Məhkəmə qərarları › İş №2-1(114)-309/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-309/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-309/2021 25.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı övladı X6 üçün nəzərdə tutulmuş aylıq müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Ağdam rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı X6 üçün nəzərdə tutulmuş aylıq müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə inzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)- 309/2021 nömrəli qərardad ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının övladı xx.xx.2006-cı il təvəllüdlü X6 travmatik ensefolopatiyanın davamlı qalıq əlamətləri, epilepsiya, tez-tez baş verən qıcolma tutmaları, şəxsiyyətin dəyişməsi ilə, şuntlayıcı əməliyyatdan sonrakı vəziyyət, bel-oma nahiyəsində anadangəlmə onurğa beyinin yırtığı, hidrosefaliya diaqnozlu xəstəliklərdən əziyyət çəkir. Ağdam Rayon Uşaq Xəstəxanasının Baş həkiminin xx.xx.2020-ci il tarixli arayışından və X2 xx.xx.2020-ci il tarixli, 0217003AAG9U nömrəli bildirişindən də göründüyü kimi, iddiaçının övladı Aytən Xanlarova “Ağdam Rayon Mərkəzi Xəstəxana” X8 Həkim Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişləri reysteri”nə daxil edimişdir. İddiaçının övladı X10 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “sağlamlıq imkanları məhdud uşaq” kimi rəsmi qeydiyyata götürülmüş və xx.xx.2019-cu ilədək X9 qızına verilən aylıq müavinət vaxtı-vaxtında ödənilmişdir. Ancaq iddiaçının övladı pandemiya ilə əlaqədar mövcud vəziyyətə görə növbəti komissiyadan keçmə bilməmişdir. Yalnız xx.xx.2020-ci il tarixdə yenidən komissiyadan keçmiş və Aytən Xanlarovaya sağlamlıq imkanı məhdud uşaq kimi aylıq müavinət ödənilmişdir. Aylıq müaviəti almadıqları dövr üçün hesablanmalı olan xx.xx.2919-cu ildən xx.xx.2020-ci ilədək müavinət pulunun verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Ağdam Rayon filialına edilən müraciətə, xx xxxxxx 2020-ci il tarixli məktubla cavab verilmişdir ki, X6 təkrar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü ilədək sağlamlıq imkanlarının məhdudluğu 18 yaşadək müəyyən olunduğu üçün həmin müddətdə müvafiq qaydada müavinət və qulluğa görə təqaüd təyin olaraq ödənilir. İddiaçının müraciətinə verilən cavabda almadıqları ayların verilməsinə köməklik göstərilməsindən yayınaraq ümumi cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçının övladı X3 məxsus AZE seriyalı, 11239537 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 21/**********8 nömrəli imtina məktubunun əsli. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, işin hallarından müəyyən olunduğu kimi iddiaçı iddia ərizəsində ona övladı X6 üçün nəzərdə tutulmuş aylıq müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının övladı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilə qədər sağlamlıq imkanı məhdud uşaq kimi hər ay müavinət almışdır. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidmətinin Tibbi Sosial Komissiyasının qərarında növbəti müayinə tarixi xx.xx.2019-cu il qeyd edilməsinə baxmayaraq, iddiaçı iddia ərizəsində pandemiya ilə əlaqədar komissiyadan keçə bilməməsi səbəb kimi göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin dövr pandemiya dövrünə təsadüf etmir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Komissiyasının qərarından məlum olur ki, iddiaçının övladı xx.xx.2020-ci ildə təkrar müayinədən keçmişdir. Dövlət Sosial Müdafiə Fondu X8 Ağdam rayon filialı tərəfindən X6 təkrar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü ilədək sağlamlıq imkanlarının məhdudluğu 18 yaşadək müəyyən olunduğu üçün həmin müddətə müvafiq qaydada müavinət və qulluğa görə təqaüd təyin olaraq ödənilir. “Sosial müavinətlər haqqında” Qanunun: 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 9.1.3-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin olunur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı övladı X6 üçün nəzərdə tutulmuş aylıq müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı övladı X6 üçün nəzərdə tutulmuş aylıq müavinətin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar