Məhkəmə qərarları › İş №2-1(114)-309/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-309/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-309/2023 25.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçıların nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X1 Cavabdehnə qarşı məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinatın bərpa edilməklə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi T ə s v i r i h i s s ə: Cavabdeh xx.xx.2022-ci il tarixli, 4200 nömrəli məktubu ilə Kəlbəcər rayonunun Hacıkənd kənd sakini İddiaçı2 və onun ailə üzvlərinin vahid aylıq müavinət ödənişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1-ci bəndinə əsasən dayandırılmışdır. Müavinətin dayandırılmasını qanunsuz hesab edən iddiaçılar Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı onlara məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin təyin edilməklə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və onun ailə üzvəri Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Mingeçevir şəhərində “Ət Kombinatı”nın həyətində məskulaşmışıb orada 2016-cı ilədək yaşamışlar. Sonradan müvvəqəti olaraq Abşeron rayonunda yaşamışlar. 2017-ci ildən ona və ailə üzvlərinə verilən müavinət dayandırılmış, aydınlaşdıran zaman müəyyən edilmişdilır ki, İddiaçı2 adına yaşayış yeri var, lakin İddiaçı2 adına hər hansı yaşayış evi yoxdur. Qeyd edilənləri əsas gətirən iddiaçılar aylıq müavinətin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq onlara ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması xahiş etmişlər. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçıların nümayəndəsi(vəkili) məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan: - xx.xx.2013-cü il tarixli, AA seriyalı 286201 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 məcburi köçkün statusu var. - xx.xx.2013-cü il tarixli, AA seriyalı 286199 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 məcburi köçkün statusu var. - xx.xx.2016-cı il tarixli, AA seriyalı 359113 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 məcburi köçkün statusu var. - xx.xx.2013-cü il tarixli, AA seriyalı 286198 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 məcburi köçkün statusu var. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-3701/2023 nömrəli məktubundan görünür ki, arxiv materiallarına əsasən İddiaçı2 adına Abşeron rayonu Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X2 adına özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusunda qeyd edilmiş digər iddiaçıların adına daşınmaz əmlak aşkar edilməmişdir. - Cavabdeh xx.xx.2022-ci il tarixli 4200 saylı məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9. maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar həqiqətən məcburi köçkün statusuna malikdirlər və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışlarr. Lakin, İddiaçı2 adına yaşayış evi olduğuna görə ailəyə ödənilən vahid aylıq müavinətin qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən müavinətin dayandırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarına istinad olunmuş və İddiaçı2 məcburi köçkün düşdükdən sonra şəxsi evin əldə olması əsas kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-3701/2023 nömrəli məktubundan görünür ki, arxiv materiallarına əsasən İddiaçı2 adına Abşeron rayonu Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X2 adına özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusunda qeyd edilmiş digər iddiaçıların adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət ödənilən zaman və hazırda da qüvvədə olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-bəndində qeyd olunur ki, yemək xərci üçün aylıq müavinət mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; həbsdə olan məcburi köçkünlərə; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; "məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə verilmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan aylıq müavinətin dayandırılmasını onunla əsaslandırılmışdır ki, ailə başçısı olan İddiaçı2 yaşayış evi vardır, lakin bu hal araşdırma nəticəsində aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X1 aylıq müavinətin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq onlara ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X1 aylıq müavinətin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq onlara ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar