Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3063/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X13 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı «hüquqmüəyyənedici sənədin etibarsız sayılması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız sayılması» iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair X5 adına verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-2005-ci illər ərzində Gəncə şəhərində yerləşən Təmir Tikinti Trestində işləmişdir. Ona xx.xx.1989-cu ildə Gəncə şəhəri Məhsəti qəsəbəsində bağ yeri üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır. Lakin X2 sənədlərlə ona məxsus torpaq sahəsinə yiyələnmiş və alqı-satqı yolu ilə həmin torpaq sahəsini 2018-ci ildə X1. Halbuki, X4 Qablar zavodunda işləməmişdir. Torpaq ayrılması ilə bağlı daşınmaz əmlaka saxta sənədlər təqdim etmişdir. Belə ki, həmin şəxs 1988-ci il tarixdə Ermənistan Respublikasından məcburi köçkün olaraq gəlmişdir. Cavabdeh orqana onun adına olan çıxarışın ləğvi ilə müraciət etmişdir. Lakin ərizəsinin icrasından imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, “Farforist” BYB-nin xx.xx.1988-ci il tarixli,462 nömrəli arayışı, “Farforist” BYB-nin qərarından çıxarış, bağ evinə dair eskiz-layihə, Kirovabad şəhər XDS-nin İcraiyyə Komitəsinin 11 saylı protokolundan çıxarışı nəzərə alınaraq Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair X5 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış və “plan və ölçü” sənədi tərtib edilmişdir. Gəncə şəhər 6 saylı DNK-nun xx.xx.2011-ci il tarixli, 4Ə/1-28 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 0.04 ha torpaq sahəsini X1. Sonuncunun adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış və “plan və ölçü” sənədi tərtib edilmişdir. Hal-hazırda iddiaçı torpaq sahəsinə dair verilmiş **********01 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb etsə də, həmin torpaq sahəsinin ona ayrılmasına dair hər hansı bir texniki sənəd təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair X5 adına verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya sərəncam göndərilmiş və üçüncü şəxsin adına çıxarışın verilməsi üçün əsas olan X8 Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarının mübahisələndirilməsi təklif edilmişdir. Sərəncam iddiaçı tərəfindən rəsmi qaydada əldə edilmişdir. Lakin iddiaçı tərəfindən həmin sərəncama məhəl qoyulmadığı üçün məhkəmə xx.xx.2025-ci il tarixli qərardad ilə onun əvvəlki dəqiqləşmə barədə ərizəsini icraata qəbul etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 3.1, 3.2 və 3.3-cü bəndləri). İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı üçünçü şəxs X5 adına olan çıxarışın ləğv edilməsinə nail olmağa çalışır. Hansı ki, onun dəlililin kökündə çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin saxta olması dayanır. İddia ərizəsinin məzmununa uyğun olaraq məhkəmə iddiaçıya hüquqi yardım etmiş və inzibati məhkəmə araşdırmasının predmetinin nə ola bilməsi qeyd olunmuşdur. Bu yanaşma «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına uyğun olmuşdur. Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Lakin iddiaçı tərəfindən inzibati akt mübahisələndirilməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkün sayılmamasına dəlalət edir. Çünki, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, yuxarıda qeyd edilən məsələlər iddiaçının nəzərinə çatdrılmış və əks halda iddianın mümkün sayılmayacağı bildirilmişdir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı «hüquqmüəyyənedici sənədin etibarsız sayılması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3063/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3063/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver