Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3061/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin bölgü sxeminin hazırlanması və həmin əmlaka dair mülkiyyət sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 2-ci dalanda yerləşən 0.1077 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bölgü sxeminin hazırlanması və həmin əmlaka dair mülkiyyət sənədinin verilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Resyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********92- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi, 2-ci dalanda 0.1077 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 8 otaqlı, 213.9 kv.m yaşayış, 257.3 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin 1/6 hissəsi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətinə verilmişdir. Belə ki, həmin mülkə 1/6 hissədə payı olan X5 öz payını iddiaçıya satmışdır. İddiaçı həmin payı aldıqdan sonra həmin ərazidə digər mülkiyyətçilər kimi tikinti işləri aparmışdır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1853 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə həmin tikililər qeydiyyata alınmışdır. Həmin sərəncamın 3-cü bəndinə əsasən, bu tikililər qeydiyyata alındıqdan sonra cavabdeh orqan tərəfindən mülk sahiblərinə müvafiq qaydada mülkiyyət hüququ verən sənədlər verilməsi nəzərdə tutulmuşdur. Lakin uzun müddətdir ki, iddiaçının əmlakına olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilir. İddiaçı son olaraq, 2024-cü ilin əvvəllərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, fərdi yaşayış evinin sxematik bölgüsünün aparılması və mülkiyyət sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın nümayəndələri tərəfindən ünvana baxış keçirilmiş və qısa müddətdə cavab veriləcəyi bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müraciətə baxıldığı, lakin əmlaka baxış keçirilməsinə şərait yaradılmadığı üçün bölgü sxeminin hazırlanmasının mümkün olmadığı bildirilmişdir. Halbuki, iddiaçı tərəfindən fərdi yaşayış evinə baxış keçirilməsi üçün müvafiq şərait yaradılmışdır. İddiaçı hesab edir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi bütün sənədləri qanuni şəkildə qaydasında olsa da cavabdeh təşkilat əmlaka dair mülkiyyət sənədinin verilməsindən əsassız olaraq imtina edir. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X1, X6, X3, X7 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli, **********92-10301 reyestr nömrəli, 179-16 inventar nömrəli texniki pasporta əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyektləri İddiaçı, X1, X6, X3, X7 və X4r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1-də yerləşən fərdi yaşayış evinin sxematik bölgüsünün hazırlanması üçün müayinə baxışına və ölçü işləri aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçı fərdi yaşayış evinin bölgü sxeminin hazırlanması və bölgüyə uyğun ona əmlaka dair mülkiyyət sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” məktubda qeyd edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1də yerləşən fərdi yaşayış evinin sxematik bölgüsünün hazırlanması üçün müayinə baxışına və ölçü işləri aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində, publik hüquqi şəxsin bölgü sxeminin hazırlanması kimi vəzifəsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, bölgü sxeminin hazırlanması cavabdehin qanunvericilikdə nəzərdə tutulan vəzifəsi deyil. Belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1-də yerləşən fərdi yaşayış evinin bütün paylı mülkiyyətçilərinin razılığı olduqda cavabdeh tərəfindən bölgü sxemi tərtib edilə bilər ki, həmin bölgü sxemində də bütün mülkiyyətçilərin razılığı ifadə olunmalıdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan görünür ki, qeyd olunan fərdi yaşayış evi üzrə baxış keçirilməsinə və ölçü işləri aparılmasına şərait yaradılmamışdır. Bölgü ilə bağlı razılıq olmadığı təqdirdə isə iddiaçı qeyd olunan fərdi yaşayış evinin digər mülkiyyətçilərinə qarşı müvafiq tələblə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin üzərinə fərdi yaşayış evinə dair bölgü sxeminin hazırlanması kimi vəzifə qoyula bilməz. Ona görə də İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin bölgü sxeminin hazırlanması və həmin əmlaka dair mülkiyyət sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin bölgü sxeminin hazırlanması və həmin əmlaka dair mülkiyyət sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3061/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3061/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver