Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3096/2022 14.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" ASC-nin adına verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-153/2015 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə, 3-cü şəxs Şəmkir rayon İcra bölməsinə qarşı “xx.xx.2013-cü il tarixli, Y-304 saylı Hərracın yekunlarının və xx.xx.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibrasız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, Şəmkir şəhəri, C.Cabbarlı küçəsi 19 nömrəli yaşayış evinin hərracdan satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2013-cü il tarixli Hərracın yekunları barədə Y-304 saylı Protokol və xx.xx.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Sözügedən çıxarışın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-153/2015-ci il tarixli qətnaməsi ilə Şəmkir şəhəri, C.Cabbarlı küçəsi 19 nömrəli yaşayış evinin hərracdan satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2013-cü il tarixli Hərracın yekunları barədə Y-304 saylı Protokol və xx.xx.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmşdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Şəmkir şəhəri, C.Cabbarlı küçəsi 19 nömrəli yaşayış evinin hərracdan satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2013-cü il tarixli Hərracın yekunları barədə Y-304 saylı Protokol və xx.xx.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, bundan sonra iddiaçı cavabdehə sözügedən müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində yaşayış evinin "xxxx" ASC-nin adına qeydin ləğv edilməsi məqsədilə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda "xxxx" ASC adına aparılmış ********** nömrəli, xx.xx.2014-cü il tarixli qeydin ləğv edilməsini tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli, 2(004)-153/2015 nömrəli məhkəmə qətnaməsi ilə xx.xx.2013-cü il tarixli hərracın yekunları barədə Y-304 saylı Protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. İddiaçının müraciəti üzrə həmin etibarsızlığın məntiqi davamı olaraq sözügdən alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2014-cü il tarixli qeyd ləğv edilməli olduğu halda cavabdeh orqan imtinasında sözügedən məhkəmə qətnaməsində çıxarışın ləğvinə münasibət bildirilməməsini əsas gətirərək, qeydin ləğv edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Şəmkir şəhəri, C.Cabbarlı küçəsi 19 nömrəli yaşayış evi ilə bağlı "xxxx" ASC-nin adına aparılmış ********** nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Şəmkir şəhəri, C.Cabbarlı küçəsi 19 nömrəli yaşayış evi ilə bağlı "xxxx" ASC-nin adına aparılmış ********** nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3096/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3096/2022
14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver