Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3062/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın reyestr qeydinin qismən ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X14 və üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı ünvan 1 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin X4 adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestr qeydinin İddiaçı ASC-nin mülkiyyətində olan 2 (iki) sot torpaq sahəsinə dair hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin 08 dekabr 2005-ci il tarixli 18 saylı əmri ilə təsdiq edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 003365 saylı Müəssisə və obyektin texniki pasportundan görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı ASC-nin tikintialtı sahəsi 2467.7 kv.m, ümumi sahəsi 2152 kv.m, əsas sahəsi 1043.6 kv.m, köməkçi sahəsi 1108.4 kv.m-dir.
2. xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X6, X8, X5 və X3 şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 37.5 kv.m-dən ibarət fərdi yaşayış evini 0.0622 ha torpaq sahəsi ilə birlikdə X1.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 0,0622 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 37.5 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. 12.01.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 385 kv.m torpaq sahəsini X2.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,0385 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,0876 ha torpaq sahəsi və həmin torpaq shaəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. xx.xx.2022-ci il tarixli 24296 nömrəli texniki pasporta və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4381/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4620/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ASC-nin hazırki tələblə bağlı, həmçinin digər hər hansı qeyri-yaşayış binası və ya torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciəti olmamışdır və hər hansı qeyri-yaşayış binası və ya torpaq sahəsi üzərində İddiaçı ASC-nin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. II. Məhkəmədə icraat
10. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, Nizami küçəsində yerləşən 118 saylı qeyri-yaşayış sahəsi üzərində üçüncü şəxs X4 adına verilmiş DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın İddiaçı ASC-nin mülkiyyətində olan 0,02 ha hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsinin sədrinin 08 dekabr 2005-ci il tarixli 18 saylı əmri ilə təsdiq edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 003365 saylı Müəssisə və obyektin texniki pasportundan göründüyü kimi, ünvan 2 ünvanda yerləşən İddiaçı ASC-yə məxsus ümumilikdə 20843.7 kv.m torpaq sahəsi vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “X11” xx.xx.2000-ci il tarixli VÖEN ********** saylı qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Bərdə şəhəri Nizami küçəsində yerləşən 118 saylı qeyri-yaşayış sahəsinin nizamnamə kapitalı ona məxsudur. Həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən uzun illərdir ki, istifadə edirlər və onun qanuni sahibliyindədir. Bu günlərdə hazırkı iş üzrə üçüncü şəxs Elnarə İbrahimova Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsini özbaşına zəbt edərək işlər görməyə başlamışdır. Özbaşınalıqlarının dayandırılmasını xahiş və tələb etdikdə isə heç bir əhəmiyyət vermir və qanuni tələblərinə məhəl qoymur və onlara bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 21A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-nin mülkiyyət hüququ 2007-ci ildə, Elnarə İbrahimovanın mülkiyyət hüququ isə 2022-ci ildə qeydə alınmışdır. Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsinin E.İbrahimova tərəfindən zəbt edilməsi fəaliyyətlərinə mənfi təsir göstərir. Hesab edir ki, Bərdə şəhəri Nizami küçəsində yerləşən 118 saylı qeyri-yaşayış sahəsi qanuni əsaslarla İddiaçı ASC-nin mülkiyyətində olduğundan, üçüncü şəxs X4 mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat etibarsız hesab edilməsinə zərurət yaranmışdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin hüquqi yardımından sonra iddiaçının nümayəndəsi X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin X4 adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestr qeydinin İddiaçı ASC-nin mülkiyyətində olan 2 (iki) sot torpaq sahəsinə dair hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
14. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
16. İddiaçının nümayəndəsi və üçüncü şəxsin vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
17. İddiaçının nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirdiyi torpaq sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olması iş materiallarında olan texniki pasportla təsdiq olunur. ASC-nin başqa mülkiyyət sənədi yoxdur. O, üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi ilə bağlı cavabdeh orqana müraciət etməmişdir.
19. Üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirməklə, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir.
20. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X9 xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında fiziki şəxslər olan Mirzəliyevlərdən Bərdə şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 37.5 kv.m-dən ibarət fərdi yaşayış evini 0.0622 ha torpaq sahəsi ilə birlikdə almışdır. Daha sonra üçüncü şəxs evi sökərək yerində yenidən ikimərtəbəli ev inşa etdirmiş və evin qabaq hissəsində olan 385 kv.m torpaq sahəsini də Bərdə bələdiyyəsi ilə bağladığı alğı-satqı müqaviləsi əsasında satın almış, bununla da torpaq sahəsinin ölçüsü 0.10 ha təşkil etmişdir. Həmin torpaq sahəsinin qabaq hissəsi (evə münasibətdə) Təbriz küçəsinə, arxa hissəsi isə Nizami küçəsinə baxır. İddiaçı ASCnin onun mülkiyyətində olduğunu iddia etdiyi 2 sot torpaq sahəsi üçüncü şəxsin fiziki şəxslərdən alqı-satqı yolu ilə satın aldığı 0.0622 ha torpaq sahəsinin içində yerləşir, hansı ki, sözügedən torpaq sahəsi dövlət reyestrindən çıxarış əsasında həmin şəxslərin mülkiyyətində olmuş və üçüncü şəxsə satmışlar. Sadəcə ev sökülüb yerində yenisi inşa olunduğu üçün evin arxa hissəsində olan həmin torpaq hasara alınmamışdır, hazırda da iddiaçı buna maneçilik törədir.
Əsaslandırma hissəsi:
21. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
23. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 24296 nömrəli texniki pasporta və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq shaəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
24. Hazırda iddiaçı ASC sözügedən torpaq sahəsinin 2 (iki) sotunun onun mülkiyyətində olmasını və üçüncü şəxs tərəfindən zəbt edilməsini iddia edərək, ünvan 1 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin X4 adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestr qeydinin İddiaçı ASC-nin mülkiyyətində olan 2 (iki) sot torpaq sahəsinə dair hissədə ləğv olunmasını tələb edir.
25. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
26. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
27. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair başqa şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək üçün həmin torpaq sahəsinə və ya evə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
28. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
29. Məhkəmə iddiaçının istinad etdiyi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 003365 saylı Müəssisə və obyektin texniki pasportuna münasibətdə qeyd edir ki, həmin sənəd sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən (hüquqmüəyyənedici) sənəd deyildir.
30. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
31. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.
32. Göründüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair İddiaçı ASC-nin adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
33. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
34. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin sözügedən torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
36. Digər tərəfdən, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının cavabdeh orqana müraciəti və onun imtinası mövcud deyildir.
37. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva