Məhkəmə qərarları › İş №2-1(114)-3088/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3088/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3088/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh rəisi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı atası Maraqlı şəxs barəsində xx.xx.1958-ci il tarixdə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Fəhrad” adının “Cəmşid” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. X8 xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, bu barədə Kəlbəcər rayonu Oktyabr inzibati ərazi nümayəndəliyində 05.1958-ci il tarixdə 30 nömrəli doğum haqqında qeyd tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafası boş olmuş, ana qrafasında X2 qeyd edilmişdir.

2. (Kəlbəcər rayonunun Oktyabrkəndin keçmiş adı Kilsəli olmuşdur. 1956-ci ildən kəndə Oktyabrkənd adı verilmişdir).

3. xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş Maraqlı şəxs (kiril əlifbası və rus dilində X16 oqlı) xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, bu barədə ona məxsus НЗ ******* nömrəli hərbi biletdə qeydlər aparılmışdır.

4. 1958-ci il təvəllüdlü Maraqlı şəxs (kiril əlifbası və rus dilində X16 oqlı) məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası xx.xx.1981-ci il tarixdə açılmışdır.

5. Maraqlı şəxs 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuş və 1986-cı ildə Yeyinti istehsalının maşın və aparatları ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il 24 iyun tarixli qərarı ona mühəndis-mexanik ixtisası və HB seriyalı 004461 nömrəli diplom verilmişdir.

6. xx.xx.1958-ci il tarixdə Kilsəli kəndində doğulmuş Maraqlı şəxs ilə xx.xx.1967-ci il tarixdə Kirovabad şəhərində anadan olmuş X3 nikahlarını xx.xx.1986-cı il tarixdə bağlamış, bu barədə 1 nömrəli nikahın bağlanması haqqında akt tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir.

7. İddiaçı xx.xx.1987-ci il tarixdə Xanlar rayonun Quşqara kəndində anadan olmuş, bu barədə xx.xx.1987-ci il tarixdə 41 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafasında xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs, ana qrafasında xx.xx.1967-ci təvəllüdlü X6 qeyd olunmuşdur.

8. X7 xx.xx.1988-ci İl tarixdə Xanlar rayonun Quşqara kəndində anadan olmuş, bu barədə xx.xx.1988-ci il tarixdə 41 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafasında xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs, ana qrafasında xx.xx.1967-ci təvəllüdlü X6 qeyd olunmuşdur.

9. xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 964 nömrəli qeyd tərtib edilmişdir.

10. Cavabdeh İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli, 62 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının atası Maraqlı şəxs doğum barədə axtarış aparılarkən xx.xx.1958-ci ildə Kəlbəcər rayon Oktyabr İN-də qeyd edilmiş 30 nömrəli doğum haqqında akt qeydində Maraqlı şəxs adı “Cəmşid” deyil, “Fəhrad” kimi qeyd edildiyi məlum olmuşdur. Odur ki, “Cəmşid” və “Fəhrad” adının eyni şəxsə məxsus olması və iddiaçının atasının doğum haqqında akt qeydində adının “Cəmşid” kimi qeyd edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.

11. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-14730 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmaqla, xx.xx.2008-ci il tarixdə AZE-06359834 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, ona məxsus sonuncu şəxsiyyət vəsiqəsi xx.xx.2024-cü il tarixdə “ölüm” səbəbilə fəaliyyətsizləşdirilmişdir. Məktubda adı qeyd edilmiş X4 qeydiyyatı barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat müəyyən edilməmişdir.

12. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-38282/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X4 doğumu, Qarayeva (Hüseynova) Mətanət Vaqif qızı ilə Maraqlı şəxs nikahı, sonuncunun ölümü, həmçinin övladları İddiaçı və Gülnar Qarayevanın doğumu haqqında məlumatlar aşkar edilmişdir. Eyni zamanda, informasiya sistemində Fəhrad Qarayevin nikahı, övladının doğumu, Maraqlı şəxs isə doğumu barədə akt qeydinə dair məlumat aşkar edilmədi. İddiaçı cavabdehə qarşı əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Maraqlı şəxs doğumu haqqında akt qeydfində adının “Fəhrad” adından “Cəmşid” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək atası Maraqlı şəxs barəsində xx.xx.1958-ci il tarixdə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Fəhrad” adının “Cəmşid” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il təvəllüdlü qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Kəlbəcər rayonu işğal olunmazdan əvvəl təxmini 1973-cü ildən iddiaçıgil Göygöl rayonuna köçüb yaşamağa başladı və hal-hazırda da Göygöl rayonu, Quşqara kəndində yaşayırlar. İddiaçının atası rəhmətə getdikdən sonra vərəsəliklə bağlı iddiaçıdan atasının doğumu barədə arayış tələb etdilər. Bununla bağlı cavabdehə müraciət etsə də, ona atasının adının kitabda Fəhrad kimi qeyd olunduğu bildirilmişdir. “Fəhrad” adı iddiaçının atasının babasının adı olmuşdur. Lakin bütün sənədlərdə atasının adı “Cəmşid” kimi yazılmışdır. Cavabdeh bildirmişdir ki, atasının doğum aktında adının “Cəmşid” kimi qeyd edilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh rəisi X5 iddia tələbinin təmin olunmasına etiraz etməmiş, məhkəmədən qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası Maraqlı şəxs doğum haqqında arayışın istənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının atası barəsində tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının atasının adının “Cəmşid” deyil “Fəhrad” kimi qeyd edildiyini bildirmiş, ona görə də “Cəmşid” və “Fəhrad” adının eyni şəxsə məxsus olması və iddiaçının atasının doğum haqqında akt qeydində adının “Cəmşid” kimi qeyd edilməsi üçün məhkəməyə müraciət olunması ilə imtina etmişdir. İddiaçı atasının doğum haqqında aktı qeydinin ad qrafasına düzəliş edilməsindən imtina olunması ilə bağlı cavabdehin hərəkətlərini inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 159.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, qeydiyyat aparılarkən məlumat səhv (qeyri-düzgün) daxil edilmiş olsun. Qanunverici vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının atası xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonun Kilsəli (Oktyabr) kəndində anadan olmuş Maraqlı şəxsdur. Sonuncuya məxsus bütün hüquqi sənədlərdə - nikahın bağlanması haqqında şəhadətnamədə, hərbi biletdə, əmək kitabçasında, şəxsiyyət vəsiqələrində, övladlarının doğum haqqında şəhadətnamələrdə adı “Cəmşid”, təvəllüdü “xx.xx.1958-ci il”, doğum yeri “Kəlbəcər rayonu, Kilsəli kəndi” qeyd edilmişdir. Lakin Kəlbəcər rayonunun Oktyabr inzibati nümayəndəliyində xx.xx.1958-ci il tarixdə doğulmuş şəxs barəsində tərtib edilmiş doğum haqqında akt qeydində həmin şəxsin adı “Fəhrad” kimi qeyd edilmişdir. Halbuki, vətəndaşlıq vəziyyəti sənədlərində Qarayev “Fəhrad” Mədət oğluna dair digər akt qeydləri, mərhum Qarayev “Cəmşid” Mədət oğlunun isə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəlilləri inandırıcı və ağlabatandır. Belə ki, iddiaçının atası xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş Maraqlı şəxs ilə xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş X8 barəsində tərtib edilmiş akt qeydinin eyni şəxsə məxsus olması məhkəmədə şübhə yaratmır Belə olan halda iddiaçı atasına aid doğum haqqında akt qeydində düzəliş edilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə xx.xx.1958-ci il tarixli, 30 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Kəlbəcər rayon İN tərəfindən xx.xx.1958-ci il tarixdə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında düzəliş olunaraq adın “Cəmşid” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar