşdur. JN-669A kod 50400098 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə X36, X21, X31 və X17 Şəmkir rayon Sabirkənd kəndi ərazisindən 0.16 ha torpaq sahəsi verilmişdir. Mübahisələndirilən qeydin aparılmasına əsas olan göstərilən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəmkir rayon Sabirkənd kəndi ərazisindən 0.16 ha torpaq sahəsi X36 ilə yanaşı həmçinin X21, X31 və X14 mülkiyyətinə verilmişdir. Lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair mülkiyyət hüququ heç bir əsas olmadan yalnız X19 adına qeydiyyata alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış mübahisələndirilən qeyd qanunsuz olmuş və ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarında göstərilmişdir ki, hüquqların ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qeydiyyata alınmış hüquqlar ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu, Sabirkənd kəndində 0.1583 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair X19 mülkiyyət hüququ barədə aparılmış xx.xx.2007-ci il tarixli, ********* nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş iddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu, Sabirkənd kəndində 0.1583 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair X19 mülkiyyət hüququ barədə aparılmış xx.xx.2007-ci il tarixli, ********* nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar