Məhkəmə qərarları › İş №2-1(114)-308/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-308/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-308/2020 09.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məlumat vərəqəsinin yenidən tərtib edilərək göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı N nömrəli hərbi hissədə Rabitə bölmə rəisinin işini və vəzifəsini faktiki sübutlarla icra etdiyi xidməti dövründə rabitə bölmə rəisinin aylıq məvacibi fərqinin ödənilməsi və pensiya təminatında hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilən pensiya təminatında hesablanması əvəzində məlumat vərəqəsini yenidən, rabitə bölmə rəisi vəzifəsinin maaşına uyğun olaraq tərtib edilib xüsusi şərtlərlə təyinat idarəsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 199N-N009-cu illərdə Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət etmişdir. O cümlədən, 9 il rabitə bölmə rəisi vəzifələrində xidmət etmişdir. Cavabdeh rəisinin xx xxxxxx N01N-ci il tarixdə müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin rabitə bölməsinin Radiorabitə üzrə baş zabiti təyin olunmuşdur. Həmin vaxtdan N nömrəli hərbi hissənin rabitə bölmə rəisi vəzifəsi vakant olduğu üçün rabitə bölməsinin rəisi vəzifəsi onun tərəfindən icra olunmuşdur və bölmə rəisinin qarşısına qoyulmuş iş və vəzifəsi onun tərəfindən icra olunaraq həyata keçirilmişdir. Rabitə bölməsinin çətinliyi və məsuliyyəti onun üzərində olsa da həmin vəzifəni faktiki əməllərlə icra etsə də, aidiyyəti üzrə rəhbərliklərin səhlənkarlığı sayəsində vəzifənin müvəqqəti icrası ilə bağlı əmrlər verilməmiş və faktiki olaraq öhdəsindən gələrək icra etdiyi iş və xidmətinə görə maddi ödəniş edilməmişdir. N014-cü il dekabr ayınadək Cavabdeh N nömrəli hərbi hissəsində xidmət etmişdir və xidmət müddətinin başa çatması ilə ehtiyyata buraxılmışdır. Xidmət etdiyi dövrdə bölmə rəisi vəzifəsinin layiqincə öhdəsindən gəlmişdir. Ehtiyyata buraxılarkən Dövlət Sərhəd Xidmət rəisi xidməti dövrdə onun tərəfindən faktiki olaraq icra edilmiş rabitə bölmə rəisi vəzifəsinin aylıq məvacibinin fərqinin hesabalanaraq ödənilməsinə və pensiya təminatında hesablanmasına dair müvafiq göstəriş və sərəncam verilməsinə dair müraciət məktubu ünvanlasa da, x xxxxxx 1995-ci ildən qüvvəyə minmiş Azərbaycan Respubliksı Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə əsasən Rabitə bölmə rəisinin vəzifəsindəki 96 və 97-ci maddələrdəki müddəaları faktiki icra etdiyi və layiqincə öhdəsindən gəldiyi vəzifəyə nədən faktiki icra etdirilmiş vəzifəyə uyğun məvacibin ödənilməsinə dair müvafiq tədbirlər görməmiş, əvəzində ona vəzifəyə təyin olmamağını əsas gətirərək xahişini yerinə yetirmək Cavabdeh imkanı xaricində olduğunu bildirmişdir. Beləliklə xx xxxxxx N015-ci il tarixdən Cavabdeh tərəfindən pensiya təyinatı həyata keçirilərkən faktiki icra etdiyi bölmə rəisi vəzifəsinin vəzifə maaşı nəzərə alınmamışdır. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh rəisi- X1 xx.xx.N01N-ci il tarixli, N416 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatından gəlmiş könüllü qaydada zabit kimi 1 (bir) il 6 (altı) ay müddətinə həqiqi hərbi xidmət etmək üçün öhdəlik vermiş İddiaçı DSX-də hərbi xidmətə qəbul olunmaqla N nömrəli hərbi hissədə rabitə bölməsinin radio-rabitə üzrə baş zabiti vəzifəsinə təyin edilmiş, Cavabdeh rəisi-X1 xx.xx.N014-cü il tarixli 1558 ş/h nömrəli əmrilə Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Cavabdeh rəisi-X1" sərəncamına götürülmüş və xx.xx.N014-cü il tarixli, N55N ş/h nömrəli əmrlə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci (xidmət müddəti başa çatdıqda) maddəsinə müvafiq olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı Cavabdeh N nömrəli hərbi hissəsində xidmət etdiyi dövr ərzində rabitə bölməsinin rəisi vəzifələrini icra etməsi barədə müvafiq əmrlər mövcud deyildir. Rabitə bölməsi tərəfindən aparılmış N013-cü il üzrə işlər, jurnallar (kitablar) «Q-61Nm» nömrəli xx.xx.N013-cü il tarixli aktla, N014-cü i! üzrə işlər, jurnallar (kitablar) isə «Q-479m» nömrəli, xx.xx.N018-ci il tarixli aktlarla DSX rəisinin xx.xx.N018-ci il tarixli, 0N10 nömrəli əmri ilə təsdiq edilmiş «Cavabdeh fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahı»nı (xx.xx.N019-cu il tarixli 0147 nömrəli əmrlə əlavə və dəyişikliklər edilmişdir) rəhbər tutaraq elmi, tarixi, praktiki və s. əhəmiyyətini itirdiyi üçün ekspert yoxlama komissiyasının iştirakı ilə seçilmiş və yandırılma üsulu ilə məhv edimişdir. Qeyd olunduğu kimi iddiaçı sabiq hərbi qulluqçusu İddiaçı N01N-N014-cü illər ərzində Azərbaycan Respublikası Cavabdeh N nömrəli hərbi hissəsində rabitə bölmə rəisinin vəzifəsini icra etdiyini, bu səbəbdən də aylıq məvacib fərqinin ödənilməsi və pensiya təminatında hesablanaraq öhdənilməsi tələbi əsassızdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı rabitə bölmə rəisi vəzifəsinə təyin olunmamış, bununla bağlı DSX tərəfindən hər hansı əmr qəbul edilməmiş, ona qeyd olunan bölmə rəisi vəzifəsinin əmək haqqısı ödənilməmişdir. Hazırda onun məlumat vərəqəsinin təyin edilmədiyi və əmək haqqı almadığı vəzifə üzrə doldurulması mümkün deyildir. Bununla yanaşı iddiaçı bölmə rəisi vəzifəsinin maaşının ödənilməsinə dair məhkəmədə iddia tələbi irəli sursə də, sonradan ərizəsindən imtina etmiş, ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.3 və 34.1-ci maddələri). Belə ki, İddiaçı rabitə bölmə rəisinin aylıq məvacibi fərqinin ödənilməsi və pensiya təminatında hesablanması barədə Azərbaycan Respublikası Cavabdehnə müraciət etmiş, cavabdeh orqan imtina etdiyindən iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə pensiya təminatı üçün məlumat vərəqəsinin yenidən, rabitə bölmə rəisi vəzifəsinə uyğun olaraq tərtib edilərək xüsusi şərtlərlə təyinat idarəsinə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir İş materiallarında olan: - Azərbaycan Respublikası Cavabdeh rəisi-X1 xx xxxxxx N01N-ci il tarixli, N416 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş könüllü qaydada zabit kimi 1 (bir) il 6 (altı) ay müddətinə hərbi xidmət etmək üçün öhdəlik vermiş mayor İddiaçı Azərbaycan Respublikası Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmiş və rabitə bölməsinin radiorabitə üzrə baş zabiti vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət Qüvvələri N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N01N-ci il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş, könüllü qaydada zabit kimi 1 (bir) il 6 (altı) ay müddətinə, hərbi xidmət etmək üçün öhdəlik vermiş mayor İddiaçı xx.xx.N01N-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməklə rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsinə təyin edilmiş hesab olunmuşdur. - Azərbaycan Respublikası Cavabdeh rəisi-X1 xx xxxxxx N014-cü il tarixli, 1558 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar rabitə bölməsinin radio-rabitə üzrə baş zabiti vəzifəsindən azad olunmaqla Cavabdeh rəisi-X1 sərəncamına götürülməsi, son qərar qəbul edilənədək bütün təminat növlərində N0N5 №-li hərbi hissədə saxlanılması əmr edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət Qüvvələri N0N5 Aİ9 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N014-cü il tarixli, 0187 nömrəli əmrindən çıxarışdan görünür ki, Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar rabitə bölməsinin radiorabitə üzrə baş zabiti mayor İddiaçı vəzifəsindən azad olunmaqla Cavabdeh rəisi-XN sərəncamına götürülmüş hesab edilmiş, son qərar qəbul edilənədək bütün təminat növlərində N0N5 №-li hərbi hissədə saxlanılmışdır. - Azərbaycan Respublikası Cavabdeh rəisi-X1 xx xxxxxx N014-cü il tarixli, N55N ş/h nömrli əmrindən çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1. maddəsinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq Cavabdeh rəisi - X1 sərəncamında (N0N5 №-li h/h) olan mayor İddiaçı Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Mayor İddiaçı sərəncamda olma müddəti N014-cü il oktyabr ayının 05-dən Silahlı Qüvvələrin ehtiyatına buraxılanadək uzadılmış, ona təminat xərcliyi tam həcmdə ödənilmişdir. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilmişdir. İddiaçı xx xxxxxx N014-cü il tarixə xidmət illəri: N1 il, 00 ay, 08 gün. - Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət Qüvvələri N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N014-cü il tarixli, 0N89 nömrəli əmrindən çıxarışdan görünür ki, ’’Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Cavabdeh rəisi-X1 sərəncamında olan mayor İddiaçı, Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün xx xxxxxx N014-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilsin. Mayor İddiaçı sərəncamda olma müddəti N014-cü il oktyabr ayının 05-dən Silahlı Qüvvələrin ehtiyatına buraxılanadək Uzadılmış hesab olunsun və ona təminat xərcliyi tam həcimdə ödənilsin. Mayor İddiaçı N014-cü ilin hesabına, maddi yardım, xəstəlik müavinəti və məzuniyyət müavinəti almışdır. Mayor İddiaçı N014-cü ilin yanvar ayının 1-dən dekabr ayının 03-dək olan dövr üçün birdəfəlik pul mükafatını 50% həcmində almağa layiqdir. Mayor İddiaçı xx.xx.N014-cü il tarixə xidmət illəri N1 (iyirmi bir) il, 01 (bir) ay, 11 (on bir) gün. - Azərbaycan Respublikası Cavabdeh xx xxxx N015-ci il tarixli, K/368/4/X-14 nömrəli məktubundan görünür ki, iddiaçı qeyd etdiyi vəzifəyə təyin olunmadığına görə xahişinin yerinə yetirilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx xxxxxx N019-cu il tarixli, N84 nömrəli arayışından və iddiaçıya məxsus xx.xx.N009-cu il tarixli, ZE ******* nömrəli hərbi biletin surətindən görünür ki, ehtiyatda olan mayor İddiaçı xx.xx.199N-ci il tarixdən xx.xx.1996-cı il tarixədək BAHDM-də, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.N007-ci il tarixədək 81N nömrəli hərbi hissədə, xx.xx.N007-ci il tarixdən xx.xx.N007-ci il tarixdən xx.xx.N009-cu il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmış və xx.xx.N01N-ci il tarixdən xx.xx.N014-cü il tarixədək Azərbaycan Respublikası Cavabdehndə hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Cavabdeh xx xxxxxx N019-cu il tarixli, 10/167 nömrəli məktubundan görünür ki, bölmə rəisinin vəzifələrinin icra edilməsi ilə bağlı DSX rəisinin müvafiq əmri ilə təyin edilmiş səlahiyyətli şəxsin əmri olmadığı üçün bölmə rəisinin vəzifə maaşının hesablanması mümkün deyildir. - xx xxxxxx N019-cu il tarixli xidməti məktubun surətindən görünür ki, ehtiyatda olan mayor İddiaçı Cavabdeh rəisi - X1 xx.xx.N01N-ci il tarixli N416 ş/h №-li əmri ilə Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xid-mətə qəbul olunmaqla N0N5 №-li hərbi hissədə rabitə bölməsinin radio-rabitə üzrə baş zabiti vəzifəsinə təyin edilmiş, xx.xx.N014-cü il tarixli 1558 ş/h №-li əmrlə Silahlı Qüvvələrin ehtiya-tına buraxılması ilə əlaqədar Cavabdeh rəisi - X3-nın sərəncamına götürülmüş və xx.xx.N014-cü il tarixli N55N ş/h №-li əmrlə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) əsasən yuxarıda qeyd olunan vəzifədən azad olunmaqla Silahlı Qüv-vələrin ehtiyatına buraxılmışdır. Şəxsi işdə mayor C.Xəlilova həmin tarixlərdə N0N5 №-li hərbi hissədə rabitə bölməsininrəisi vəzifələrinin müvəqqəti icrasının həvalə olunması barədə məlumat mövcud deyil. - Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət Qüvvələri N nömrəli hərbi hissənin xx xxxxxx N019-cu il tarixli, 16/N353 nömrəli məktubunun surətindən görünür ki, mayor İddiaçı N01N-N014-cü illərdə N0N5 №-li hərbi hissənin rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsində xidmət etmiş N014-cü ildə xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. Xidmət etdiyi dövr ərzində mayor İddiaçı rabitə bölməsinin rəisi vəzifələrini icra edilməsi barədə müvafiq əmrlər mövcud deyil. - Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət Qüvvələri N nömrəli hərbi hissənin xx xxxxxx N0N0-ci il tarixli, 16/79 nömrəli məktubunun surətindən görünür ki, hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən xx.xx.N01N-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməklə rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsinə təyin edilmiş hesab olunmuşdur. İddiaçı N01N-N014-cü illərdə rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsində xidmət etmişdir. Cavabdeh rəisinin N7.11,N014-cü il tarixli N55N ş/h saylı əmri ilə "Hərbi xidmət keçmə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1 -ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və N nömrəli hərbi hissə komandirinin 0N89 nömrəli əmri ilə xx.xx.N014-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminat normalarından çıxarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh rəisi-X1 xx.xx.N01N-ci il tarixli, N416 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatından gəlmiş könüllü qaydada zabit kimi 1 (bir) il 6 (altı) ay müddətinə həqiqi hərbi xidmət etmək üçün öhdəlik vermiş İddiaçı DSX-də hərbi xidmətə qəbul olunmaqla N nömrəli hərbi hissədə rabitə bölməsinin radio-rabitə üzrə baş zabiti vəzifəsinə təyin edilmiş, Cavabdeh rəisi-X1 xx.xx.N014-cü il tarixli 1558 ş/h nömrəli əmrilə Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Cavabdeh rəisi-X1" sərəncamına götürülmüş və xx.xx.N014-cü il tarixli, N55N ş/h nömrəli əmrlə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci (xidmət müddəti başa çatdıqda) maddəsinə müvafiq olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində N01N-N014-cü illər ərzində Azərbaycan Respublikası Cavabdeh N nömrəli hərbi hissəsində rabitə bölmə rəisinin vəzifəsini faktiki olaraq icra etdiyini, bu səbəbdən də aylıq məvacib fərqinin pensiya təminatında hesablanaraq ödənilməsini xahiş etsə də, onun Cavabdeh N nömrəli hərbi hissəsində xidmət etdiyi dövr ərzində rabitə bölməsinin rəisi vəzifələrini icra etməsi, həmçinin bölmə rəisi vəzifəsinin aylıq əmək haqqını alması barədə müvafiq əmrlər mövcud deyildir. xx xxxxxx N019-cu il tarixli xidməti məktubun surətindən görünür ki, ehtiyatda olan mayor İddiaçı şəxsi işində iddia etdiyi tarixlərdə N0N5 №-li hərbi hissədə rabitə bölməsininrəisi vəzifələrinin müvəqqəti icrasının həvalə olunması barədə məlumat mövcud deyildir. Cavabdeh Çevik Hərəkət Qüvvələri N nömrəli hərbi hissənin xx xxxxxx N019-cu il tarixli, 16/N353 nömrəli məktubunun surətindən məlum olur ki, iddiaçı N01N- N014-cü illərdə N0N5 №-li hərbi hissənin rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsində xidmət etmiş N014-cü ildə xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. Bununla yanaşı, iddiaçı N01N-N014-cü illərdə N0N5 №-li hərbi hissənin rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsində xidmət etmiş, həmin vəzifəyə uyğun əmək haqqı almışdır. «Azərbaycan Respublikasının Cavabdeh haqqında» əsasnamənin;

1. maddəsinə əsasən Azərbaycan Respublikasının Cavabdeh Azərbaycan Respublikası Prezidentinin N00N-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. maddəsinə əsasən Cavabdeh aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik hərəkət qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Cavabdeh vahid sistemini təşkil edir. Cavabdeh ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.

7. maddəsinə Cavabdeh kadr tərkibi hərbi qulluqçulardan və əmək müqaviləsi ilə işləyən mülki heyətdən (işçilərdən) ibarətdir.

14. maddəsinə Cavabdeh hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Cavabdehndə işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir. 17.1N. maddəsinə Cavabdeh rəisi səlahiyyətləri daxilində vətəndaşların Cavabdehnə həqiqi hərbi xidmətə və işə qəbul edir, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 13. maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə uyğun gələn Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər. Hərbi xidmətə qəbul zamanı dövlətlə vətəndaş (hərbi tədris müəssisələri kursantlarının hərbi xidmətinə daxil olan şəxslərdən və zabitlərin hərbi xidmətinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarından başqa) arasında bağlaşma bağlanır. Bağlaşmada tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti bağlaşmanın ləğvi şərtləri nəzərdə tutulur. «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 71. bəndinə əsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq olaraq hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. 7N. bəndinə hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Adıçəkilən qanunvericilik aktlarından da göründüyü kimi şəxsin vəzifəyə təyin edilməsi və səlahiyətlərinin icrası yalnız əmrlə rəsmiləşdirilir və bu cür rəsmləşdirilmə olduqdan sonra vəzifələrinin icrasına başlanılır. Hazırkı halda iddiaçının iddia etdiyi əsaslarla, yəni hər hansı əmr, sənədləşmə olmadan vəzifəni icra etməsi heç bir hüquqi nəticə yarada bilməz. Həmçinin işdə olan sübutlarla da iddiaçının Cavabdeh Çevik Hərəkət Qüvvələri N nömrəli hərbi hissənin rabitə bölməsinin radio rabitə üzrə baş zabiti vəzifəsində xidmət etməsi və N014-cü ildə xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyyatına buraxılması təsdiqini tapmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.N-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun N4.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məlumat vərəqəsinin yenidən tərtib edilib göndərilməsi tələbinə dair iddiası təmin edilməməlidir. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7. maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məlumat vərəqəsinin yenidən tərtib edilərək göndərilməsi tələbinə dair iddiası tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar