Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3097/2024 01.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə əmək kitabçasında qeydiyyatı aparılmış xx.xx.1984-xx.xx.1986-cı və xx.xx.1997-xx.xx.2009-cu illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyi dövrün tamının xüsusi və ümumi iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı vaxtdan xx.xx.2023-cü il tarixən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.1983-cü il tarixdən əmək fəaliyyəti var, bu gün də işləyir. xx.xx.1984-xx.xx.1986-cı illərdə və xx.xx.1997-xx.xx.2009cu illərdə (cəmi 13 il, 04 ay, 12 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işləmiş, ümumi iş stajı isə xx.xx.2023 cü il tarixədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquququnun yarandığı tarix) 39 il, 09 ay, 21 gündür. İddiaçı bildirir ki, onun güzəştli istehsalat sahələrində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunan göstəricilərə uyğundur, bu isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu yaradır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh təşkilata bir neçə dəfə müraciəti olmuş, son müraciəti isə xx.xx.2023-cü il tarixdə olmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh təşkilat bilərəkdən güzəştli iş sahələrinin miqdarını azaltmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Belə ki, cavabdeh orqan onun işlədiyi iş sahəsindən (Azər Alüminium ASC) tərtib olunmuş imtiyazlı iş stajına hesablanmış xx.xx.1997-xx.xx.1997, xx.xx.2008-xx.xx.2008-ci illəri və əmək kitabçasında qeydiyyatı olan, açıq və aydın tam iş günündə çalışdığı göstərilən Qazaxıstan SSR-nin "xxxx"nın Sulfat turşusu zavodunda aparatçı – hidrometallurq sahəsində təmirçi-çilingər vəzifəsini güzəştli hesab etmir, bu səbəbdən onun güzəştli şərtlərlə iş stajı 11 il, 03 ay təşkil edir ki, bu da kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il 06 aydan azdır. İddiaçı nəzərə çatdırır kı, onun xx.xx.1984-xx.xx.1986-cı illərdə və xx.xx.1997-xx.xx.2009-cu illərdə (cəmi 13 il, 04 ay, 12 gün) işlədiyi sahə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat peşə, vəzifə və göstəricilərə uyğundur, qanunçuluqda nəzərdə tutulan tələblərə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu yaradır. İddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə və xx.xx.1997-xx.xx.2009-cu illərdə (cəmi 13 il, 04 ay, 12 gün) yuxarıda qeyd etdiyi Qazaxıstan SSR-nin "xxxx"nın Sulfat turşusu zavodunda və AzərAlüminium ASC-də güzəştli hesab olunan iş sahələrində işləmişdir. Ümumi iş stajı 39 il, 09 ay, 21 gündür, o cümlədən güzəştli şərtlərlə 13 il, 04 ay, 12 gün təşkil edir. İddiaçı əlavə edir ki, xx.xx.2023-cü il tarixə ümumi və xüsusi iş stajı Qanunun tələblərinə uyğun olaraq yetərincədir, güzəştli şərtlərlə əmək pensiyası hüququ isə xx.xx.2023-cü il tarixdən yaranır. Habelə, o, cavabdeh orqanın verdiyi qərarla razılaşmır, çünki keçən bu dövrdə hüquqları pozulmaqla yanaşı, ona xeyli maddı və mənəvi zərər vurulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3097/2024 nömrəli qərardadı ilə iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş mətninə əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2014-cü il tarixli 26 nömrəli arayışında xx.xx.1997xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisəsinin "Gəncə Giltorpaq” İstehsalat sahəsində aparatçı, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində bişirmə sahəsində aparatçı-hidrometallurq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının aparatçı işlədiyi müddətdə müəssisəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Həmçinin, qeyd olunan arayışda bişirmə sahəsində aparatçı-hidrometallurq vəzifəsinin yuxarıda qeyd olunan avtoklavlarda və aqitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı hidrometallurqlara aid olub-olmamasına dair hər hansı məlumat göstərilməyib. Bu səbəbdəndə də iddiaçının işlədiyi həmin vəzifənin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda sözügedən arayışda İddiaçı xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay (xx.xx.1997-xx.xx.2008-ci il, xx.xx.2008xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddəti iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd olunan dövrlər iddiaçının güzəştli iş stajına aid edilsə belə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında xx.xx.1984-xx.xx.1986-cı illər ərzindəki dövrdə metallurgiya zavodunda avadanlığın təmiri üzrə təmirçi çilingər, xx.xx.1986-xx.xx.1987-ci illər ərzindəki dövrdə dülgər vəzifəsində işlədiyi qeyd olunub. Yuxarıda göstərilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlərdə işlədiyi vəzifənin güzəştli olubolmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz etdi, iddiaya qarşı etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci, xx.xx.1984-xx.xx.1987-ci, xx.xx.1987-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1995-ci, xx.xx.1997xx.xx.2009-cu illər ərzində müxtəlif peşələr üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin xx.xx.2009-cu il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. NZ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. "xxxx" ASC-nin 30 aprel 2014-cü il tarixli, 26 nömrəli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifələrdə) güzəştli şərtlərlə işləmişdir: - xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək - siyahı № 1, bölmə Vİİİ, yarımbölmə 10a, Kimya İstehsalatı, 1080A010-17541, tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri; - xx.xx.1997-ci ildən xx.xx.1997-cı ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Giltorpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; - xx.xx.1997-cı ildən xx.xx.2007-ci ilədək - siyahı № 1, bölmə İİİ, yarımbölmə 3a, Xəlitənin bişirilməsi, 1070300a-10941, aqlomeratçılar; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nörməli qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı peşələri 1 və 2 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. - xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək – bölmə 7, yarımbölmə 3a, Gil-torpaq istehsalatı, aqlomeratçılar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) işlədiyi dövrdə xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək ödənişsiz məzuniyyətlərdə olmuşdur. "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsi üzrə xx.xx.2009-cu il tarixli, 79- K nömrəli, xx.xx.2009-cu il tarixli, 117-K nömrəli əmrlərə əsasən, iş həcminin kəskin azalması, istehsal olunan məhsulun miqdarının və satış qiymətlərinin aşağı düşməsi istehsalın və işin dayandırılması ilə nəticələndiyindən işçilər ödənişsiz məzuniyyətə buraxılmış, əmrlərə əlavə edilmiş siyahılarda İddiaçı da adı qeyd edilmişdir. "xxxx" ASC Gəncə “Gil-torpaq” İstehsalat sahəsi üzrə 07 avqust 2009-cu il tarixli, 174-k nömrəli əmrə əsasən, İddiaçı ərizəsi nəzərə alınmış, İstehsalat Departamentinin Bişirmə və X1 xx.xx.2009-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış hesab edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2009-cu il tarixdən əsasən xitam verilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, iddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 may 2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (2017-ci il iyulun 1-dən 2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyada). Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Maddə 70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür)
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №‐li Siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasının tələblərindən göründüyü kimi, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 57 yaşına çatmalı, 25 il ümumi iş stajına, 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla xx.xx.2020-ci il tarixdə 57 yaşı tamam olmuş, hazırda 61 yaşı vardır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1980-ci il tarixdən başlayaraq müxtəlif peşələrdə çalışmış, hərbi qulluqda olmuşdur. xx.xx.2020-ci il tarixə iddiaçının 25 ildən artıq ümumi əmək stajı mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. İddiaçıya məxsus əmək kitabçasının Xəzəryanı Dağ-Mədən Kombinatının möhürü ilə təsdiq edilmiş səhifəsindən görünür ki, sonuncu xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi Sulfat turşusu zavodunda təmirçi çilingər peşəsində çalışmışdır. Həm 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qüvvədə olan pensiya qanunvericiliyinin müddəlarına görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa, Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçası mövcuddur və həmin əmək kitabçasındakı qeydlər əsasında iddiaçının əmək fəaliyyəti təsdiq olunur. Cavabdeh orqan tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi mübahisələndirilməmişdir. Digər tərəfdən "xxxx" ASC-nin 30 aprel 2014-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №‐li Siyahısında nəzərdə tutulan xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək - siyahı № 1, bölmə Vİİİ, yarımbölmə 10a, Kimya İstehsalatı, 1080A010-17541, tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri; xx.xx.1997-ci ildən xx.xx.1997-cı ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; xx.xx.1997-cı ildən xx.xx.2007-ci ilədək - siyahı № 1, bölmə İİİ, yarımbölmə 3a, Xəlitənin bişirilməsi, 1070300a-10941, aqlomeratçılar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək – bölmə 7, yarımbölmə 3a, Gil-torpaq istehsalatı, aqlomeratçılar peşələrində işləmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Qazaxıstan SSR Xəzəryanı X2 turşusu zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi, "xxxx" ASC-də xx.xx.1997ci il tarixdən xx.xx.2009-cu il tarixədək çalışması nəzərə alınmaqla sonuncunun xx.xx.2020-ci il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Həmçinin qeyd olunmalıdır ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva