Məhkəmə qərarları › İş №2-1(114)-309/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-309/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-309/2020 05.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı X2 nümayəndəsi Mustafayev Rövşən Yunis oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı X1rşı aktların etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı X1rşı iddia ərizəsi ilə məhkəməsinə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2019-cu il tarixli imtina aktının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsimnin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1556/2019 nömrəli qərardadı olduğundan, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı X1rşı xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2019-cu il tarixli imtina aktının etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdehin nümayəndəsinin izahatı, həmçinin iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsini xahiş etmiş, məhkəməninin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1556/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərarla razılaşmayan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(104)-856/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1556/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prpsessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa həmçinin həmin məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı X1rşı xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2019-cu il tarixli imtina aktının etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı X1rşı xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2019-cu il tarixli imtina aktının etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar